Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-49/2023 26.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xüsusi mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi tələbinə dair dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı olan digər ailə üzvləri X6 və X3 onun xüsusi mülkiyyətində olan və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 almış və hazırda həmin fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xx.xx.2018-ci il tarixdə Seriya RX ******* nömrə ilə xüsusi mülkiyyət hüququ əsasında öz adıma çıxarış almışdır. O, həmin fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən alanda evdə hazırda göstərdiyi cavabdehlərin və onların digər azyaşlı olan ailə üzvlərinin qeydiyyatda olduğunu bilməmiş və bu barədə ümumiyyətlə ona heç bir məlumat verilməmişdir. Hazırda həmin fərdi yaşayış evi ilə bağlı arayış almaq istəyərkən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı olan digər ailə üzvləri X6 və X3 onun xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olduğunu bildirmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı olan digər ailə üzvləri X6 və X3 onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evidə yaşamırlar. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olmaları qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə bilmir. Cavabdehlərin və onlararın azyaşlı olan digər ailə üzvlərinin onun evindən qeydiyyatdan çıxmasını və ona məxsus evdə istifadə hüququnun itirilməsini istəyir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı olan digər ailə üzvləri X6 və X3 onun xüsusi mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Rzayev X2 şəhəri, H.Hüseynov küçəsi ev 11 ünvanında yerləşən ümumi sahəsi 115,3 kv.metr, yaşayış sahəsi 43,8 kv.metr, yardımçı sahəsi 71,5 kv.metr olan 2 otaqlı fərdi yaşayış evinitam mülkiyyət hüququ üzrə İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəsi olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,0614 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 115,3 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 167 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqıqda xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı olan digər ailə üzvləri X6 və X1 şəhəri, H.Hüseynov küçəsi, ev 11 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 almış və hazırda həmin fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xx.xx.2018-ci il tarixdə Seriya RX ******* nömrə ilə xüsusi mülkiyyət hüququ əsasında öz adıma çıxarış almışdır. O, həmin fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən alanda evdə hazırda göstərdiyi cavabdehlərin və onların digər azyaşlı olan ailə üzvlərinin qeydiyyatda olduğunu bilməmiş və bu barədə ümumiyyətlə ona heç bir məlumat verilməmişdir. Hazırda həmin fərdi yaşayış evi ilə bağlı arayış almaq istəyərkən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı olan digər ailə üzvləri X6 və X3 onun xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olduğunu bildirmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı olan digər ailə üzvləri X6 və X3 onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evidə yaşamırlar. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olmaları qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə bilmir. Cavabdehlərin və onlararın azyaşlı olan digər ailə üzvlərinin onun evindən qeydiyyatdan çıxmasını və ona məxsus evdə istifadə hüququnun itirilməsini istəyir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinin üçüncü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrını 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı olan digər ailə üzvləri X6 və X3 iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olsalar da, onlar hazırda həmin fərdi yaşayış evində yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 5 ünvanından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı olan digər ailə üzvləri X6 və X3 istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 5 ünvandan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların azyaşlı olan digər ailə üzvləri X6 və X3 istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(041)-49/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-49/2023
26.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver