Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-43/2025 01.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı icra qeydinin ləğv olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixi 8İ-4958 nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətili Cəmiyyəti ilə onun arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş xx.xx.2022ci il tarixli kredit müqaviləsinə görə guya cavabdeh tərəfindən ona 80.000 manat məbləğində pulun notariusun bankda açılan depozit hesabı vasitəsi ilə borc vermişdir. Əslində isə cavabdeh tərəfindən kredit müqaviləsində qeyd edilən 80.000 manat məbləğində borc ona verilməmiş və o həmin məbləğdə pulu istər cavabdeh, istəsə də notariusun bankda açılan depozit hesabından qəbul etməyib. O cavadeh "xxxx" Məhdud Məsuliyyətili Cəmiyyətində distribüter işləməklə öz yaşayış evini girov qoyub və kredit müqaviləsində ona alış-veriş etmək üçün 80.000 manat əvəzində xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 80.000 manatlıq mal vermək şərti ilə kredit müqaviləsi bağlanılıb. xx.xx.2022-ci il tarixində **********001024 saylı faktura ilə cavabdeh tərəfindən 77.847,74 manatlıq mallar cavabdehə məxsus olan iki maşın ilə sürücü ekspeditirlərlə onun evinə göndərilib və o həmin malları faktura üzrə təhvil alıb və həmin mallar onun elektron hesabına köçürülüb. O həmin mallardan bir az satdıqdan sonra işləyə bilmədiyinə görə cavabdehə müraciət edib və onun hesabında olan malları o da faktura üzrə qəbul edib öz maşınları ilə aparmışlar. Malların aparılması ilə bağlı cavabdehlə onun arasında malların təhvil-təslim aktı tərtib edilib, imzalanıb. Cavabdehlə onun arasında bir-birilərinə heç bir borcu qalmayıb, satılan malların pulu qalan mallar ondan geri alındığına görə 77.847,74 manatlıq faktura onun elektron hesabından geri götürülmüşdür. Bundan sonra elektron hesabına baxanda onun hesabında yenidən 47.000 manata yaxın faktura yönləndiyini görüb. Bununla maraqlananda məlum oldu ki, həmin malı onun Bakı şəhərində yaşayan oğluna veriblər, lakin həmin malları onun elektron hesabına köçürüblər. Ümumiyyətlə oğluna verilən mallar ümumiyyətlə Kürdəmirə onun evinə gətirilməyib. O cavabdeh "xxxx" Məhdud Məsuliyyətili Cəmiyyətindən nə mal, nə də 80.000 manat pul götürməyib. Cavabdeh"xxxx" Məhdud Məsuliyyətili Cəmiyyəti ilə aralarında formal olaraq bağlanmış kredit müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq onlar keçən müddət ərzində götürmədiyi 80.000 manat pulu bu günə kimi ondan tələb etməyiblər. Onun evinin üzərinə cavabdeh tərəfindən girov qoyulmamışdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətili Cəmiyyəti sonradan aralarında formal bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X6 Xidmət Mərkəzində notariat ofisində xx.xx.2024-cü il tarixində icra qeydi tərtib etdirərək icra olunması üçün Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Vöen: **********) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı İcra qeydinin ləğv olunması tələbinə dair iddia tələbi üzrə Kürdəmir regional "Asan xidmət" Mərkəzində Notariat ofisi cavabdeh kimi, "Azqranata” Məhdud Məsuliyyətli Cəmiyyəti (Vöen: **********) isə üçüncü şəxs qismində qəbul edilməklə cavabdeh Kürdəmir regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli, 81-4958 nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Vöen: **********) üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı İcra qeydinin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra iddia ərizəsi tərtib edilərkən texniki səhvə yol verərək cavabdeh Kürdəmir regional "Asan xidmət" Mərkəzində Notariat ofisi ilə üçüncü şəxs olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi üzrə sıralamada yerləri səhv qeyd edilmişdir. İddia tələbindən də görünür ki, iddia tələbi üzrə cavabdeh Kürdəmir regional "Asan xidmət" Mərkəzində Notariat ofisi, üçüncü şəxs isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixli icra qeydi ilə razı deyil, beləki, cavadeh "xxxx" Məhdud Məsuliyyətili Cəmiyyəti tərəfindən notariusun bankda olan depozit hesabından ona 80.000 manat məbləğində pul verilməyib və həmin məbləğdə pulun ona verilməsi barədə notarial kontorda heç bir görüntü yoxdur. Bu səbəbdən də xx.xx.2024-cü il tarixli 81 -4958 nömrəli icra qeydləri məhkəmə qaydasından ləğv edilməlidir. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı izahatında bildirib ki, onların tərəfindən ona xəbərdarlıq edilməyib, halbuki, SMS vasitəsi ilə əlaqə nömrəsinə xx.xx.2024-cü il tarixli bildirişlə borcu 21 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilib və əlavə olaraq mübahisənin olmamasını təsdiq edən kredit və ipoteka müqaviləsi olduğunu qeyd etdi. Cavabdehin nümayəndəsi sonda iddiaçının tələblərinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi haqqında 25.052022-ci il tarixli müqaviləyə əsasən İddiaçı xx.xx.2022-ci il tarixədək 80000 manat kredit verilmişdir. - İddiaçı imzaladığı xx.xx.2022-ci il tarixli ərizədə 80000 manat (səksən min) manat məbləğdə pul borc almağı və həmin borcu müqavilədə göstərilən müddətdə qaytarmalı olmağı, öhdəliyi yerinə yetirmədiyi halda borcu müəyyən edən sənəddə notariusun apardığı icra qeydi üzrə pul məbləğinin tutulması və əmlakın tələb edib alınması haqqında bu müqaviləni imzaladığı qeyd olunub. - "xxxx" MMC-nin borclu İddiaçı əlaqə nömrəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli SMS bildirişlə borcu 21 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə borcluya xəbərdarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli icra qeydinin aparılması barədə məktubda Kürdəmir regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X4 'Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir həmin sənədlər üzrə AZ0629, Ağsu rayonu, Pirhəsənli ünvanında Yerləşən "xxxx" MMC-nin VÕEN:**********/ xeyrinə ünvan 2nda qeydiyyatda X1 (AZE*******, xx.xx.2011-Kürdəmir; FİN:xxxxxxx; D/T: xx.xx.1961) müddət üçün vaxtında ödənilməmiş 80000 manat 00 qəpik tutulsun, İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 80025 manat 00 qəpik pul tutulması qeyd olunub. - Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən məhkəməyə daxil olan məktubda xx.xx.2022-cii il tarixində 3M-676 reyestrli kredit (borc) müqaviləsinin rəsmiləşdirilməsi qeyd olunub. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın qeyd edilən bəndində həmçinin göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş, 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Həmin sənəddə bildirişin xüsusi forması, bildirişin doldurulması qaydası nəzərdə tutulmuşdur. “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”də borcun 20 gün müddətində ödənilmədiyi halda ”Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq qeyd edilməlidir. Hazırki iş üzrə icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2024-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə” Bildirişin 3-cü bəndində borcun 21 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notarius tərəfindən icra qeydi aparılacağı qeyd edilmiş, bildirişin borclu tərəfindən alınmasını təsdiq edən heç bir subut icra qeydinə dair qovluğa əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, mübahisələndirilən icra qeydində vaxtında ödənilməmiş 80000 manat 00 qəpik borcun İddiaçı tutulması göstərildiyi halda, bildirişin 3-cü bəndində borcun 21 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notarius tərəfindən icra qeydi aparılacağı qeyd edilmişdir. Bundan əlavə, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparıldığı halda, bu halı təsdiq edən heç bir sübut icra qeydini aparan notariusa və eləcə də, məhkəməyə təqdim edilməmişdir. İşin şərh edilən halları onu göstərir ki, Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ-4958 nömrəli icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə cavab vermədiyi üçün ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ-4958 nömrəli icra qeydi ləğv edilməlidir. Ləğv edilmiş icra qeydi üzrə tələbin mülki mühakimə icraatı qaydasında mübahisələndirmək hüququnun olması üçüncü şəxs Cavabdehnə izah edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ-4958 nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-43/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-43/2025
01.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver