Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-456/2025 05.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “qanunsuz hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X3 məhkəmədə iddia qaldıraraq, Cavabdeh İB-i tərəfindən qanunsuz hesablanmış 297.80 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, özü Kürdəmir rayonu, Ərəbqubalı kəndində anadan olmuşdur. O,1991-ci ildə həmin evi almış və ev yararsız olduğu üçün 1993-cü ilədək həmin evdə yaşamış, sonra həmin evdən köçmüşdür. Evdə qaz olmamışdır. 2010-cu ildə həmin evi kirayəyə vermişdir. Yaşayış olmadığına baxmayaraq debitor borcun hesablanmasını anlaya bilmir. Hesab edir ki, cəriməni qanunsuz olaraq ona yazmışlar. Odur ki, iddia tələbinin təmin edilməsi və Cavabdeh İB-i tərəfindən qanusuz olaraq hesablanmış 297.80 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə ərizə göndərərk istehsalat zıərurəti ilə əlaqadar olaraq məhəkəm iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olamdan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixədək olan müddəti əhatə edən abonent X1 adına olan saldodan görünür ki, X1 adına olan ünvan 1 ünvanına Elster G-T markalı qaz sayğacı xx.xx.2014-ci ildə quraşdırılmışdır. 2010-cu ilin dekabrından 102 manat 98 qəpik borcla 2011-ci il tarixə, 133,28 manat borcla 2012-ci ilə, 203,28 manat borcla 2013-cü ilə, 193,28 manat borcla 2014-cü il tarixə, 223,28 manat borcla 2015-ci il tarixə, 287,68 manat borcla 2016-cı il -ci il tarixə keçid olmuş, 2016-cı ildə 100 manat borc olmaqla cəmi 297,68 qəpik borc ödənilməmiş qalmış, bundan sonra həmin ünvanda 2023-cü ilin sentyabrı üçün cəmi 0,12 qəpik qaz sərfiyyatı hesablanmış, debitor borc 297,80 manat olmuşdur. Həmçinin, həmin saldoda qeyd olunan ünvünda daimi deyil, ilin müxtəlif aylarında 3-4 ay olmaqla qazdan istifadə edildiyi, borca nisbətdə ödəniş aparılsa da, qismən az miqdarda aparıldığı göstərilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X1 adına olan ünvan 2 ünvanına Elster G-T markalı qaz sayğacı xx.xx.2014-ci ildə quraşdırılmışdır. 2010-cu ilin dekabrından 102 manat 98 qəpik borcla 2011-ci il tarixə, 133,28 manat borcla 2012-ci ilə, 203,28 manat borcla 2013-cü ilə, 193,28 manat borcla 2014-cü il tarixə, 223,28 manat borcla 2015-ci il tarixə, 287,68 manat borcla 2016-cı il -ci il tarixə keçid olmuş, 2016-cı ildə 100 manat borc hesablanmaqla qazdan sərfiyyata görə yaranmış borc cəmi 297,68 manat təşkil etmiş, bundan sonra həmin ünvanda cəmi 0,12 qəpik qaz sərfiyyatı hesablanmış, debitor borc 297,80 manat olmuşdur. Həmçinin, ünvan 2 ünvanında daimi yaşayışın olmadığı, ilin müxtəlif aylarında 3-4 ay olmaqla qazdan istifadə edildiyi, yaranmış borca nisbətdə ödəniş aparılsa da, qismən az miqdarda aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.3-cü maddəsinə görə, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 5.5-ci maddəsinə əsasən, qazpaylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qeyd olunan hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı qaz sərfiyatından yaranmış 297,80 manat borcu cavabdehə ödəmək vəzifəsi daşıdığından iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı X1 Cavabdehnə qarşı “qanunsuz hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair iddiası edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı X1 Cavabdehnə qarşı “qanunsuz hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-456/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-456/2025
05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver