Məhkəmə qərarları › İş №2(041)-376/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-376/2023

26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-376/2023 26.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Babaşov Samir Tapdıq oğlunun cavabdeh “Azəriqaz” İB-nə qarşı qanunsuz hesablanmış pul vəsaitinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Babaşov Samir Tapdıq oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qanunsuz ona qarşı yazılmış 680 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 2 nömrəli evdə qeydiyyatda olsa da, ailəsi ilə birlikdə qaynanasına məxsus başqa ünvanda yaşayır. Evə gedən qaz xətti isə qaz idarəsinin əməkdaşları tərəfindən qaynaq vasitəsilə kəsilmişdir. 2022-ci ilni sentyabr ayında özünə məxsus evdə yaşayarkən onun evinə elektron qaz sayğacı qoyulmuş, lakin borcu olduğu üçün evinə qaz verilişi dayandırılmışdır. Bu yaxınlarda qaz idarəsində olarkən ona qaza görə 680.40 manat debitor borcu yazıldığını bilmiş, həmin borc onun hesabından silinmədiyi üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı Babaşov Samir Tapdıq oğlu onun həyat yoldaşıdır, 2006-cı ildə ailə həyatı qurandan sonra 2012-ci ilin mart ayından faktiki olaraq anasına məxsus, ünvan 1 ünvanında yaşadıqları üçün həmin evdə yaşayan olmamış, su, işıq və qazdan istifadə edilməmiş, qaz xətti cavabdehin əməkdaşları tərəfindən qaynaqla bağlanmışdır. 2022-ci ilin sentyabr ayında həmin ünvana köçmüş və evə SMART tipli sayğac quraşdırılmışdır. Evdə yaşayış olarkən hər ay istifadə edilən qazın dəyəri ödənildiyi üçün borc olmamışdır. Məsələni araşdırmaq üçün Kürdəmir rayonu qaz idarəsinə gedib abonentin saldosunu alıb tanış olarkən məlum olmuşdur ki, 2011-ci aprel ayında 1000 m3, 2012-ci ilin fevral ayında 3950 m3 sərfiyyat yazılmışdır. Halbuki, bu həcmdə qazı 4 gözlü qaz plitəsi ilə sərf etmək ağlabatan görünmür. Həmin vaxt mövcud olan mexaniki qaz sayğacı olmadığına görə, onların qanunsuz hərəkətlərini sübut etmək mümkün olmamış, məcbur olub məhkəmədə iddia qaldırmışlar. Nümayəndə göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.S.Xəlilov iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Kürdəmir rayon Aran qəsəbəsinidə yaşayan Babaşov Samir Tapdıq oğlu tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmiş, lakin 2011-ci aprel ayında 1000 m3, 2012-ci ilin fevral ayında 3950 m3 sərfiyyatın yazılmasına əsas olmuş halları, qaz sayğacı yenisi ilə əvəz edildiyindən müəyyən etmək mümkün olmamışdır. Nümayəndə izahatının sonunda mübahisənin həllini məhkəmənin öz mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, ünvan 2 ünvanında yaşayan Babaşov Samir Tapdıq oğlunun abonentin saldosundan görünür ki: - 2010-cu ildən 2021-ci ilin dekabr ayına kimi evdə mexaniki sayğac olmuş, xx.xx.2021-ci ildə ZENNER G4T SMART tipli elektron sayğac quraşdırılmışdır. - evdə olan cihaz (PQ-4-1/1) 4 gözlü qaz plitəsindən ibarətdir. -abonentin ailə tərkibi 4 nəfərdən ibarətdir. - 2010-cu ilin dekabr ayında sayğacın göstəricisi 522 m3, borc 52 manat təşkil edir. - 2011-ci il üzrə qazın sərfi 2548 m3 (yanvar-500, fevral-500, mart-0, aprel 1000, may-0, iyun-0, iyul-0, avqust-300, sentyabr-0, oktyabr-0,noyabr-0, dekabr-248m3). - 2011-ci ilə sərfin məbləği 254.80 manat, ödəniş 110 manat - 2012-ci il üzrə qazın sərfi 4530 m3 (yanvar-0, fevral-3950, mart-180, aprel 65, may- 245, iyun-19, iyul-21, avqust-0, sentyabr-50, oktyabr-0,noyabr-0, dekabr-0m3). - 2011-ci ilə sərfin məbləği 453.00 manat, ödəniş 120 manat. - 2013-cü il üzrə qazın sərfi 1100 m3 (yanvar-180, fevral-260, mart-260, aprel 150, may- 0, iyun-0, iyul-60, avqust-0, sentyabr-50, oktyabr-140, noyabr-0, dekabr-0m3). - 2013-cü ilə sərfin məbləği 110.00 manat, ödəniş 20 manat. - 2014-cü il üzrə qazın sərfi 240 m3 (yanvar-0, fevral-0, mart-0, aprel 0, may-0, iyun-0, iyul-0, avqust-0, sentyabr-0, oktyabr-0,noyabr-0, dekabr-240m3). - 2014-cü ilə sərfin məbləği 240.00 manat, ödəniş 0 manat - 2015-ci il üzrə qazın sərfi 364 m3 (yanvar-186, fevral-178, mart-0, aprel 0, may-0, iyun- 0, iyul-0, avqust-0, sentyabr-0, oktyabr-0, noyabr-0, dekabr-0m3). - 2015-ci ilə sərfin məbləği 36.40 manat, ödəniş 0 manat 2015-ci ilin mart ayından 2021-ci ilin dekabr ayına kimi qaz sərfi-0, borc 680.40 manat. İş üzrə sübut əhəmiyyəti daşıyan ünvan 2 ünvanında yaşayan Babaşov Samir Tapdıq oğlunun abonentin saldosunun tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, 2015-ci ilin mart ayına kimi göstərilən ünvanda fasilələrlə də olsa yaşayış olmuş, ailə tərkibi 4 nəfərdən ibarət evdə 4 gözlü qaz plitəsindən istifadə edilmişdir. İstifadə edilən qazın sərfiyyatı aylar üzrə təhlil edilərkən, bir aya 1000 m3, 3950 m3 qaz sərfi ağlabatan görünmür. 2011-ci ilin aprel ayında və 2012-ci ilin fevral ayında göstərilən həmin məbləğlərin cərimə kimi hesablanması barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, həmin sərfiyyatın məbləği, yəni 495 manat debitor borc kimi qəbul edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2011-ci ilin aprel ayı üzrə göstərilən 1000 m3 və 2012-ci ilin fevral ayı üzrə göstərilən 3950 m3 qaz sərfinin məbləği, yəni 495 manat Babaşov Samir Tapdıq oğlunun hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilsə də, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularq dövlət büdcəsinə öpdənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 495 (dörd yüz doxsan beş) manat hesablanmış məbləğ iddiaçı Babaşov Samir Tapdıq oğlunun hesabından silinsin. Qalan hissədə iddia təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV Çıxarış: AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 2(041)-376/2023 xx.xx.2023 X7 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Babaşov Samir Tapdıq oğlunun cavabdeh “Azəriqaz” İB-nə qarşı qanunsuz hesablanmış pul vəsaitinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 495 (dörd yüz doxsan beş) manat hesablanmış məbləğ iddiaçı Babaşov Samir Tapdıq oğlunun hesabından silinsin. Qalan hissədə iddia təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV .. in , iddiaçının sayğac üzrə qaz sərfi 2011-ci ilin dekabr ayında 248 m3, 2012-ci ilin fevral ayında 3950 m3, mart ayında 180 m3, dekabr ayında 0 m3 olmaqla cəmi 4530 m3 təşkil etmiş, 2012-ci ilin dekabr ayına 530 manat borcu olmuşdur. 2015-ci ildən-2021-ci ilə kimi saldonun qazın sərfi qrafasına 0 m3 işlənmiş və borcun məbləği 680.40 manat göstərilmişdir. Həmin borcun və qaz sərfinin yaranma səbəbini təqdim edilmiş sənədlərlə müəyyən etmək mümkün olmamışdır. Hazırki mübahisənin faktiki halı ondan ibarətdir ki, iddiaçının 2015-ci iln mart ayına qədər 680.40 manat debitor borcu yaranmış, keçən 8 il müddətində həmin borc cavabdeh tərəfindən mübahisələndirilməmiş və həmin borcun tələb edilməsi barədə məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı həmin borcun silinməsini tələb edir. Mübahisənin hüquqi tərəfinə gəldikdə isə məhkəmə aşağıdakı hüquq normalarına istinad edilməsini uyğun hesab edir. Əvvələn mülki qanunvericiliyin müəyyən etdiyi hallara görə təsərrüfat əməliyyatları nəticəsində müəssisəyə hüquqi və fiziki şəxslər tərəfindən ödənilməli olan borc məbləği debitor borclar sayılır. Adətən borclar malların (xidmətlərin, işlərin) kreditə satılması nəticəsində yaranır. Debitor borclar adi, şübhəli və ümidsiz olur. Malların satılması, xidmətlərin göstərilməsi, işlərin görülməsi nəticəsində yaranan və müqavilədə qeyd edilən vaxtda ödənilməyən, zamin, girov, bank zəmanəti kimi təminatı olmayan borc məbləği şübhəli borclardır. Ümidsiz borclar dedikdə isə, iddia müddəti keçmiş, və icrası mümkün olmadığına görə mülkü qanunvericiliyə görə öhdəliyə xitam verilmiş borclar başa düşülür. Burada iddia müddətinin düzgün təfsir edilməsi əsas şərtdir. Belə ki, ümumi iddia müddətləri MM-nin 373-cü maddəsi ilə, öhdəliklərin xitamı üçün müddətlər isə MM-nin 551-ci maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 373.1-ci . Ümumi iddia müddəti on il təşkil edir. KMQ23 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 373. İddia müddətləriKM2 Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. KMQ23 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Mülki qanunvericiliyə görə təsərrüfat əməliyyatları nəticəsində müəssisəyə hüquqi və fiziki şəxslər tərəfindən ödənilməli olan borc məbləği debitor borclar sayılır. Adətən borclar malların (xidmətlərin, işlərin) kreditə satılması nəticəsində yaranır. Debitor borclar adi, şübhəli və ümidsiz olur. Malların satılması, xidmətlərin göstərilməsi, işlərin görülməsi nəticəsində yaranan və müqavilədə qeyd edilən vaxtda ödənilməyən, zamin, girov, bank zəmanəti kimi təminatı olmayan borc məbləği şübhəli borclardır. Ümidsiz borclar dedikdə isə, iddia müddəti keçmiş, və icrası mümkün olmadığına görə mülkü qanunvericiliyə görə öhdəliyə xitam verilmiş borclar başa düşülür. Maddə 373. İddia müddətləriKM2 373.1. Ümumi iddia müddəti on il təşkil edir. KMQ23 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. KMQ23 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli qərarı a deyilir -. * * Ümidsiz borclar üzrə gəlirlər və xərclər İlk öncə şübhəli və ümidsiz borcların yaranmasına və mahiyyətinə baxaq. * - Təriflər şərtidir, heç-bir qanunvericilik aktından götürülməyib. Eyni zamanda, müəssisənin uçot siyasətində debitor borcların şübhəli və ümidsiz borc kimi gəbul edilməsi üçün meyarlar müəyyən edilməlidir. Misal üçün, 3 aydan çox ödənilməyən debitor borclar şübhəli hesab edilir, və bunun üçün ehtiyat yaradılır, və 3 ildən artıq ödənilməyən debitor borclar ümidsiz hesab edilərək silinir. Bundan başqa, qeyd etmək lazımdır ki, AR Mülki Məcəlləsinə əsasən aşağıdakı hallarda borca xitam verilir və o ümidsiz hesab edilib gəlirlərə və ya xərclərə silinə bilər: Borcun bağışlanması (Maddə 546) Müddətin keçməsinə (Maddə 551) Borclunun ölümü nəticəsində (Maddə 558) Hüquqi şəxsin ləğvi nəticəsində (Maddə 559) Məhkəmə qərarı ilə borc ləğv edildikdə. AR Mülki Məcəlləsi, Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Bundan başqa, borcun ümidsiz hesab edilməsi üçün meyarlardan biri də iddia müddətinin keçməsini hesab etmək olar. Yanı hüququn pozulmuşsa, onu neçə müddət ərzində məhkəməyə şikayət edə bilərsən. O müddətdən sonra, məhkəməyə müraciət etsəndə, və məhkəmənin qərarı sənin xeyrinə olsada, borclu öz borcunu qaytarmaya bilər. AR Mülki Məcəlləsinin 372.2 maddəsinə əsasən: İddia müddəti - başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. AR Mülki Məcəlləsi, Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunl “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli qərarı MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsi baxımından şərh edilməsini xahiş etmişdir. Müraciətdə qeyd olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) M.Şükürova qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, M.Şükürovdan su və kanalizasiya xidmətlərinə görə yaranmış borcun 362 manat məbləğinin "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, həmin Məcəllənin öhdəliklərin xitamı üçün müddət axımının kəsilməsi və kəsilmiş müddətin yenidən hesablanması qaydasını tənzimləyən 553.1.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Müraciətdə göstərilir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında və xüsusi olaraq 551-ci maddəsində nəzərdə tutulan müddətlərin keçməsinin öhdəliyin xitamının bir əsası olduğu qeyd olunmuşdur. Həmin Məcəllənin 550-ci maddəsində nəzərdə tutulmuşdur ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Lakin nəzərə alınmalıdır ki, tələb hüququnun xitamı onun daşıyıcısı olan kreditorun mövcudluğuna son qoyur və bu halda öhdəlik xitam edilir. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyin məzmununu kreditorun xeyrinə borclunun müəyyən hərəkəti etmək və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsi, kreditorun həmin vəzifənin icrasını tələb etmək hüququ təşkil edir. Əgər borclunun vəzifəsi və ya kreditorun tələb hüququ yoxdursa, öhdəlik mövcud ola bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulan müddətlərin keçməsinin hüquqi nəticələri və bu müddətlərin axımının dayanması və kəsilməsinə dair sonrakı maddələrdəki müddəalar həmin müddətlərin kəsici müddət deyil, iddia müddətləri mahiyyətində olduğunu deməyə əsas verir. Müraciətedənin qənaətinə görə, bu müddətlərin mülki hüquqların müdafiəsi üçün nəzərdə tutulan iddia müddətlərinə və ya mülki hüquqların həyata keçirilməsi (kəsici) müddətinə aid olması birmənalı olmadığından, bu cür tələblər üzrə mübahisələrə baxılarkən hüquq tətbiqetmədə qeyri-müəyyənlik yaranır. Müraciətdə o da qeyd edilir ki, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üçün Mülki Məcəllənin 551.2.1-ci maddəsində 5 illik müddət nəzərdə tutulduğu halda, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətləri Mülki Məcəllənin 373.3-cü maddəsində 3 il müəyyən edilmişdir. Müraciətedən hesab edir ki, mübahisəli məqamlara aydınlıq gətirilməsi vahid məhkəmə təcrübəsinin formalaşması üçün əhəmiyyət kəsb etdiyindən, məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır. Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Eyni zamanda, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə təminat verir. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Bu baxımdan, iddia müddəti subyektiv hüququn mövcudluğunu şərtləndirən kəsici (preklyuziv) müddətlərdən fərqləndirilməlidir. Müraciətdə qaldırılan məsələ, məhz Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin iddia və ya kəsici müddətlər olması ilə əlaqədardır. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edibetməmək də onun öz ixtiyarına buraxılır. Burada o da nəzərə alınmalıdır ki, yalnız mövcud olan öhdəliyin icrasından imtina etmək mümkündür. Həmçinin, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Halbuki, öhdəlik mövcud olmadığı halda bir şəxs tərəfindən başqa şəxsin əmlak mənafeyi xeyrinə etdiyi hərəkətlər bağışlama və ya əsassız varlanma halı yaradır ki, onların hər ikisinin geri istənilməsi mümkündür. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 554.2-ci maddəsi həmin Məcəllənin iddia müddəti bitdikdən sonra vəzifənin icrası adlanan 383-cü maddəsi ilə mahiyyətcə eynilik təşkil edir. Belə ki, həmin maddəyə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin öhdəliklərin xitamı üçün müddətlər adlanan 551-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: - kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; - ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; - zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; - məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin, belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi). Eyni zamanda, bəzi hallarda Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlər öhdəliklərin xitamı müddəti hesab olunarsa, ümumiyyətlə eyni hüquq münasibətləri üzrə həm iddia müddətlərinin, həm də öhdəliyin xitamı müddətlərinin tətbiq edilməsi sual doğurur. Məsələn, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin 6 il, həmin Məcəllənin 551.2.3-cü maddəsi ilə isə zavod tikintisi üzrə tələblərin qüvvəsini itirməsi müddəti 5 il müəyyən edilmişdir. Belə olan halda, 5 illik müddətin keçməsi öhdəliyə xitam müddəti kimi qiymətləndirilərsə, öhdəliyin icrası ilə bağlı iddia müddətinin 6 il olmaqla hələ də axması hüquqi məntiqə və tənzimetməyə uyğun hesab edilə bilməz. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Dövlətin maliyyə-kredit sisteminə etimadın, həmçinin onun sabitliyinin təmin edilməsi məqsədi ilə qanunverici bu cür öhdəliklərdən irəli gələn tələblərin müddətsiz olaraq iddia ilə təmin edilməsinə zəmanət verir. Mülki Məcəllənin 551-ci maddəsi ilə müəyyən edilən müddətlər bütün tələblər üçün nəzərdə tutulduğundan, onların öhdəliyə xitam verilməsi müddəti kimi qiymətləndirilməsi, qeyd edilən 384.0.2-ci maddə ilə uyğunsuzluq yaradıb-yaratmaması ilə bağlı qeyri-müəyyənliyə səbəb ola bilər. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətlərin, ötürülməsi ilə öhdəliyin və ya onu tələb etmək hüququnun xitamına səbəb olan müddətlər (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Eyni zamanda, mükəlləfiyyətli şəxsin bu müddətlər bitdikdən sonra öhdəlik üzrə icra etdiklərini geri tələb edə bilməməsi, belə öhdəliklərin iddia ilə təmin edilməyən natural öhdəlik olmasına dəlalət edir ki, bu da öz növbəsində iddia müddəti institutu üçün xas olan haldır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddia müddətini kəsici müddətlərdən fərqləndirən əsas meyarlardan biri odur ki, onun keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Təsadüfi deyil ki, tələblərin əvəzləşdirilməsinin yolverilməzliyindən bəhs edərkən, qanunverici məhz “iddia müddəti” anlayışından istifadə etmişdir. Mülki Məcəllənin 545.0.4-cü maddəsinə görə, digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 377-ci və 552.1-ci maddələri ilə müəyyən edilən müddətlərin axımının başlanması, 380-ci və 553-cü maddələri ilə nəzərdə tutulan müddətlərin kəsilməsi, habelə onların dayandırılması (379-cu və 552.2-ci maddələr) qaydaları eynilik təşkil edir. Həmçinin, Mülki Məcəllənin 554.4-cü maddəsinə görə, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunverici həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında, həm də 18-ci fəslində nəzərdə tutulan müddətlərin, tərəflərin razılaşması ilə dəyişdirilməsinin mümkünlüyünü təsbit etmişdir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Mülki Məcəllənin 551.2.4-cü maddəsinə gəldikdə isə burada nəzərdə tutulan 30 illik müddətin keçməsi öhdəliyin xitamına deyil (o, natural öhdəlik olaraq mövcudluğunu davam etdirir), məhkəmə qərarı ilə müəyyən edilmiş öhdəliyin məcburi icrası imkanının aradan qalxmasına səbəb olur və bu səbəbdən də qeyd edilən norma mahiyyət etibarı ilə məhkəmə qərarlarının icrası ilə bağlı olan hüquq normasıdır. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllədə iddia müddətləri ilə bağlı müddəaların həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı, həm də həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulması hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, məhkəmə müdafiəsi hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulmuş normaların bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu QƏRARA ALDİ:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr: Fərhad ABDULLAYEV

Bakı şəhəri, 15 fevral 2023-cü il.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar