Məhkəmə qərarları › İş №2(041)-509/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-509/2023

13.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-509/2023 13.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktların etibarsız hesab edilməsi və aktlara əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun barəsində qanunsuz tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən hesablanmış ümumilikdə 604,8 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Yaşadığı evdə Ağsu RQİİ ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 15758 nömrəli alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edir. Yaşadığı evin qaz abunə kodu da öz adınadır. Bu yaxınlarda istifadə etdikləri təbii qazın dəyərini ödəyərkən onun hesabına 604,8 manat məbləğində qaz pulu hesablandığını görmüşdür. Bununla bağlı Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinə müraciət edib hesablanan borcun nəyə görə hesablandığı ilə maraqlanarkən orada onun barəsində xx.xx.2017-ci il tarixdə ******* nömrəli və xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edildiyini və xx.xx.2017-ci il tarixdə tərtib edilmiş akta əsasən itirilmiş dəbii qazın miqdarının 1944 kub metr müəyyən edilib 388,8 manat məbləğində, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən itirilmiş təbii qazın miqdarı 2160 kub metr müəyyən edilib 216 manat məbləğində, hər iki akt üzrə ümumilikdə 604,8 manat məbləğində borc hesablandığını bildirmişlər. Bundan sonra o, barəsində tərtib edilən xx.xx.2017-ci il tarixdə ******* nömrəli və xx.xx.2021-ci il tarixdə ******* nömrəli aktları və hər iki akt üzrə Dəymiş ziyanın bərpasına dair tələbnamələri almış və həmin sənədlərə baxanda ona hər iki akt üzrə həqiqətən də ümumilikdə 604,8 manat borc hesablandığını görmüşdür. Kürdəmir Xidmət Sahəsində hər iki aktın istifadə etdiyi qaz sayğacına labaratoriyada baxış keçirilərkən müdaxiələ halı müəyyən edildiyinə görə yazıldığını bildirmişlər. O, cavabdeh təşkilatın əməkdaşları ilə razılaşmayaraq istifadə etdiyi qaz sayğaclarının küçədə yerləşməklə heç bir qoruyucu şkafının olmadığını və sayğaclara müdaxilə etmədiyiklərini bildirsə də heç bir nəticəsi olmamışdır. Ümumiyyətlə barəsində tərtib edilən aktların heç birindən onun məlumatı olmamış, akta imza etməkdən imtina etməsi aktlarda qeyd edilsə də həmin aktlar imza edilməsi üçün ona təqdim edilməmişdir. Hesab edir ki, həmin aktlar etibarsız hesab edilməli və hər iki akta əsasən ona hesablanmış ümumilikdə 604,8 manat borc onun adına qeydə alınmış abonent hesabından silinməlidir. Ona görə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun barəsində qanunsuz tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən hesablanmış ümumilikdə 604,8 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək göstərdi ki, “Azəriqaz” X4 RQİİ-nin ünvan 4 ünvanında yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacına 2017-ci və 2021-ci illərdə növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Mənzildən açılmış qaz sayğacları hər iki halda növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş akta əsasən xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt üzrə sayğacın plastmas qapağının yan hissəsinin kənar təsir nəticəsində əzildiyi, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Bundan sonra İddiaçı yaşadığı evdə istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2017-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək itirilmiş qazın miqdarı 1944 kub met hesablanmaqla dəyəri 388,8 manat, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş təbii qazın miqdarı 2160 kub metr hesablanmaqla dəyəri 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq iddiaçının hesabına vurulmuşdur. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı Birliyininin əməkdaşları tərəfindən onun barəsində qanunsuz tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən hesablanmış ümumilikdə 604,8 manat məbləğində borcun onun hesabından silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşş materiallarına əlavə edilmiş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, 15758 nömrəli müqavilədən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricxisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilənhesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı yaşayış evində “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2017-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın plastmas qapağının yan hissəsi kənar təsir nəticəsində əzilib”. göstərilmişdir. Qeyd edilən akt “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. İstehlakçının aktı imza etməkdən imtina etməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB-nin X7 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat və 08 kub metr/saat, orta günlük iş rejimi 6 və 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 1944 kub.metr üzrə hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı yaşayış evində “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2021-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var və təbii qaz itgisi yaranmışdır”. göstərilmişdir. Qeyd edilən akt “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. İstehlakçının aktı imza etməkdən imtina etməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB-nin X7 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 2160 kub.metr üzrə hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Yaşadığı evdə Ağsu RQİİ ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 15758 nömrəli alqı-satqı müqaviləsinə əsasən təbii qazdan istifadə edir. Yaşadığı evin qaz abunə kodu da öz adınadır. Bu yaxınlarda istifadə etdikləri təbii qazın dəyərini ödəyərkən onun hesabına 604,8 manat məbləğində qaz pulu hesablandığını görmüşdür. Bununla bağlı Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinə müraciət edib hesablanan borcun nəyə görə hesablandığı ilə maraqlanarkən orada onun barəsində xx.xx.2017-ci il tarixdə ******* nömrəli və xx.xx.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edildiyini və xx.xx.2017-ci il tarixdə tərtib edilmiş akta əsasən itirilmiş dəbii qazın miqdarının 1944 kub metr müəyyən edilib 388,8 manat məbləğində, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən itirilmiş təbii qazın miqdarı 2160 kub metr müəyyən edilib 216 manat məbləğində, hər iki akt üzrə ümumilikdə 604,8 manat məbləğində borc hesablandığını bildirmişlər. Bundan sonra o, barəsində tərtib edilən xx.xx.2017-ci il tarixdə ******* nömrəli və xx.xx.2021-ci il tarixdə ******* nömrəli aktları və hər iki akt üzrə Dəymiş ziyanın bərpasına dair tələbnamələri almış və həmin sənədlərə baxanda ona hər iki akt üzrə həqiqətən də ümumilikdə 604,8 manat borc hesablandığını görmüşdür. Kürdəmir Xidmət Sahəsində hər iki aktın istifadə etdiyi qaz sayğacına labaratoriyada baxış keçirilərkən müdaxiələ halı müəyyən edildiyinə görə yazıldığını bildirmişlər. O, cavabdeh təşkilatın əməkdaşları ilə razılaşmayaraq istifadə etdiyi qaz sayğaclarının küçədə yerləşməklə heç bir qoruyucu şkafının olmadığını və sayğaclara müdaxilə etmədiyiklərini bildirsə də heç bir nəticəsi olmamışdır. Ümumiyyətlə barəsində tərtib edilən aktların heç birindən onun məlumatı olmamış, akta imza etməkdən imtina etməsi aktlarda qeyd edilsə də həmin aktlar imza edilməsi üçün ona təqdim edilməmişdir. Hesab edir ki, həmin aktlar etibarsız hesab edilməli və hər iki akta əsasən ona hesablanmış ümumilikdə 604,8 manat borc onun adına qeydə alınmış abonent hesabından silinməlidir. Cavabdehin nümayəndəsi qaz işlədicilərinin hesabat müddətini 90 gün qəbul etməklə iddiaçının xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt üzrə 1944 kub metr, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə 2160 kub metr qaz itgisinə yol verməsi və onun itirilmiş təbii qaza görə İddiaçı borcunun olması, həmçinin cavabdeh qurum tərəfindən qaz sayğacı çıxarılarkən belə hər hansı bir qoruyucu qutuya qoyulması, hal şahidlərinin iştirakı ilə möhürlənməsi, qaz sayğacının labotoriyaya göndərilməsi və istehlakçının orada iştirakının təmin edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zərur hesab edir ki, İddiaçı istifadə etdiyi qaz sayğacı dəyişdirilərkən həmin vaxt qaz sayğacına hər hansı bir müdaxilənin olması müəyyən edilmədiyi halda, sonradan Qaz İsitsmar sahəsinin işçiləri tərəfindən onun həmin qaz sayğacına müdaxilə etməsi düzgün qeyd edilməmişdir. Bu da istehlakçının qanuni mənafeyinin müdafiəsinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşin hallarından göründüyü kimi, qaz sayğacının istehlakçı təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların etibarsız hesab edilməli və xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt üzrə 388,8 manat borc və xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə 216 manat borc olmaqla, ümumilikdə 604,8 manat məbləğində borc İddiaçı hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktlar etibarsız hesab edilsin və xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt üzrə 388,8 manat borc, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə 216 manat borc olmaqla, ümumilikdə 604,8 manat məbləğində borc İddiaçı hesabından silinsin. Cavabdeh İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar