Məhkəmə qərarları › İş №2(041)-45/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-45/2025

27.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-45/2025 27.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı avtomaşının və mühərrikin özünə qaytarılması tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hyundai-Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin və həmin avtomobil üçün aldığı mühərrikin özünə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində yaşayır, Ağdam rayonu Yeni Qaralar kəndində qeydiyyatda olan X1 adına olan Hyundai-Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə ilə idarə edir. Həmin avtomobili satmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə internet sosial şəbəkəsində turbo.az saytına yerləşdirərək elan vermiş, xx.xx.2022-ci il tarixdə tanımadığı bir nəfər şəxs elanda avtomobilin satıldığını gördüyündən ona zəng edib VAZ-2107 markalı **-CU- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə barter yolu ilə dəyişmək istədiyini demişdir. Həmin şəxs adının Tural olduğunu, Kürdəmir rayonunda yaşadığını deyərək şəxsiyyət vəsiqəsinin surətini ona göndərmiş, o da Tural adlı şəxsə Hyundai-Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini VAZ-2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə barter yolu ilə dəyişmək istədiyini bildirmişdir. Tural onunla və oğlu Ayxanla telefonla 3 gün danışmış, telefonla danışarkən Tural Bakı şəhərinə gələ bilməyəcəyini deyərək Kürdəmir rayonuna gəlmələrini xahiş etmiş, oğlu Ayxanla Kürdəmir rayonuna gəlmiş, dördyol adlanan ərazidə “Azpetrol” YDM-nin yanında Turalla görüşmüş, Tural avtomobilin hər bir yerinə baxmışdır. Turala avtomobilin peredok hissəsində və bir neçə yerində nasazlıq olduğunu demişdir. Bir neçə dəfə avtomobilin mühərrikini işə salıb yoxlamış, avtomobil Turalın xoşuna gəldiyindən avtomobilləri baş-başa barter yolu ilə dəyişmişlər. Avtomobilləri dəyişdikdən sonra geri qayıdaraq Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gedərkən Tural ona zəng edib avtomobil barədə soruşmuş, o da Turala hələki heç bir problemin olmadığını demişdir. Səhəri gün Tural yenidən ona zəng edib avtomobilə lazım olan ehtiyat hissələrini alıb göndərməyini xahiş etmişdir. O, da avtomobilə lazım olan ehtiyat hissələrinin adlarını telefon vasitəsi ilə yazıb Turala göndərmişdir. Tural da səhəri gün əlaqə saxlayacağını demiş, səhəri gün Tural onunla əlaqə saxlayaraq ehtiyat hissələrinin qiymətini soruşmuş, ehtiyat hissələrinin qiymətini yazıb Turala göndərmişdir. X8 əlaqə saxlayaraq avtomobilin mühərrikində nasazlıq olduğunu demişdir. Ayxan da Turala avtomobili dəyişərkən avtomobildə heç bir nasazlıq olmadığını demişdir. Tural həmin günü axşam onunla əlaqə saxlamış, o da Turalla birinci günə kimi avtomobili verdiyi şəkildə qaytarmaq şərti ilə razılaşmışdır. Turalın dayısı oğlu Elçin adlı şəxs ona zəng edərək bazar günü xəbər verəcəyini və həftənin birinci günü maşını gətirəməyini demişdir. Bazar günü axşama qədər Elçin və Turaldan heç bir xəbər çıxmamış, Tural Ayxana avtomobili gətirəsi olmadığı barədə yazmışdır. xx.xx.2022-ci il tarixdə Tural ona zəng edərək maşını geri istəmişdir. Turala nəyə görə maşını geri qaytarmalıyıq demişdir. Tural ona maşının matorunun dağıldığını demişdir. Turala maşını necə sürüb aparmışsa o, formada da geri qaytarmasını tələb etmişdir. Tural avtomobili aparmayaraq ona verdiyi etibarnaməni ləğv etdirmiş və onun barəsində Kürdəmir rayon PŞ-nə şikayət etmişdir. Turalın müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyindən Tural məhkəməyə müraciət etmişdir. Məhkəmə olan günü Turalın qohumu Cavabdeh2 ona yaxınlaşaraq Turalın kasıb olduğunu, kirayədə yaşadığını, körpə uşağının olduğunu, bir yerdə köməkləşib maşının matorunu təmir etdirməklərini demişdir. Məhkəmənin hakimi də onlara vaxt vermiş, öz növbəsində 860 manata işlənmiş mator və ehtiyat hissələri alıb göndərmişdir. Təxminən 5 gün sonra Elçin ona zəng edərək texniki baxış zamanı mühərrrikin nömrəsinin düz gəlmədiyini demişdir. Elçinə göndərdiyi mühərəriki söküb mühərrikin köhnə blokuna yığmalı olduqlarını demişdir. Elçin ona ya sən xərci ödəməlisən, ya da sizin pulunuzu qaytarmayacayam deyə bildirmişdir. Bundan sonra yenidən 250 manat pul göndərmiş, 250 manat pulu verdikdən sonra Elçin ona zəng edərək pulunun olmadığını, avtomobili texniki baxışdan keçirmək üçün 100 manat göndərməyini və yeni etibarnamə verib şikayəti geri götürəcəyini demişdir. Bir qədər sonra Elçin yenidən zəng edərək maşının təkərlərinin və maqnitafonun köhnə olduğunu, təkərləri və maqnitafonu almasa ona hecnə verməyəcəyini bildirmişdir. Elçin ona məxsus avtomobili öz adına sənədləşdirdiyini sonradan bilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmənin qərarı ilə Turalın onunla dəyişdiyi VAZ 2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı maşınını geri qaytarmışdır. Bundan sonra Elçin ona zəng edib təhdidlə onu təhqir edərək 2000 manat pul verməsən maşınını qaytarmayacını bildirmişdir. O Elçinə əməlində cinayət tərkibinin olduğunu bildirib, Elçin ona heç kimdən qorxmadığını bildirib telefonu söndürüb. Ona görədə ona məxsus Hundai-Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini cavabdehlər Tural və Elçin adlı şəxslərdən alınıb ona verilməsini istəyir. Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu sakini İddiaçı, hal hazırda ondan tələb etdiyi Hyunday- Exsel markalı **-GN-*** dövlət qeydiyyatı nişanlı avtomaşının təmirinə görə xərclədiyi 610 (altı yüz on) manat, həmin avtomaşına yazılmış, ona aidiyyatı olmayan cərimələrə görə ödəmiş olduğu 130 (bir yüz otuz) manat, evukasiya daşınmalarına görə ödəmiş olduğu 45 (qırx beş) manat, taksi xidmətinə görə isə ödəmiş olduğu 80 (səksən) manat-cəmi 865 manatın, ona məxsus olan VAZ 2107 markalı **-CU-*** dövlət qeydiyyatı nişanlı avtomaşını İddiaçı etibarnamə olmadan idarə etməsi, 1 il 4 aydan artıq müddətdə ondan gizləməsi və harada olması barədə məlumat verməməsi, əmlakına qəsdən zərər yetirməsi səbəbindən ona vurduğu maddi ziyanların-avtomaşının Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” ixtisaslaşdırılmış layihə istehsalat İdarəsinin həyətindəki duracaqda 398 gün saxlanılmasına görə ödəmiş olduğu 398 (üç yüz doxsan səkkiz) manat, evukasiya daşınmalarına görə ödəmiş olduğu 110 (bir yüz on) manat, 2022-ci ilin iyul ayından 2023cü ilin iyul ayına qədər avtomaşının texniki baxışdan keçirilməməsinə görə ödəmiş olduğu 7 X 81 manat= 567 (beş yüz altmış yeddi) manat cərimə, avtomaşını məhkəmə qərarı əsasında əldə etdikdən sonra, İddiaçı səhvi və günahı ucbatından duracaqda qaldığı müddətdə avtomaşına vurulmuş maddi ziyanın aradan qaldırılması məqsədilə təmirunə çəkilmiş 1030 (bir min otuz manat, avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə görə ödənilmiş 35 (otuz beş) manat ümumilikdə isə cəmi 3005 (865+398+110+567+1030+35) (üç min beş manat) manat vəsaitin və dövlət rüsumu kimi ödədiyi 50.05 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə özünə məxsus VAZ 2107 markalı **-CU-*** dövlət qeydiyyatı nişanlı avtomaşınla, Elxana etibarnamə əsasında verilmiş Hyunday-Exsel markalı **-GN-*** dövlət qeydiyyatı nişanlı avtomaşını barter yolu ilə dəyişmək barədə razılaşmışlar, eyni zamanda avtomaşında hər hansı bir texniki nasazlıq olarsa, 3 gün ərzində avtomaşınların geri qaytarılması barədə də şifahi razılığa gəlmişlər. Elxan gətirdiyi avtomaşında çoxlu sayda, xüsusən də mühərrikində nasazlığın olduğunu bildiyindən qəsdən avtomaşını Kürdəmirə xx.xx.2022-ci il tarixində gecə saat 21-22 radələrində gətirmiş, bu səbəbdən də, avtomobili təmiri sexinə aparıb mütəxəssisə göstərə bilməmişdir. Onun gətirdiyi Hyunday-Exsel markalı **-GN-*** dövlət qeydiyyatı nişanlı avtomaşının zahiri görünüşü onu aldatmış və onlar maşınları dəyişmişlər. Həmin günün səhəri hiss etmişdir ki, avtomobilin mühərriki nasazdır, xx.xx.2024-cü il tarixində avtomaşının ön tərəfindən qəribə səs gəlmiş və mühərrik sönmüş, 1-2 dəfə mühərriki işə salmaq istəsə də alınmamışdır. Sonra usta çağırmış, usta avtomaşına baxaraq maşının mühərrikinin dağıldığını bilirmişdir. Elxana zəng vurub vəziyyəti demiş, Elxan maşını ona işlək vəziyyətdə verdiyini, onluq iş olmadığını bildirmişdir. Bu barədə dayısı oğlu Cavabdeh2la məsləhətləşmiş, onun yanında Elxana zəng vurmuş və avtomaşında hər hansı bir texniki nasazlıq olarsa, 3 gün ərzində avtomaşınların geri qaytarılması barədə şifahi razılaşmaya əsasən maşını qaytarıb öz maşınını aparmalısan, o isə bunun qeyri mümkün olduğunu demişdir. Bundan sonra məcbur qalıb xx.xx.2022-ci il tarixdə Kürdəmir ASAN Xidmətinə gedərək Elxana verdiyi etibarnaməni etibarsız hesab etdirmiş, bundan sonra dəfələrlə Elxana xəbərdarlıq edərək ki, onun avtomobilini gətirməsini və özününkünü aparmasını bildirmiş, o isə cavabında onun üçün söhbət bağlandığını bildirmişdir. Bundan sonra Bakı şəhəri, Nizami rayon Məhkəməsinə müraciət etmiş, Elxan ona verdiyi etibarnaməni etibarsız hesab etdirmiş və məhkəməyə müraciət edərək avtomobili tələb etdiyini bildikdən sonra məcbur qalaraq ona verdiyi Hyunday-Exsel markalı avtomobilin mühərrikini təmir etdirməyə razılaşmış və Sabirabad rayonundan işlənmiş mühərrik alaraq ona vermişdir. Mühərrəki Sabirabaddan gətirilməsi üçün taksiyə 60 (altmış) manat, mühərrikin dəyişdirilməsinə görə təmir sexinə 250 (iki yüz əlli) manat, mühərrik yağı və yağ filterinə görə 50 (əlli) manat ödəmişdir. Mühərrik dəyişdirildikdən sonra avtomobili yoxlamaq üçün sürmək istəmiş, 2-3 kilometr sürməmiş avtomobil yenidən sönmüşdür. 15 manat ödəyərək avtomobili evukator vasitəsilə yenidən təmir sexinə gətirmişdir. Bu dəfə mütəxəssislər avtomobilə baxış keçirərək avtomobilin işləməsi üçün maxavin və starterin dəyişilməsinə və bəzi elektrik işlərinin görülməsinə ehtiyac olduğunu demişlər. Bu barədə Elxana bildirdikdə o, narazılıq etmişdir. Məcbur qalaraq Elxanın mühərriki aldığı adamdan maxavini və starteri birlikdə 140 (yüz qırx) manata alaraq, təkrar yol maşınına 20 (iyirmi) manat ödəyərək gətirmişdir. Bu detalların dəyişdirilməsi üçün təmir sexinə 60 (altmış) manat, elektrik işlərinin görülməsinə görə isə 50 (əlli) manat ödəmişdir. Təmirdən sonra maşını çıxarıb sürmək istədikdə xx.xx.2022-ci il tarixində rayonun içində YPX-nin əməkdaşları avtomobili saxlatdıraraq, avtomobilin 2022-ci ilin fevral ayında texniki baxışdan keçirilməli olduğunu, keçirilməməsi səbəbindən 50 manat cərimə olunaraq cərimə məbləğinin həmin günə üzərinə dəbbə gələrək 80 manat olduğunu, əlavə olaraq biri 32 manat, digəri isə 18 manat olmaqla ümumilikdə 130 (yüz otuz) manat cəriməsi olduğunu və bu səbəblərdən də nəqliyyat vasitəsinin idarə edilməsinə həbs qoyulduğunu bildirərək aparıb cərimə meydanına qoymuşlar. İşiylə əlaqədar olaraq, avtomaşına ehtiyacı olduğu üçün məcbur qalıb xx.xx.2022-ci il tarixdə həmin cərimələri-130 manatı-ödəyərək avtomaşını cərimə meydanından götürmüşdür. YPX əməkdaşları ona bildirmişlər ki, avtomaşını Ağsuya aparıb texniki baxışdan keçirməlidir. Texniki baxış zamanı mühərrikin dəyişilməsi səbəbindən qeydiyyat şəhadətnaməsində yazılan nömrə ilə mühərrikdəki faktiki nömrə uyğun gəlməmişdir. Bu barədə Elxana bildirdikdə o, “maşını gətirin Bakı şəhərinə, mühərrikin nömrəsini pozdurub, təkrar qediyyat şəhadətnaməsində olan nömrəni yazdıracağını” bildirmişdir. Bu təklif artıq Elxanın əyri işlərlə məşğul olmasından xəbər verirdi. Bununla razılaşmadıqda onun Göyçayda tanışları olduğunu, istəyirsən onlara deyərək avtomaşını aparmadan orada texniki baxışdan keçməsi haqqında sənəd verməsini ona bildirmişdir. Bu təkliflə də razılaşmamış, ya düzgün yolla avtomaşının sənədini qaydaya sal, ya da ki, əvvəlki maşınını ona qaytarmasını bildirmişdir. Beləliklə İddiaçı VAZ 2107 markalı avtomaşına etibarnamə almaq sevdasıyla, məcbur qalıb Hyunday-Exsel markalı avtomaşını təkrar mühərrikinin blok hissəsinin (mühərrik nömrəsinə görə) dəyişdirilməsinə razı olmuşdur. Mühərrikin problemi həll olunduqdan sonra təkrar avtomaşını texniki baxışdan keçirmək üçün Ağsu şəhərinə gedərkən yarı yolda avtomaşının palos deyilən hissəsi dağılmış və yolun ortasında qalmışdır. Evukasiya xidmətinə 30 manat ödəyərək avtomaşını təkrar təmir sexinə gətizdirmişdir. 40 manata palos deyilən detalı almış və usta təmirinə 20 manat ödəmişdir. Artıq təmirxanaya gedib gəlməkdən, yollarda qalmaqdan, get-gəldən, yersiz xərclərdən bezmişdir. Sonuncu dəfə avtomaşını təmirxanadan çıxarıb evə getmiş, səhər durub mühərriki işə salmaq istədikdə, mühərrik işə düşməmişdir. Elxana hər dəfə vəziyyəti deyən zaman o acıqlanmışdır. Təhqiramiz sözlərlə danışmış, ona məxsus olan VAZ 2107 markalı avtomaşını heç vaxt ona qaytarmayacağını deyir, od vurub yandıracağı ilə hədələyirdi. Beləliklə Elxanın tamahı, təqsiri və saxtakarlığı ucbatından Hyunday-Exsel markalı **-GN-*** dövlət qeydiyyatı nişanlı avtomaşının təmirinə görə 610 (altı yüz on) manat, Elxanın cərimələrinə görə 130 (yüz otuz (80+18+32)) manat, evuakasiya daşınmalarına görə 45(30+15) manat, taksi xidmətinə görə isə 80 (səksən) manat olmaqla cəmi 865 manat vəsaiti əlacsız qalaraq xərcləmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(007)-40/2022 saylı qərardadına əsasən işə mahiyyəti üzrə baxılıb qurtaranadək, ona məxsus VAZ 2107 markalı **-CU-*** dövlət qeydiyyatı nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Nizami rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2458/2022 saylı qətnaməsinə əsasən VAZ 2107 markalı **-CU-*** dövlət qeydiyyatı nişanlı avtomaşının ona qaytarılması qət edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2458/2022 saylı qətnaməsinin icraatına başlanılmış, xx.xx.2023-cü il tarixində ona məxsus olan VAZ 2107 markalı **-CU-*** dövlət qeydiyyatı nişanlı avtomaşının avtomobil duracağında olduğu müəyyən edilmişdir. 2022-ci ilin iyun ayından 2023-cü ilin oktyabr ayınadək dəfələrlə Elxanla əlaqə saxlamağına baxmayaraq, o, acıq vermək məqsədilə avtomaşını etibarnaməsiz idarə etdiyini bildirmiş, lakin avtomaşının ondan xx.xx.2022-ci il tarixdən alınaraq duracağa yerləşdirildiyi barədə qəsdən onlara məlumat verməmişdir. Avtomaşın 398 gün duracaqda qalmışdır. Bu müddət ərzində o, və dayısı oğlu Cavabdeh2 dəfələrlə əlaqədar qurumlara, AR DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət yol Polisi İdarəsinə, Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı şəhəri Nizami rayonu Polis idarəsinə, DİN-nin 102 Qaynar xəttinə dəfələrlə məlumat və şikayət vermələrinə baxmayaraq ona məxsus olan VAZ 2107 markalı **-CU-*** dövlət qeydiyyatı nişanlı avtomaşının duracaqda olması barədə heç bir məlumat verilməmiş və İddiaçı qanunsuz hərəkəti barədə heç bir qanunamüvafiq tədbir görülməmişdir. Lakin bu müddət ərzində 7 dəfə avtomaşının texniki baxışdan keçirilməməsinə görə onun ünvanına cərimələr gəlmiş, cərimələrə dəbbə hesablanaraq hər biri 80 manata çatdırılmış, cərimələrin ödənilməməsinə görə Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(041)-19/2023 saylı inzibati tənbehvermə haqqında qərarına əsasən 6 ay sürücülük hüququndan məhrum olunmuşdur. O və digər dayısı oğlu X5 xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun iştirakı ilə ona məxsus olan avtomaşını duracaqdan götürən zaman duracağın gözətçisinin şahidliyi ilə avtomaşının yanacaq çəninə şəkər tozunun töküldüyünü görmüşdür. Duracağın nəzarətçisi duracaqda olan nəzarət kameralarının yaddaş qeydlərini göstərdiyi zaman İddiaçı əlində torba ilə duracağa girməsi və avtomaşının yanacaq çəninə nəyisə tökməsinin şahidi olmuşdur. Ondan duracağa hər gün üçün 1 manat olmaqla cəmi 398 gün üçün 398 manat vəsait tələb edilmiş və həmin vəsaiti məcbur qalaraq nəğd şəkildə ödəmiş, bu barədə ona dayanacaq haqqı qəbzi də verildi. Avtomaşını duracaqdan götürən zaman bərbad vəziyyətdə, təkərləri köhnəlmiş, rəngi tamamilə solmuş, sağ tərəfdən qapısı və sağ qabaq qanadı sürtülüb əzilmiş, akkumlyatoru tamamilə bitmiş, yanacaq çəninin qapaq hissəsi şəkər tozu ilə bulaşmış vəziyyətdə olmuşdur. Avtomaşını duracaqdan evuakasiya xidməti vasitəsilə götürüb 20 manat ödəməklə əvvəlcə Həzi Aslanov metrosu yaxınlığına dayısı oğlu Mübariz Baxışovun yaşadığı əraziyə aparmışdır. Sonra digər dayısı oğlu, bu işdə ona yaxından köməkçi olan, onun imkansızlığı səbəbindən əvvəldən axıra qədər bütün xərcləri qarşılayan Cavabdeh2 avtomaşını xx.xx.2023-cü il tarixində evuakator vasitəsilə 30 manat ödəyərək, Həzi Aslanov metrosu yaxınlığından Xırdalan ərazisində yerləşən “LADA” Servisə aparmış, orada təmir xərclərinə çox miqdarda pul istədikləri üçün razılaşmayaraqtəkrar evuakatora 80 manat ödəməklə xx.xx.2023-cü il tarixində Kürdəmir rayonuna gətirmişdir. Avtomaşını rayona gətirdikdən sonra birbaşa təmir sexinə aparmışlar. Avtomaşına mütəxəssislər tərəfindən baxış keçirələrək 4 ədəd təkər, işlənmiş, 4X50 manat=200 manat, akkumlyator 130 manat, qapıların əlcək və zamoklarının təmiri-50 manat, dəmirçi və rəngsaz işinə- 350 manat, yanacaq çəni, yanacaq sistemi və motorun şəkər tozundan təmizlənməsi-250 manat, mühərrik yağı və süzgəci-50 manat, 1030(bir min otuz) manat müəyyən edilmişdir. İddiaçı avtomaşının qeydiyyat şəhadətnaməsini itirdiyini bildirərək, onu maksimum dərəcədə incitmək məqsədilə ona və ya icra məmuruna verməmişdir ki, bu sənədi almaq üçün dövlət rüsumu 35 manatdır və bu rüsumu artıq ödəmişdir.Hər iki avtomaşının təmiri və bütün dövr ərzində çəkilən xərcləri qarşılamağa maddi imkanı olmamışdır. Bu xərclərin hamısını dayısı oğlu Cavabdeh2 ödədiyi üçün ona 3000 (üç min) manat pul borcu yaranmışdır. Bu vəsaiti ödəyə bilmədiyi üçün Hyunday-Exsel markalı **-GN-*** dövlət qeydiyyatı nişanlı avtomaşını Cavabdeh2 borcunun əvəzinə satmışdır. Hesab edir ki, İddiaçı tərəfindən ona dəymiş ziyan ödənilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirib iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və izahatında göstərdi ki, öz avtomobilini və həmin avtomobil üçün verdiyi mühərriki geri istəyir. Cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi bütün xərclər onların öz təqsirləei ucbatından yaranmışdır. Belə ki, avtomobil cavabdehlərin ərizəsi əsasında saxlanılaraq, iş məhkəmədə baxılıb qurtarana kimi duracaqda saxlanılmışdır. Həmin müddətdə onun avtomobilə yaxınlaşmaq və onu duracaqdan aparmaq səlahiyyəti olmamışdır. Yaranmış xərclərin ona aidiyyətini təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Bundan əlavə, təyin edilmiş ekspertizaya avtomobili təqdim etmədikləri üçün dəymiş ziyanla bağlı ekspert rəyinin verilməsi mümkün olmamışdır. Odur ki, ilikin iddianın təmin . qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - Kürdəmir rayon X10 bölməsinin təhqiqatçısı polis mayoru X2 icraatında olan HK- 1-177 nömrəli material üzrə qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında11 fevral 2024-cü il tarixli qərarından məlum olur ki, Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ev 2, mənzil 34-də yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus Hyundai-Exsel markalı **- GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan Cavabdeh1 məxsus VAZ-2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə barter yolu ilə dəyişdirdiyini, sonradan razılaşmadıqlarına görə Cavabdeh1 məxsus VAZ-2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini geri qaytararaq verdiyini, lakın Cavabdeh1 ona məxsus avtomobili geri qaytarmadığından qohumu Cavabdeh2la əlbir olaraq ona məxsus Hyundai-Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin etibarnaməsini ləğv etirərək Elçin Osmanovun adına sənədləşdirilidyini, avtomobilin Cavabdeh2 və Cavabdeh1 alınıb geri qaytarılmasına köməklik göstərilməsini və onların cinayət məsuliyyətinə cəlb olunmalalrını xahiş etmişdir. Araşdırma zamanı İddiaçı izahatında Bakı şəhərində yaşadığını, Ağdam rayonu Yeni Qaralar kəndində qeydiyyatda olan X1 adına olan Hyundai-Exsel markah **-GN-*** dövlət qeydiyyat nişanı minik avtomobilinin olduğunu, avtomobili etibarnamə ilə idarə etdiklərini, avtomobılı satmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə imternet sosial şəbəkəsində “turbo.az” sayıtına yerləşdirərək elan verdiyini, xx.xx.2022-cı il tarixdə tanımadığı bir nəfər şəxs elanda avtomobilin satıldığını gördüyündən ona zəng edib VAZ- 2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə barter yolu ilə dəyişmək istədiyini dediyini, həmin şəxs adının Tural olduğunu, Kürdəmir rayonunda yaşadığını deyərək şəxsiyyət vəsiqəsinin surətini ona göndərdiyini, o da Tural adlı şəxsə özünə məxsus Hyundai-Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini VAZ-2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə barter yolu ilə dəyişmək istədiyini dediyindən razılaşdıqlaırını, Tural onunla və oğlu Ayxanla telefonla 3 gün danışdıqlarını telefonla danışarkən Tural Bakı şəhərinə gələ bilməyəcəyini deyərək Kürdəmir rayonuna gəlməylərini dediyini, o da oğlu Ayxanla Kürdəmir rayonuna gəldiklərini, Kürdəmir rayonu dördyol adlanan ərazidə "Azpetrol YDM-nin yanında Turalla görüşdüklərini, Tural avtomobilin har bir yerinə baxdığını, Turala avtomobilin peredok hissəsində və bir neçə yerində nasazlıq olduğunu dediklərini, bir neçə dəfə avtomobilin mühərrikini işə salıb yoxladıqlarını, avtomobil Furahın xoşuna gəldiyindən avtomobilləri baş-başa barter yolu ilə dəyişdiklərini, avtomobilləri dəyişilikdən sonra geri qayıdaraq Bakı şəhərinə getdiklərini, Bakı şəhərinə gedərkən Tural ona zəng edib avtomobil barədə soruşduğunu, o da Turala hələki heç bir problemin olmadığını dediyini, səhəri gün Tural yenidən ona zəng edib avtomobilə lazım olan ehtiyat hissələrini alıb göndərməyini xahiş etdiyini, o da avtomobilə lazım olan ehtiyat hissələrimin adlarını telefon vasitəsi ilə yazıb Turala göndərdiyini. Tural da səhəri gün əlaqə saxlayacağını dediyini, səhəri gün Tural onunla əlaqə saxlayaraq ehtiyat hissələrinin qiymətini soruşduğunu, o da ehtiyat hissələrinin qiymətini yazıb Turala göndərdiyini, X8 əlaqə saxlayaraq avtomobilin mühərrikində nasazlıq olduğunu dediyini, Ayxan da Turala avtomobili dəyişərkən avtomobildə heç bir nasazlıq olmadığını dediyini, Tural həmin günü axşam onunla əlaqə saxladığını, o da Turalla birinci günə kimi avtomobili verdiyi şəkildə qaytarmaq şərti ilə razılaşdıqlarını, sonra Turalın dayısı oğlu Elçin adlı şəxs ona zəng edərək bazar günü xəbər verəcəyini və həfətənin birinci günü maşını gətirəməyimizi dediyini, bazar günü axşama qədər Elçin və Turaldan heç bir xəbər çıxmadığını, birinci günü Tural Ayxana avtomobili gətirəsi olmadığı barədə yazdığını, xx.xx.2022-ci il tarixdə Tural ona zəng edərək maşını geri istədiyini, o da Turala nəyə görə maşını geri qaytarmalıyıq dediyini, Tural ona maşının matorunun dağıldığını dediyini, o da Turala "mən maşını necə sürüb aparmışam, elə də gətir qaytar" dediyini. Tural avtomobili aparmayaraq ona verdiyi etibarnaməni ləğv etdirdiyini və onun barəsində Kürdəmir rayon PŞ-nə şikayət etdiyini, Turalın müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyindən Tural məhkəməyə müraciət etdiyini, məhkəmə olan günü Turalın qohumu Cavabdeh2 ona yaxınlaşaraq Turalın kasıb olduğunu, kirayədə yaşadığını, körpə uşağının olduğunu, bir yerdə köməkləşib maşının matorunu təmir etdirməklərini dediyini, məhkəmənin hakimi də onlara vaxt verdiyini, o da 860 manata işlənmiş mator və ehtiyat hissələri alıb göndərdiyini, təxminən 5 gün sonra Elçin ona zəng edərək texniki baxış zamanı mühərrikin nömrəsinin düz gəlmədiyini dediyini, o da Elçinə göndərdidyi mühərəriki söküb mühərrikin köhnə blokuna yığmalı olduqlarını dediyini. Elçin ona "ya sən xərci ödəməlisən, ya da sizin pulunuzu qaytarmayacam" dedidyini, o da yenidən 250 manat pul göndərdiyini, 250 manat pulu verdikdən sonra Elçin ona zəng edərək pulunun olmadığımı, avtomobili texniki baxışdan keçirmək üçün 100 manat göndərməyini və yeni etibarnamə verib şikayəti geri götürəcəyini dediyini, bir saat sonra Elçin yenidən zəng edərək maşının təkərlərinin və maqnitafonun köhnə olduğunu, "təkərləri və maqnitafonu almasan sənə heç nə verməyəcəm", Turalın maşınını da geri alacağını dediyini, Elçin ona məxsus avtomobili öz adına sənədləşdirdiyini sonradan bildiyini, 10.10 2023-cü il tarixdə məhkəmənin qərarı ilə Turalın maşınını geri qaytardığını, həmin gün Elçin ona zəng edib təhdidlə onu təhqir edərək "2000 manat pul verməsən maşının qaytarmayacam" dediyini, o da Elçinə əməlində cinayət tərkibinin olduğunu dedıyıni, Elçin ona heç kimdən qorxmadığını deyərək telefonu söndürdüyünü, özünə məxsus Hyundai-Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinın Elçin və Tural adlı şəxslərdən alınıb qaytarılmasında köməklik göstərilməsini bildirmişdir. X7 izahatında İddiaçı izahatında göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Cavabdeh2 izahatında Kürdəmir şəhərində yaşadığını, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan X11 bibisi oğlu olduğunu. Turalın özünə məxsus VAZ-2107 markalı **- CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin olduğunu. Tural avtomobili xx.xx.2022ci il tarixdə Bakı şəhərində yaşayan İddiaçı məxsus Hyundai-Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobih ilə barter yolu ilə dəyişdirdiyini, Tural ilə Elxan avtomobilləri dəyişərkən 3 gün ərzində avtomobillərdə nasazlıq olarsa geri qaytarcaqları barədə razılaşdıqlarını. 02.06 2022-ci il tarixdə Tural aldığı avtomobilin mühərriki nasaz vəziyyətdə olduğundan avtomobili geri qaytarmaq istədiyindən ona mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmiş, Tural da Elxan Məmmədovdan avtomobilin qaytarılması barədə məhkəməyə müraciət etməsini, məhkəmənin qərarına əsasən Truala məxsus VAZ-2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı alınaraq Turala geri qaytarıldığını, X1 adına olan Hyundai-Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə görə 130 manat cərimə ödədiyini, avtomobil nasaz olduğundan mütəxəssis dəvət edib avtomobilə baxış keçirəmək üçün 112 manat rüsum ödədiyini, avtomobilin duracağa qoyulması üçün 10 manat 40 qəpik məhkəmə rüsumu ödədiyini avtomobilin mühəriki nasaz olduğundan Elxan Şirvan şəhərindən işlənmiş mühərriki 350 manata aldığından o da Şirvan şəhərindən mühərriki götürəmək üçün taksi tutub 50 manat verib Şirvan şəhərinə gedərək mühərriki gətirdiklərini, mühərrikin dəyişdirilməsinə və mator yağına görə 220 manat xəre çəkdiyini, avtomobilin elektrik avadanlıqlaının düzəldilməsinə görə 20 manat, mühərrik avtomobilə qoyulduqdan sonra işləmədiyinə görə təkrar ustaya baxış keçirtdiyini, usta mexavik və statyorun dəyişilməli olduğunu dediyini, mühərriki Elxan aldığı şəxslə əlaqə saxlayıb mexavik və ststyoru ondan 95 manata alaraq gətizidrməsi üçün 15 manat taksiya verdiyini, mexavik və statyoru usta 80 manata dəyişdiyini, məhkəmə işləri ilə əlaqədaar lural və Turalın anası ilə 5 dəfə Nizami rayon məhkəməsinə getdib gələməylərinə görə 200 manat xərc çəkdiklərini. Turala məxsus VAZ-2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhərində İddiaçı alınaraq duracğa yerləşdirlidiyini, bu müddət ərzində Elxan onlara avtomobilin duracaqda olması barədə məlumat vermədiyini, halbuki o müddət ərzində avtomobili tapmaq üçün müxtəlif inistansiylara müraciət etsə də avtomobilin tapılması barədə heç bir məlumat verilmədiyini, avtomobil 398 gün duracaqda qaldığın, İcra şöbəsinin əməkdaşının iştirakı ilə avtomobil duracaqdan götürülərkən 398 manat pul ödədiyini, avtomobilin yanacaq bakına şəkər tozunun töküldüyü aşkar edildiyini, duracağın nəzarət kameralarına baxış keçirən zaman İddiaçı əlində torba ilə duracğa girib avtomobilə yaxınlaşdığını, İddiaçı dəfələrlə onunla telefonla danışarkən avtomobili yandıracağını, lakin geri verməyəcəyini dediyini, xx.xx.2023-cü il tarixdə avtomobili duracaqdan 20 manat verib evakuator vasitəsi ilə H.Aslanov metrosunun yaxınlığında olan duracğa yerləşdirdiyini, 3-4 gün usta ilə maraqlanıb avtomobili təmir etdirmək üçün Xırdalan şəhərində yerləşən "Lada" sevisa aparmaq üçün evakuatora 30 manat verdiyini, avtomobil bir gün "Lada" sevisdə qaldığını, sevisdə avtomobilin yanacaq sistemirinə görə böyük məbləğdə pul istədiklərindən o da qiymətdə razılşamyaraq avtomobili Kürdəmir rayonuna gətirmək qərarına gəldiklərini və xx.xx.2023-cü il tarixdə 80 manat ödəyib evakuator vasitəsi ilə Kürədmir rayonuna gətirdiklərini avtomobili gətirdikdən sonra avtomobili ustava apardıqlarını, avtomobil duracaqda bu il qaldığından akumulyatoru işləmədiyindən 120 manat verib akumulyator aldığını, avtomobilin yanacaq sisteminin yuyulmasına va avtomobilin digər avadanlıqlarının dəyişdirlməsinə görə 600 manat xərclədiyini, avtomobil Elxan Məmədlidə olduğu müddətdə texniki baxışdan keçmədiyindən 2 dəfə avtomobil idarə oluna zaman kamera vasitəsi ilə çəkilərək cərimə yazıldığını, avtomobil duracaqda olduğu müddətdə 5 dəfə eyni ünvanda kamera vasitəsi ilə çəkilərək hər bir çəkiliş üçün 50 manat cərimə yazıldığını, əlavə olaraq hər bir cərimə üçün 30 manat dəbbə pulu hesablanaraq ümüumilkdə 567 manat olduğunadaan o da cərmələrə görə 567 manat pulu ödədiyini, Elxan Məmmədii avtomobilin texniki şəhadətnaməsim qaytarmayaraq özündə saxladığından VAZ-2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini texniki baxışdan keçirə bilmədiklərini, bu səbəbdən texniki baxışa görə avtomobilə hər biri 50 manat olmaqla dayandığı yerdə 2 dəfə cərimə yazıldığını. İddiaçı görə VAZ-2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobil üçün ümumilikdə 2522 manat pul xərclədiyini, Elxan matora va ehtiyat hissələrinə görə 850 manaat pul göndərmədiyini, mühərrikin alınmaısna görə 350 manat pul göndərdiyini, İddiaçı əlavə olaraq pul tələb etmədiyini. Elxana görə VAZ-2107 markah **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xərclədiyi 2522 manat pulun əvəzində Hyundai-Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Turaldan aldığını və öz adına sənədləşdirdiyini, çəkdiyi 2522 manat xərci İddiaçı ona ödəmədiyindən o da bu səbəbdən İddiaçı avtomobili qaytarmaq istəmədiyini və qaytarmayacağını bildirmişdir. Cavabdeh1 izahatında Cavabdeh2 izahatında göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Bədəlov küçəsi ev 5, mənzil 1 da yaşayan İddiaçı etibarnamə ilə idarə etdiyi Hyundai- Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan Cavabdeh1 ilə VAZ-2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini barter yolu ilə dəyişdirsələr də Cavabdeh1 məhkəmənin qərarı ilə İddiaçı özünə məxsus VAZ-2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini geri almışdır. Cavabdeh1 avtomobili geri aldıqdan sonra Cavabdeh2la İddiaçı məxsus Hyundai-Exsel markalı 10-GN. 538 dövlət qeydiyyat nişanlı minik avtomobilini geri qaytarmayaraq etibarnaməni ləğv etdirib öz adına sənələdirməsi faktında cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanınası rədd edilmiş, İddiaçı Cavabdeh1 Umimay oğlu ilə aralarında olan avtomobillə bağlı mübahisələri mülkı iddia xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüquqları İddiaçı izah edilməlidir. - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2458/2022 saylı mülki iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı "əqdin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh1 qarşı "mülkiyyət hüququnun tanınması və pul tələbinə dair qarşılıqlı iddiaları üzrə ilkin iddia qismən təmin edilmiş, İddiaçı "VAZ 2107" markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq, Cavabdeh1 verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh1 qarşı mülkiyyət huququnun tanınması və pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. 2(007)-2458/2022 saylı mülki işdə olan: - nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, "Hyundai Excel" minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi X3r. - nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİİ N№ 310828 saylı etibarnamənin surətindən görünür ki, "Hyundai Excel" minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi X4 xx.xx.2022-ci tarixdə Cavabdeh1 həmin etibarnamə üzrə 1 il müddətinə sürücü hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. - nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİİ N№ 320734 saylı etibarnamənin surətindən görünür ki, "VAZ 2107" minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi Cavabdeh1 xx.xx.2022-ci il tarixdə İddiaçı həmin etibarnamə üzrə 1 il müddətinə sürücü hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. - Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsi tərəfindən xx.xx.2022tarixdə verilmiş müayinə aktından görünür ki, "Hyundai Excel" minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməklə müəyyən olunmuşdur da avtomobilin üzərində olan G4DJP090599 nömrəli mühərrik sıradan çıxmış və hazırda istismara yararlı deyildir. -xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "Hyundai Excel" minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildiyi zaman 112 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla mülki iş üzrə məhkəmətexniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 2022-ci ilin may ayından 2024cü ilin may ayına kimi “Hyundai-Exsel” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı və VAZ- 2107 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillərə baxış keçirilməklə aparılmış təmir işləri və bununla bağlı çəkilmiş xərclərin məbləği müəyyən edilsin. Məhkəmə- əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün avtomobillərin ekspert baxışına təqdim edilməməsi səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər qarşılıqlı razılıq əsasında istifadələrində olan avtomobilləri dəyişdirməklə şifahi razılığa gəlmişlər. Sonradan "Hyundai Exsel" markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobildə nasazlıq aşkar olunduğundan Cavabdeh1 öz avtomobilini geri qaytarmaq istəmiş, lakin tərəflər bu təkliflə razılığa gələ bilməmişlər. Cavabdeh1 İddiaçı qarşı "əqdin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması talabina dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə şifahi şəkildə bağlanmış əqdin etibarsız hesab edilməsi, cavabdehdə olan və ona maxsus "VAZ 2107" markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşı mülkiyyət hüququnun tanınması və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "VAZ 2107" markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüququnun tanınması üçün Cavabdeh1 ona etibarnamə verilməsi, əks təqdirdə Cavabdeh1 "VAZ 2107" markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə çəkdiyi 562 manat pulun, "Hyundai Exsel" markalı avtomobilin motor hissəsinin təmiri üçün 1000 manat və əldən çıxmış faydaya görə 500 manat vəsaitin həmçinin vəkilə xidmət haqqı kimi ödənilmiş 112 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2458/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı Cavabdeh1 qarşı mülkiyyət hüququnun tanınması və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "VAZ 2107" markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüququnun tanınması üçün Cavabdeh1 ona etibarnamə verilməsi, əks təqdirdə Cavabdeh1 "VAZ 2107" markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə çəkdiyi 562 manat pulun, "Hyundai Exsel" markalı avtomobilin motor hissəsinin təmiri üçün 1000 manat və əldən çıxmış faydaya görə 500 manat vəsaitin həmçinin vəkilə xidmət haqqı kimi ödənilmiş 112 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə İddiaçı ilkin iddiaçı kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hyundai-Exsel markalı **-GN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin və həmin avtomobil üçün aldığı mühərrikin özünə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki halları məlum olduğuna görə, mübahisəyə tətbiq edilməli olan müddi hüquq normaları qismində dəyişdirmə müqaviləsindən irəli gələn müddəalar daha uyğun hesab edilir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, dəyişdirmə müqaviləsi beynəlxalq ticarətdə barter müqaviləsi kimi tanınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 662.1-ci maddəsinə görə dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. - 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. - 662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. - 663.1. Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir. - 665. Əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir. Hazırki iş üzrə də, dəyişdirmə müqaviləsinin predmetləri kimi "VAZ 2107 minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil (mülkiyyətçisi Cavabdeh1) və "Hyundai Excel" minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil (avtomobilinin mülkiyyətçisi X4 tərəfindən İddiaçı verilmiş etibarnamə üzrə 1 il müddətinə sürücü hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və sair səlahiyyətlərlə) çıxış etmişdir. "VAZ 2107 minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2458/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 qaytarılmış, "Hyundai Excel" minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil isə etibarnamə üzrə sahibi İddiaçı qaytarılmamışdır. Dəyişdirmə zamanı "Hyundai Excel" minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin və sonradan İddiaçı tərəfindən həmin avtomobilə görə alınmış mühərrikin Cavabdeh1 verilməsi ilkin iddia üzrə cavabdehlər tərəfindən mübahisələndirilməmiş, avtomobilin və mühərrikin sahibinə qaytarılmamasına əsas səbəb kimi hər iki avtomobilə çəkilən xərcin İddiaçı tərəfindən ödənilmədiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə tələb edilən xərclərin məbləğini və bu xərclərin məhz İddiaçı təqsiri nəticəsində yaranmasını təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş, məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddiaçının iddia tələbinin həmin hissədə qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, lakin bu məsrəflər əmlakın dəyərindən artıq olmamalıdır. Beləliklə iddia tələbinin qanuni əsaslarından göründüyü kimi əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır. Hazırkı işin düzgün həlli ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassız olduğundan təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İşdə olan sənədlərdən məlum olur ki, ilkin idia üzrə iddiaçı 100 manat dövlət rüsumu, qarşılıqlı iddia üzrə iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçı Cavabdeh1 özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. “Hyundai Excel" minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin və sonradan İddiaçı tərəfindən həmin avtomobilə görə alınmış mühərrik cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılsın. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçı Cavabdeh1 özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar