Məhkəmə qərarları › İş №2(041)-504/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-504/2023

09.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-504/2023 09.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı ər-arvad kimi birgə yaşadıqları müddətdə tikdirdikləri evə qoyduğu xərcin tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ər-arvad kimi birgə yaşadıqları müddətdə Kürdəmir rayonu Ərşəli kəndində tikilmiş mübahisəli evə qoyduğu xərcin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinin tələblərinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.2-ci maddəsinə əsasən mediasiya ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Hazırki iş üzrə də iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sesiyasında iştiraklarını təsdiq edən sənədi ərizəyə əlavə edilməmiş, bununla da, iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir (MPM-nin 149.2.4-1, 150.0.8-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı ər-arvad kimi birgə yaşadıqları müddətdə tikdirdikləri evə qoyduğu xərcin tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL Kürdəmir şəhəri iş № 2(041)-504/2023 xx.xx.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı ər-arvad kimi birgə yaşadıqları müddətdə tikdirdikləri evə qoyduğu xərcin tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1, 150.0.8, 152.1.1-ci maddələrinə əsaslanaraq iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması barədə qərardad qəbul etdi. HAKİM: XALİQ İMANOV AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ AZ 3300, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22, tel/fkas (020) 255-23-23 _____________________________________________________________________ Kürdəmir şəhəri iş № 2(041)-1222/2022 xx.xx.2022 X1 ünvan: Küdəmir rayon Qoçulu kəndi Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1222/2022 saylı qərardadının surəti Sizə göndərilir. Qoşma: qərardad və ona əlavə edilmiş sənədlər___vərəqədə. HAKİM XALİQ İMANOV Surəti: Kürdəmir şəhəri iş № 2(041)-1222/2022 xx.xx.2022 X1 ünvan: Küdəmir rayon Qoçulu kəndi Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1222/2022 saylı qərardadının surəti Sizə göndərilir. Qoşma: qərardad və ona əlavə edilmiş sənədlər___vərəqədə. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar