Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-505/2023 25.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT R 286234 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 460 manat cərimənin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Carlı kəndində yaşayır. İstifadə etdiyi enerjinin dəyərini hər ay vaxtında ödəyir. "xxxx" ASC-nin nümayəndələri o evdə olmayan zaman yaşadığı ünvana gələrək istifadə etdiyi elektrik sayğacına baxış keçirib və bu barədə akt tərtib ediblər. Aradan bir müddət keçdikdən sonra əraziyə xidmət edən nəzarətçi istifadə etdiyi elektrik sayğacında problem olduğuna görə barəsində akt tərtib etdiyini və həmin akta əsasən 460 manat məbləğində cərimə hesablandığını bildirmişdir. İddiaçı işi ilə əlaqədar bir neçə müddətdir ki, qeydiyyatda olduğu evdə yaşamır. Uzun müddət yaşayış olmayan evdəhəmin məbləğdə borcun yaranmasına səbəb ona məlum deyil. Qeyd edir ki, uzun müddət həmin evdə yaşamadığı evdə quraşdırılmış sayğaca müdaxilə edilməsi mümkünsüzdür. Bundan sonra iddiaçı "xxxx" ASC-nin Kürdəmir elektrik şəbəkəsinə müraciət edib barəsində xx.xx.2023-cü il tarixli AKT R 286234 nömrəli aktı Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələbləri və digər sənədləri almış, Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələbin Qüsur bölməsində sayğacdan kənar xətt çəkilərək birbaşa X2 etdiyi qeyd edilmiş və barəsində tərtib edilmiş aktdan heç bir məlumatının olmadığı və AKT imza edilməsi üçün ona təqdim edilmədiyi halda akta güya onun imza etməkdən imtina etməyi qeyd edilmişdir. Halbuki, belə bir hal baş verməmişdir. "xxxx" ASC-nin iddiaçı barəsində etdiyi qanunsuzluqları araşdırmaq üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X3 filialına müraciət etmiş, göstərilən təşkilan onun müraciətini araşdıraraq onun barəsində tərtib olunan aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik eknerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin pozulması ilə tərtib edildiyi müəyyən edilmiş ona qanunsuz hesablanmış borcun tələb olunmayan borclar qrafaslna daxil edildiyi göstərilmişdir. Buna baxmayaraq ona qanunsuz hesablanmış 460 manat məbləğində cərimə bu günədək silinməmişdir. Hesab edir ki, barəsində yazılmış akt tamamilə əsassızdır. Ona görə də cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT R 286234 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 460 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavbdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ilddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT R 286234 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 460 manat cərimənin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, "xxxx" ASC-nin X4 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının evində 0,4 kvt-lıq elektrik xətdindən sayğacdankənar xətt çəkilərək birbaşa X2 etməsi aşikar olunmuşdur. Bu isə EEİQ-nin 8,17-ci, həmçinin EQQQ-nin ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma naqilin en kəsiyinə uyğun aparılmışdır. Nəticədə İddiaçı barəsində xx.xx.2023-cü il tarixli AKT R 286234 saylı akt tərtib edilərək hesabat aparılaraq 0,79 kvt x 24 saat x 275 gün x 0,7 = 3641 kvts, (-2433 kvts x 0,08 man=194,64man) tarif (-1217 kvts x 0,09 man = 109,53 man; tarif (-1207 kvts x 0,13 man = 156,91 man, cəmi 461,08 manat məbləğində əlavə ödəniş hesablanaraq, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyəri bərpa olunmuşdur. Ona görə də İddiaçı cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT R 286234 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 460 manat borc məbləğinin hesabından silinməsi tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş X2 qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli AKT R 286234 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Carlı kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən sayğacdan kənar xətt çəkilərək birbaşa X2 etdiyi müəyyən edilmişdir. Keçən yük J=3,6 A, U=220V, P=0.79 KVT. Akt tərtib edilərkən həmin akt hal şahidləri dəvət edilmədən "xxxx" ASC-nin nümayəndələri tərəfindən və abonentin özü tərəfindən imzalamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailəsi ilə birlikdə Kürdəmir rayonunun Carlı kəndində yaşayır. İstifadə etdiyi enerjinin dəyərini hər ay vaxtında ödəyir. Sayğacıdan kənar xətdən istifadə etməmişdir. Cavabdehin dediyindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin X6 İdarəsinin əməkdaşları onun Kürdəmir rayonu Carlı kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən iddiaçının evində 0,4 kvt-lıq elektrik xətdindən sayğacdankənar xətt çəkilərək birbaşa X2 etməsi aşikar olunduğunu bildirmiş. Sonradan ona 460 manat borc yazıldığı məlum olmuşdur. Həmin borcun yaranma səbəbini soruşduqda elektrik xətdindən sayğacdankənar xətt çəkilərək birbaşa X2 etməsinə görə yazıldığını bildirmişlər. Bundan sonra barəsində tərtib edilən aktı almış və həmin aktda elektrik xətdindən sayğacdankənar xətt çəkilərək birbaşa X2 etməsi qeyd edilmişdir. Halbuki, belə bir hal baş verməmişdir. Hesab edir ki, barəsində yazılmış akt tamamilə əsassızdır. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bütün göstərilənlərə baxmayaraq, cavabdehə yüz manat ödəməyi öhtəsinə götürərək iddia tələbini qismən təmin etməklə cavabdehin hesabladığı 460 manat deyil yüz manat ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının tələbini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023cü il tarixli AKT R 286234 saylı akt tərtib edilərək kənar xətdən keçən cərəyanın miqdarı 0,79 kvt x 24 saat x 275 gün x 0,7 = 3641 kvts, (-2433 kvts x 0,08 man=194,64man) tarif (- 1217 kvts x 0,09 man = 109,53 man; tarif (-1207 kvts x 0,13 man = 156,91 man, cəmi 461,08 manat hesablanması iddiaçının maddi vəziyyətini ağırlaşdırır. Həmçinin həmin akt tərtib edilərkən iddiaçının sayğacdan kənar elektrik xəttindən istifadə etməsi qeyd olunsa da, cavabdehin nümayəndəsi kənar xətlə bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT R 286234 nömrəli akt qismən etibarsız hesab edilməli, itirilmiş elektrik enerjisinin miqdarı sutkanın 24 saatı nəzərə alınmaqla 30 gün müddətinə hesablama aparılaraq itirilmiş elektrik enerjisinin dəyəri akt üzrə 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanır. İş materiallarından və iddiaçının izahatından da göründüyü kimi iddiaçının barəsində tərtib olunan mübahisəli akt iddiaçı tərəfindən imzalanmamış, akt tərtib edilərkən iddiaçının istifadə etdiyi elektrik sayğacında hər hansı bir müdaxilənin və ya iddiaçının sayğacdan kənar elektrik xəttindən istifadə etməsi halı müəyyən edilməmiş və bu kimi nöqsanların olması barədə iddiaçıya heç bir məlumat verilmədən tərtib edilməklə akda qeyd edilən nöqsanlar barədə iddiaçıya heç bir məlumat verilmədən tərdib edilmiş və imza edilməsi üçün iddiaçıya təqdim edilməmişdir. Göründüyü kimi akt müəyyən edilmiş qayda pozulmaqla tərtib edilmiş və qeyd edilən pozuntular iddiaçı tərəfindən mübahisələndirildiyindən xx.xx.2023-cü il tarixli AKT R 286234 nömrəli aktın qismən etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10 manat dövlət rüsumu İddiaçı, 20 manat dövlət rüsumu isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT R 286234 nömrəli akt qismən etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 100 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, qalan 360 manat onun hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT R 286234 nömrəli akt qismən etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 100 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin, qalan 360 manat borc onun hesabından silinsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10 manat dövlət rüsumu İddiaçı, 20 manat dövlət rüsumu isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-505/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-505/2023
25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver