Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-48/2023 14.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı1 Cavabdeh1 iştirakları ilə, İddiaçı X1 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona dəyən 3.000 manat maddi zərərin və dövlət rüsumu olaraq ödədiyi 50 manat olmaqla, ümumilikdə 3050 manat pulun onlardan müşətək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə razılığa gəldiklərini, ona görə də iddiadan imtina etdiyini bildirərək mülki işin icraatına xitam verilməsini xahiş etdi. Cavabdeh1 mülki işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, iddiaçının ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və həmin əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığına və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiadan imtinanın Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələri tərəflərə izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 122.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə, çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Qanunun bu norması baxımından məhkəmə hesab edir ki, iş üzrə ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçıların iddiadan imtinası qəbul edilsin. İddiaçı X1 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsinə dair iddiası üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-48/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-48/2023
14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver