Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-401/2025 22.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə 2(041)-401/2025 saylı mülki işin məhkəmənin icraatında olan e-2(041)-268/2025 saylı mülki işə birləşdirilməsi məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir Rayon Məhkəməsinin icraatında olan 2(041)-401/2025 saylı mülki iş üzrə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.(X4) Kürdəmir Rayon Məhkəməsinin icraatında olan 2(041)-268/2025 saylı mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir. (X2). Məhkəmənin hakimi Marif Kazımovun qəbul etdiyi xx.xx.2025-ci il tarixli e-2(041)- 268/2025 nömrəli qərardadı ilə hər iki iş birləşdirilmiş və e-2(041)-268/2025 nömrə ilə X2un icraatına verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, 2(041)-401/2025 saylı mülki iş e-2(041)-268/2025 saylı mülki işlə birləşdirildiyindən və e-2(041)-268/2025 nömrə ilə icraatı davam etdiyindən, 2(041)-401/2025 saylı mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 170, 261-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair 2(041)-401/2025 saylı mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. 2(041)-401/2025 saylı mülki işin materialları e-2(041)-268/2025 nömrəli mülki işə birləşdirilməsi üçün X2un icraatına verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-401/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-401/2025
22.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver