Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-501/2025 21.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, İsayev Orxa Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı “ vurulmuş zərərin və debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli,0355807 saylı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 2417.76 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq, İddiaçı iddiasının rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi və İddiaçı 3635.11 manat borcun, 57 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qismən etiraf edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Xırdapay kəndində yaşayır. Yaşadıqları ev onun adınadır. Həmin sayğac ayda iki dəfə yoxlanılmış və heç bir problem olmamışdır. xx.xx.2023-cü il tarixdə o, evdə olmayanda Cavabdeh əməkdaşları onun ünvanına gələrək həmin sayğaca baxış keçiriək akt tərtib etmiş, onun bundan xəbəri olmamış, lakin oğlu evdə olduğu üçün həmin akta imza etmişdir. Sonradan ona cərimə gələndə qaz idarəsinə gedərək maraqlanmış və güya onun kənar xəttdən istifadə etdiyi aşkar edilmiş və barəsində 2417.76 manat cərimə yazılmışdır. O, özü həmin aktın tərtib olunmasında iştirak etməmişdir. O, heç bir kənar xətt çəkməmiş, nə də ondan istifadə etməmişdir. Ona bu barədə heç bir qərar verilməmiş, heç bir araşdırmaya çağırılmamışdır. O, qazdan sırfiyyata görə hesablanmış pul vəsaiti ilə razıdır. O, həmin puldan 400 manatını ödəmişdir. Qalan hissəsini də hissə-hissə ödəyəcəkdir. Belə olan halda hesab edir ki, Cavabdeh tərəfindən ona 2417.76 manat borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Ona görə də hesab edir ki, ona əsassız olaraq yazılmış akt etibarsız hesab edilməli və akt əsasında hesablanmış 2417.76 manat silinməlidir. Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və qarşılıqlı iddia ərizəsini onunla əsaslandırdı ki, İddiaçı istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda 2433.**********0 saylı qaz hesabında ödənilməmiş 3635.11 manat borcu vardır. Həmin borcun 2417.20 manat hissəsi qaz sayğacından kənar təbii qazdan istifadə ilə tərtib edilmiş akt üzrə hesablanmışdır. 1217.91 manat hissəsi isə qaz sayğacının göstəricisi əsasında hesabnalnmış borcdur. Həmin borcdan 400 manat iddia qaldırandan sonra ödənilmiş, 817 manat 17 qəpik debitor borc qalmışdır. xx.xx.2023-cü il tarixdə CavabdehİB-nin əməkdaşları Kürdəmir rayon Mürtülü kəndində qaz xətlərinə və qaz sayğaclarına basxış keçirilərkən İddiaçı mənzilində təbii qazdan sayğacdan kənar istifadə halını aşkar edərək bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarınının pozulmasına dair akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən qaz işlədiciklərinin maksimal qaz sərfi 20148 m3 dəyəri 2417.20 manat hesablanaraq İddiaçı Pirralı oğlunun 2433**********0 nömrəli abonent hesabına əlavə edilmişdir. Qaz işlədicilərindən 1 ədəd PQ-3 maksimal qaz sərfi 0.8 m3 saat orta günlük iş rejimi 24 saat və hesablanmış müddət 365 gün,1 ədəd İran sonbası maksimal qaz sərfi 1.5 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilmişdir. Həmin akta əsasən müdaxilə edilməklə itirilmiş 20148 m3 qaz sərfinə görə 2417.20 manat Ağsu RQİİ-nə dəymiş ziyan müəyyənləşdirilmişdir. Bu barədə idarənin rəhbərliyi tərəfindən həmin vətəndaşa qanunun tələbləri izah edilməsinə, rəsmi qaydada “Xəbərdarlıq məktubu” göndərilməsinə baxmayaraq cavabdeh hal-hazıra qədər həmin məbləği ödəməmişdir. Odur ki, qarşılıqlı iddia tələbinin təmin, ilk iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk iddia tələbi üzrə iddiaçını və cavabdehi dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, İddiaçı iddia tələbi əsaslı, Cavabdeh iddia tələbi isə qismən əsaslıdır. Belə ki, işdə olan paylayıcı X5 İstismarı İdarəsi ilə fiziki şəxs olan istehlakçı İddiaçı arasında qazın alıq-satqısı barədə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakıçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödənilməsi barədə öhdəliklər götürmüşdür. İşdə olan təbbi qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı adına olan G-4 **********112 nömrəli qaz sayğacına müdaxilə edildiyi qeyd edilmiş, dəymiş ziyanın hesablanması və dəyərinin abonent tərəfindən ödənilməsi tələb edilmişdir. İşdə olan abonent İddiaçı adına olan abonent saldosundan görünür ki, İddiaçı həm zərər, həm də debitor borca görə cəmi 3298.71 manat hesablanmışdır. İşdə olan dəymiş ziyanın bərpasına dair 03 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 24 yanvar 2023-cü il tarixli ******* №-li Aktına əsasən G-4 markalı **********112 N-li sayğaca baxış keçirildi. Sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi,itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesabnalması və ödənilməsi üçün müvafiq qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması, qaz işlədicilərindən 1 ədəd PQ-3 maksimal qaz sərfi 0.8 m3 saat orta günlük iş rejimi 24 saat və hesablanmış müddət 365 gün,1 ədəd İran sonbası maksimal qaz sərfi 1.5 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Məhkəmədə sübutlarla müəyyən edildi ki, X5 İstismarı İdarəsi ilə istehlakçı İddiaçı arasında Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alıq-satqısı barədə bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakıçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödənilməsi barədə öhdəliklər götürmüşdür. İddiaçı adına olan qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Bundan sonra 24 yanvar 2023-cü il tarixli akta əsasən İddiaçı təbii qazdan istifadə qaydalarını pozması müəyyən edilmiş və ona 2417.76 manat zərər hesablanmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən ona əsassız olaraq zərər hesablandığını iddia etmiş və həmin pul vəsaitinin silinməsini tələb etmişdir. Cavabdeh isə iddia qaldıraraq, İddiaçı tərəfindən təbii qazdan kənar qaz xəttindən istifadə nəticəsində 2417.20 manat məbləğində zərər dəydiyini və sonuncunun təbii qazdan istifadə nəticəsində 1217.91 manat məbləğində debitor borcun yarandığını, həmin debitor borcdan 400 manat ödənildiyini, cəmi 817 manat 17 qəpik debitor borc qaldığını iddia etmiş və vurulmuş zərərin və debitor borcun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə iddiaçının) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinə əsasən, “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla, qazın verilməsini dayandırılmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısıbu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaşına çatmış ailə üzvülərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayyət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nətəcəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğuilin mövsümü əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilədə təqsirini təsdiq edən hər hansı sübut yəni müvafiq icra hakimiyyəti orqanın qərarının və ya məhkəmə qərarını məhkəməyə təqdim etmədi. Əksinə belə bir araşdırmanın aparılmadığını, yalnız akt tərtib edildiyini, həmin aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya cinayət təqibi orqanına təqdim edilmədiyini bildirdi. Eləcə də, iddiaçı qaz sayğacına onun tərəfindən hər hansı müdaxilənin olmadığını, akt tərtib edərkən olmadığını, bildirdi. İşin mübahisələndirilməyən halları ilə müəyyən edildi ki, Cavabdeh tərəfindən Kürdəmir rayonu, Xırdapay kəndində yaşayan İddiaçı adına xx.xx.2023-cü il tarixli akt üzrə 2417.200 manat məbləğində dəymiş zərər hesablanmışdır. Lakin, həqiqətin müəyyən edilməsi üçün qaz sayğacına baxış keçirmiş əməkdaşların məhkəmə iclasında iştirakı təmin edilməmiş, qeyd edilən borcun hansı əsasla hesablanması, iddiaçının qaz sayğacına hər hansı qanunsuz müdaxiləsinin olması və ya iddiaçının təqsirli hərəkət (hərəkətsizliyi) nəticəsində həmin borcun yaranmasını təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İlk iddia tələbi üzrə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə də İddiaçı təqsirli hərəkətləri nəticəsində Cavabdehnə 2417.76 manat məbləğində zərər dəyməsi öz tədiqini tapmır. Həmçinin ilk iddia tələbi üzrə iddiaçının sayğacdan kənar təbii qazdan istifadəsi öz təsdiqini tapmadığından həmin pul vəsaitinin ondan tələb edilməsi əsassızdır. Belə olan halda isə iddiaçıya heç bir əsas olmadan 2417.76 manat zərərin hesablanması ilk iddia tələbi üzrə iddiaçının qanunla qorunun hüquqlarının pozulmasına gətirib çıxarır. Həmçinin məhkəmə qeyd edir ki, ilk iddiaçı qaz istehlakçısıdır. O, sərf etdiyi qazın dəyərini ödəmək öhdəliyi daşıyır. İlk iddiaçı debitor borcun ödənilməsinə etiraz etmədiyini və hissə-hissə ödəyəcəyini bildirdi. Ona görə də məhkəmə ilk iddia tələbinin təmin edilməsi, qarşlıqlı iddia tələbinin isə qismən, yəni debitor borcun ödənilməsi hissəsində təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edildiyi hissədə ilkin iddia tələbi üzrə iddiaçıya, qalan hissədə isə cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı saylı akt üzrə dəymiş zərərə görə İddiaçı hesablanmış 2417.76 manat məbləğində pul vəsaiti onun abunə hesabından silinməli, iddiaçı Cavabdeh qarşılıqlı iddiasına əsasən cavabdeh İddiaçı debitor borc olaraq 817.17 manat alınaraq Cavabdeh İB-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İlk iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı saylı akt üzrə dəymiş zərər görə İddiaçı hesablanmış 2417.76 manat məbləğində pul vəsaiti onun abunə hesabından silinsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı qaz sərfiyyatına görə ödənilməmiş 817 manat 17 qəpik debitor borc alınaraq Cavabdehnə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbinin təmin edildiyi hissədə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat və bank xidmət haqqının göstərilməsi üçün ödənilən 0.40 manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdehnə verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-501/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-501/2025
21.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver