Məhkəmə qərarları › İş №2(041)-413/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-413/2023

25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-413/2023 25.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X4rşı qanunsuz tərtib edilmiş aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən mərhum X1nın barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 123922 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən yazılmış 522 manat borcun mərhum anasının adına qeydə alınmış abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Muradxan kəndində yaşayır. Yaşadığı evin elektrik enekrjisinə görə abunə kodu mərhum X1nın adınadır. X1 xx.xx.2012-ci il tarixdə ölmüşdür. O, həmişə istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəmişdir. "xxxx" ASC-nin nümayəndjələri xx.xx.2018-ci il tarixdə onun yaşadığı evə gələrək istifadə etdiyi elektrik sayğacına baxış keçirmişlər. Lakin istifadə etdiyi elektrik sayğacında heç bir müdaxilə halı aşkar edilməmiş və sayğacda hər hansı bir müdaxilənin olması barədə ona heç bir söz deməmişdlər. 2022-ci ildə mərhum anasının adlına olan bildiriş ona veriləndə elektrik enerjisindən istifadəyə görə 522 manat borcunun olduğunu görmüşdür. O, həmin məbləğdə borcunun olmadığını bildirmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bundan təxminən bir ay sonra ona yenidən bildiriş verildəndə həmin bildirişdə elektrik enerjisinə görə 522 məbləğində borcunun olduğunu görmüşdür. Bir ayın içində birdən-birə borcunun 522 manat olmasından və haradan yaranmasından narahat olub Kürdəmir rayon Elektrik Şəbəkəsinə müraciət etmişdir. Orada ona xx.xx.2018-ci ildə akt tərtib edildiyini və həmin akta əsasən ona artıq borc hesablandığını bildirmişlər. Bundan sonra həmin aktı almış və aktda guya onun elektrik sayğacına müdaxilə etdiyi qeyd edilmişdir. Halbuki, əraziyə xidmət edən nəzarətçi hər ay 2 dəfədən az olmayaraq istifadə etdikləri elektrik sayğacını yoxlamaqla borc barədə bildiriş verirlər. Həmdə həmin nəzarətçilər anasının 2012-ci ildə vəfat etdiyini bilirdilər. Lakin cavabdeh təşkilatın nümayəndələri bütün bunları bildikləri halda 6 il bundan əvvəl ölmüş abonentin adına akt tərtib edirlər və həmin aktda ölmüş abonentin sayğaca müdaxilə etdiyini göstərirlər. xx.xx.2018-ci il tarixli, 123922 nömrəli aktın ölmüş abonentin adına tərtib edilməsi də həmin aktın saxta tərtib edildiyini sübut edir. Cavabdeh təşkilatın hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur və mərhum anasının adına qanunsuz olaraq 522 manat əlavə borc yazılması onun maddi vəziyyətini ağırlaşdırmaqla, ona çox pis təsir edir. Hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən mərhum X1nın barəsində tərtib edilən xx.xx.2018-ci il tarixli, 123922 nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında yazılmış 522 manat məbləğində borc mərhum anasının adına qeydə alınmış abonent hesabından silinməlidir. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən mərhum X1nın barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 123922 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən yazılmış 522 manat borcun mərhum anasının adına qeydə alınmış abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavbdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı xx.xx.2018-ci il tarixli, 123922 saylı aktı mübahisələndirərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, əməkdaşlar hər ay İddiaçı ünvanına gələrək sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildirişxəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun barəsində tərtib olunmuş akt barəsində məlumatı olması kimi qiymətləndirilməlidir. Belə ki, mübahisələndirilən R 123922 saylı akt xx.xx.2018-ci il tarixdə tərtib olunmuşdur. Lakin iddiaçı R 123622 saylı aktın ləğv edilməsinə dair iddia ərizəsi ilə 4 il bir aydan sonra 2023-cü ilin yanvar ayında məhkəməyə müraciət etmişdir. Göstərilənlər əsas verir ki, 3 il müddət iddiaçı tərəfindən ötürüldüyündən iddiaçının tələbi qanunsuz və əsassızdır. Ona görə də İddiaçı "xxxx" ASCnə qarşı mərhum X1 barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış 522 manat cərimə məbləğinin silinməsinə dair iddiasına iddia müddətinin tətbiq edilməsi və iddiaya baxılmasından imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ 561798 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, R 123922 nömrəli aktdan görünür ki, İddiaçı istifadə etdiyi sayğaca baxış keçirilən zaman abonentin qıra vasitəsi ilə sayğacdan kənar birbaşa enerjidən istifad etməsi müəyyən edilmişdir. Kənar xətdən axan cərəyan ölçülmüş İ=5A, U=220, P=1,1 kvt; kənar xəttin ləğv edilmişdir qeyd edilmişdir. Akt "xxxx" ASC-nin 3 nəfər əməkdaşı və bir nəfər hal şahidi tərəfindən imzalanmış, aktda məişət abonenti kimi İddiaçı adı qeyd edilsə də akt imza edilməsi üçün ona təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş X3 adına qeyd edilmtiş **********00372 nömrəli Abunə haqqından görünür ki, xx.xx.2018-ci il tarixli, R 123922 nömrəli akta əsasən X.F.Salmanovanın abunə koduna 522,72 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Muradxan kəndində yaşayır. Yaşadığı evin elektrik enerjisinə görə abunə kodu mərhum X1nın adınadır. X1 xx.xx.2012-ci il tarixdə ölmüşdür. O, həmişə istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəmişdir. "xxxx" ASC-nin nümayəndələri xx.xx.2018-ci il tarixdə onun yaşadığı evə gələrək istifadə etdiyi elektrik sayğacına baxış keçirmişlər. Lakin istifadə etdiyi elektrik sayğacında heç bir müdaxilə halı aşkar edilməmiş və sayğacda hər hansı bir müdaxilənin olması barədə ona heç bir söz deməmişdlər. 2022-ci ildə mərhum anasının adlına olan bildiriş ona veriləndə elektrik enerjisindən istifadəyə görə 522 manat borcunun olduğunu görmüşdür. O, həmin məbləğdə borcunun olmadığını bildirmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bundan təxminən bir ay sonra ona yenidən bildiriş verildəndə həmin bildirişdə elektrik enerjisinə görə 522 məbləğində borcunun olduğunu görmüşdür. Bir ayın içində birdən-birə borcunun 522 manat olmasından və haradan yaranmasından narahat olub Kürdəmir rayon Elektrik Şəbəkəsinə müraciət etmişdir. Orada ona xx.xx.2018-ci ildə akt tərtib edildiyini və həmin akta əsasən ona artıq borc hesablandığını bildirmişlər. Bundan sçonra həmin aktı almış və aktda guya onun elektrik sayğacına müdaxilə etdiyi qeyd edilmişdir. Halbuki, əraziyə xidmət edən nəzarətçi hər ay 2 dəfədən az olmayaraq istifadə etdikləri elektrik sayğacını yoxlamaqla borc barədə bildiriş verirlər. Həmdə həmin nəzarətçilər anasının 2012-ci ildə vəfat etdiyini bilirdilər. Lakin cavabdeh təşkilatın nümayəndələri bütün bunları bildikləri halda 6 il bundan əvvıəl ölmüş abonentin adına akt tərtib edirlər və həmin aktda ölmüş abonentin sayğaca müdaxilə etdiyini göstərirlər. xx.xx.2018-ci il tarixli, 123922 nömrəli aktın ölmüş abonentin adına tərtib edilməsi də həmin aktın saxta tərtib edildiyini sübut edir. Cavabdeh təşkilatın hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur və mərhum anasının adına qanunsuz olaraq 522 manat əlavə borc yazılması onun maddi vəziyyətini ağırlaşdırmaqla, ona çox pis təsir edir. Hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən mərhum X1nın barəsində tərtib edilən xx.xx.2018-ci il tarixli, 123922 nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında yazılmış 522 manat məbləğində borc mərhum anasının adına qeydə alınmış abonent hesabından silinməlidir. İddiaçı elektrik enerjisinə görə abunə kodu mərhum X1nın adına olmaqla onun xx.xx.2021-ci il tarixdə ölməsini göstərib "xxxx" ASC-nin əməkdaşlarının xx.xx.2018-ci il tarixdə onun barəsində akt tərtib etmələrinin qanunsuz olduğunu göstərməsini məhkəmə onun mülki məsuliyyətdən boyun qaçırması kimi qiymətləndirir. Belə ki, iddiaçı anası X.F.Salmanovanın vəfatından sonra ailə üzvləri ilə birlikdə hazırki evdə yaşamaqla mütəmadi olaraq elektrik enerjisindən istifadə etmişdir. O, sayğacdan kənar elektrik enerjisindən birbaşa istifadə edərkən "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin qanun pozuntusu xx.xx.2018-ci il tarixdə müəyyən edilmiş və həmin qanun pazuntusu ilə bağlı iddiaçının yaşadığı evin elektrik enerjisinə görə abunə kodu iddiaçının mərhum anası X.F.Salmanovanın adına qeyd edldiyinə görə akt X.F.Salmaqnovanın adına tərtib edilmiş, həmin aktın məişət abonenti qrafasında İddiaçı adı qeyd edilmimşdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı anası vəfat etdikdən sonra "xxxx" ASC-yə müraciət edib yaşadığı evin elektrik enerjisinə görə abunə kodunun öz adına qeyd etdirməli olduğu halda mərhum anasının adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktıın tərtib olunmasından 4 il artıq müddət keçəndən sonra, yəni iddia müddətini ötürməklə həmin aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 522 manat borc məbləğinin silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, işin halları ilə müəyyən edilir ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı iddia müddətini ötürməklə məhkəməyə müraciət etimiş, cavabdeh "xxxx" ASC-nin nümayəndəsidə iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini bildirir və ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci madəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüquqlqrının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyinə görə İddiaçı 30 manat dövlət rüsumu alınaraq dövlət budcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən mərhum X1nın barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 123922 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən yazılmış 522 manat borcun mərhum anasının adına qeydə alınmış abonent hesabından silinməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən mərhum X1nın barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 123922 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən yazılmış 522 manat borcun mərhum anasının adına qeydə alınmış abonent hesabından silinməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməsin. İddiaçı 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət budcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar