Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-486/2023 06.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta şirkəti ASC-ninn Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Qaz A21-R22-20” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 335 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21063” markalı **-SX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə yol nəqliyyat hadisəsi törədərək “Qaz A21-R22-20” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh avtomobili texniki təyinatı üzrə istifadə etmədiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi nəticəsində “Qaz A21-R22-20” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobillə 335 manat ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarda öz əksini tapmışdır. PAT********** saylı sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti cəmi 335 manat ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən hesab edilir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta şirkəti tərəfindən ödənilmiş 335 manat dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Sığorta şirkəti ASC-nin nümayəndəsi Araz Allahverdiyev məhkəməyə ünvanladığı ərizələrində işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, etibarnamə olmadan idarə etdiyi özünə məxsus “VAZ 21063” markalı **-SX-*** markalı dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayon H.Əliyev pr. ərazisində idarə etməni itirərək “Qaz A21-R22-20” markalı ** HP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinə görə barəsində inzibati qaydada protokol tərtib olunmuş və Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 327.1-ci maddəsi ilə cərimə olunmuşdur. Hesab edir ki, sığrta məbləği artıq gəstərilib. Göstərilən miqdarda avtomobilə ziyan dəyə bilməzdi. Cavabdeh göstərilən halları nəzərə alaraq iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -078483 saylı, xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, “VAZ 21063” markalı **-SX-*** markalı dövlət qeydiyyat nişanlı avtomaşına sığorta ödənişi 335 manat müəyyən edilmişdir. - nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatda “Qaz A21-R22-20” markalı ** HP *** markalı dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 335 manat müəyyən edilmişdir. -Kürdəmir DYPB-nin inzibati xəta haqqında xx.xx.2019-ci il tarixli TP3409039 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 150 manat cərimə edilmişdir. -237 saylı ödəniş tapşırığından görünür ki, 335 manat pul vəsaiti İddiaçı Sığorta şirkəti tərəfindən ünvanına köçürülmüşdür. İş materiallarına eyni zamanda, subroqasiya məktubları, aktlar, avtomaşınların texniki pasportlarının surətləri və digər sənədlər əlavə edilmişdir. İşdə olan sənədlərdən məlum olur ki, Cavabdeh idarə etdiyi “VAZ 21063” markalı **-SX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon H.Əliyev pr. ərazsində “Qaz A21-R22-20” markalı ** HP *** markalı dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində həmin avtomobilə zərər dəymiş, vurulmuş ziyan İddiaçı Sığorta şirkəti tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçı Sığorta şirkəti ASC-yə keçmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində vurulmuş ziyan İddiaçı Sığorta şirkəti tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçdiyindən, İddiaçı Sığorta şirkəti sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hazırki iş üzrə də, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran avtomobilin Cavabdeh məxsus olduğundan dəymiş ziyan da subroqasiya qaydasında Cavabdeh alınaraq İddiaçı Sığorta şirkətinə ödənilməlidir. Cavabdehin “Qaz A21-R22-20” markalı ** HP *** markalı dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın şişirdilməsi ilə bağlı dəlillərini əsaslı hesab etmir ona görə ki, göstərilən məbləğ nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatda öz təsdiqini tapmış, həmin hesabatda göstərilənləri təkzib edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda sadalanan işin faktiki hallarını və şərh edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 335 (üç yüz otuz beş) manat sığorta ödənişi məbləği tutularaq İddiaçı Sığorta şirkətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Qaz A21-R22-20” markalı ** HP *** markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 335 (üç yüz otuz beş) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV Çıxarış: AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 2(041)-486/2023 xx.xx.2023 X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta şirkəti ASC-ninn Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Qaz A21-R22-20” markalı ** HP *** markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 335 (üç yüz otuz beş) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-486/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-486/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver