Məhkəmə qərarları › İş №2(041)-516/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-516/2023

13.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-516/2023 13.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətində olan pay torpaq sahəsində paylarının naturada bölünməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə ümumi mülkiyyətlərinə verilmiş 1.41 ha torpaq sahəsində paylarının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Kürdəmir rayonun Qağacılı kəndində yerləşən 1.41 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2 7 nəfər ailə üzvü ilə (özü, arvadı- X1, oğlu-X3, oğlu-Cavabdeh1, oğlu-Cavabdeh2, gəlini-İddiaçı1, nəvəsi-İddiaçı2) verilmişdir. İddiaçı1 əri X5 itkin düşmüş, mülkiyyətçi X6 və X4 vəfat etmiş, hazırda onların vərəsələri kimi Cavabdeh1 və onun qardaşı Cavabdeh2 qalmışdır. Torpaq sahəsinə dair plan ölçü və çıxarış alınmamışdır. İddiaçılar iddia etdikləri torpaq sahəsində paylarının naturada bölünməsi və bununla bağlı bölgü sxeminin tərtib edilməsi ilə əlaqədar aidiyyəti orqanlara (notariat orqanlarına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin regional qurumlarına və sair) müraciət etməmiş və nəticədə onun hansı orqan və ya şəxs tərəfindən hüquqlarının pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Odur ki, iddiaçıya izah edilir ki, iddia etdikləri torpaq sahəsində paylarının naturada bölünməsi və bununla bağlı bölgü sxeminin tərtib edilməsi ilə əlaqədar torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri ərizəsinə əlavə etməklə aidiyyəti orqanlara (notariat orqanlarına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin regional qurumlarına və sair) müraciət etməli, məsələ məhkəmədən kənar qaydada həll edilmədiyi təqdirdə, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətində olan pay torpaq sahəsində paylarının naturada bölünməsi barədə iddiası üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar