Məhkəmə qərarları › İş №2(041)-376/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-376/2025

17.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-376/2025 17.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış X5nin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti (bundan sonra Departament) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş, Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 5-də yerləşən 11 nömrəli mənzilə dair 23 yanvar 2020-ci il tarixli “5/11” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsini kirayə müqaviləsi”nin ləğv edilməsi və həmin mənzildə qanunsuz yaşayan kənar şəxs X2 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması və “5/11” nömrəli mənzilin Cavabdeh1 və Cavabdeh2 alınaraq Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə daim nəzarətdə saxlayır. Son dövrdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Departamentin 23 yanvar 2020-ci il tarixli, “5/11” nömrəli xüsusi təyinatlı yaşayış X5nə əsasən, məcburi köçkün Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 5-də yerləşən 11 nömrəli mənzil ilə təmin edilmişdir. Departamentin Kürdəmir-Ucar-Göyçay Mənzil Kommunal İstismar Sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 kirayə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq mənzilini X1 vermişdir. “Xüsusi Təyinatlı Yaşayış X5” nin 3.3-cü və 3.7-ci bəndlərini kobud şəkildə pozulmuşdur. Ona görə də cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 5-də yerləşən 11 nömrəli mənzilə dair 23 yanvar 2020-ci il tarixli “5/11” nömrəli xüsusi təyinatlı yaşayış X5nin ləğv edilməsi, həmin mənzildə qanunsuz yaşayan kənar şəxs X2 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması və “5/11” nömrəli mənzilin Cavabdeh1 və Cavabdeh2 alınaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında iddia ərizəsində göstərilən halları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 5/11 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Departament tərəfindən Cavabdeh1 müvəqqəti yaşamaq üçün Kürdəmir 564 ailəlik qəsəbədə bina 5-də 2 otaqlı 11 nömrəli mənzil verilmişdir. - xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktların surətindən görünür ki, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 5-də yerləşən 11 nömrəli mənzillə təmin olunmuş Cavabdeh1 kirayə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq mənzilini kənar şəxs bina 4, mənzil 11-də məskunlaşmış X1 vermişdir. Kürdəmir, Ucar və Göyçay MKİS-in rəisinin dəfələrlə yazılı və şifahi xəbərdarlığına baxmayaraq kənar şəxsi mənzilindən çıxartmır. - xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, qeyri-qanuni məskunlaşan vətəndaşlar (kirayə qalanlar) bina 5, mənzil 11 ünvanını 3 gün müddətində tərk etmədikdə kommunal xidmətlərin (su, işıq, qaz) verilişinin dayandırılması və bağlanmış müqavilənin ləğv ediləcəyi barədə xəbardarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun olaraq Departamentin xx.xx.2020-ci il tarixli, 5/11 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavimləsinə əsasən, məcburi köçkün Nəcəfov X8 rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə 5 nömrəli binada 11 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. İddiaçı hesab edir ki, Departamentin Kürdəmir-Ucar-Göyçay Mənzil Kommunal İstismar Sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 həmin mənzili kənar şəxsə kirayə verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Tərəflər arasında bağlanmış, Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 5/11 nömrəli kirayə müqaviləsinin 5.7.1-bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzürlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış X5 Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Kürdəmir rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 5-də yerləşən 11 nömrəli mənzilin subkirayəyə verildiyi, xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 5/11 nömrəli kirayə müqaviləsinin şərtlərinin pozulduğu təsdiq edilməmişdir. Bununla belə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlardan 564 ailəlik qəsəbədə, bina 5-də yerləşən 11 nömrəli mənzildə Cavabdeh1 ailə üzvlərinin tərkibinə daxil olmayan X2 yaşaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin qismən təmin edilməli, Kürdəmir rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 5-də yerləşən 11 nömrəli mənzildə yaşayan X6 ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Kürdəmir rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 5-də yerləşən 11 nömrəli mənzildə qanunsuz yaşayan kənar şəxs X6 ailə üvzləri ilə birlikdə mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: R.B.Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar