Məhkəmə qərarları › İş №2(041)-525/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-525/2023

17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-525/2023 17.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış 500 manat borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz hesablanmış 500 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Təbii qaz istehlakçısı olmaqla istifadə etdiyi təbii qazın dəyərini həmişə ödəyir. Qaza görə heç vaxt borcu olmayıb. 2022-ci ilin oktyabr ayında qaz nəzarətçisi ona bildiriş verərkən həmin bildirişdə borcunun çox olduğunu görüb səbəbini öyrənmək üçün Qaz İdarəsinə müraciət etmişdir. Qaz İdarəsində ona məxsus Abonent saldosuna baxıb təbii qazdan istifadəyə görə 500 manat borcunun olduğunu bildirmişlər. Halbuki, onun həmin məbləğdə borcu olmamış və bu barədə ona əvvəllər bildiriş də verilməmişdir. O, istifadə etdiyi təbii qazın pulunu ödədiyini bildirsə də Qaz İdarəsində ona borcun 2010-2019-cu illər ərzində yarandığını bildirmişlər. Borcun əsassız hesablandığını bildirib silinməsini xahiş etsə də onun xahişinə əməl edilməmişdir. Bundan sonra əsassız hesablanmış borcun silinməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etmiş, lakin “Azəriqaz” İstehsalat Birliyində onun müraciətinə heç bir cavab verilməmişdir. Ona görə də qanunsuz hesablanmış 500 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən ona yazılmış 500 manat qaz pulunun onun hesabından silinməsi tamamilə əsassızdır. Rədd edilməli, təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən ona yazılmış 500 manat qaz pulunun silinməsi tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********04690 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2023-cü illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 345,10 manat olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı məhkəməyə təqdim etdiyi Azərpoçt MMC-nin xx.xx.2013cü il tarixli, ÇCU/1 709853 nömrəli ödəniş qəbzinə əsasən 10 manat ödəniş etmiş, xx.xx.2013-cü il tarixli, EAÇ/17 891316 nömrəli qəbzlə 8 manat ödəniş etmiş, 18.09. 2013cü il tarixli, ÇCU/1 766448 nömrəli qəbzlə 10 manat ödəniş etmiş, həmin məbləğin 50 manatı saldoda qeyd edilmiş, 10 manatı qeydə alınmamışdır, xx.xx.2015-ci il tarixli, EAÇ/22 071206 nömrəli qəbzlə 60 manat ödəniş etmiş, həmin məbləğin 40 manatı saldoda qeydə alınmış, 10 manatı qeydə alınmamışdır, Komtec LTD MMC-nin xx.xx.2013cü il tarixli, ÇCU/1 553537 nömrəli ödəniş qəbzi ilə 20 manat ödəniş etmiş, həmin məbləğin 40 manatı saldoda qeydə alınmış, 50 manatı isə qeydə alınmamışdır, Komtec LTD MMC-nin xx.xx.2013-cü il tarixli, ÇCU/1 662024 nömrəli qəbzinə əsasən 10 manat ödəniş etmiş və saldoda qeydə alınmışdır, Komtec LTD MMC-nin xx.xx.2013-cü il tarixli, ÇCU/1 512249 nömrəli qəbzlə 20 manat ödəmiş etmiş və saldoda qeydə alınmış, Komtec LTD MMC-nin xx.xx.2013-cü il tarixli, ÇCU/1 623071 nömrəli qəbzlə 10 manat ödəniş etmiş, həmin məbləğin 19 manatı saldoda qeydə alınmış, 11 manat qeydə alınmamışdır. Azərpoçt MMC-nin 29.01,2014-cü il tarixli, EAÇ/18 694722 nömrəli qəbzlə 20 manat ödəniş etmiş, həmin məbləğin 40 manatı saldoda qeydə alınmış, 6 manatı qeydə alınmamışdır, Azərpoçt MMC-nin xx.xx.2013-cü il tarixli, EAÇ/17 897541 nömrəli qəbzlə 20 manat ödəniş etmiş və həmin məbləğ saldoda qeydə alınmamış, Azərpoçt MMC-nin xx.xx.2015-ci il tarixli, ÇCY/42 310079 nömrəli qəbzlə 60 manat ödəniş etmiş, həmin məbləğ saldoda qeydə alınmamış, Azərpoçt MMC-nin xx.xx.2013-cü il tarixli, EAÇ/16 878925 nömrəli qəbzlə 20 manat ödəniş etmiş, həmin məbləğin 4 manatı saldoda qeydə alınmış, 26 manatı qeydə alınmamış, Azərpoçt MMC-nin xx.xx.2014-cü il tarixli, EAÇ/19 189149 nömrəli qəbzlə 30 manat ödəniş etmiş, həmin məbləğin 3 manatı saldoda qeydə alınmış, 22 manatı qeydə alınmamış, Azərpoçt MMC-nin xx.xx.2014-cü il tarixli, EAÇ/19 757568 nömrəli qəbzlə 10 manat ödəniş etmiş və saldoda qeydə alınmış, Azərpoçt MMCnin 02.2014-cü il tarixli, EAÇ/18 698176 nömrəli qəbzi ilə 20 manat ödəniş etmiş və saldoda qeydə alınmamış, Azərpoçt MMC-nin xx.xx.2014-cü il tarixli, EAÇ/20 056668 nömrəli qəbzi ilə 20 manat ödəniş etmiş və saldoda qeydə alınmış, Azərpoçt MMC-nin xx.xx.2014-cü il tarixli, EAÇ/21 759932 nömrəli qəbzlə 10 manat ödəniş etmiş və saldoda qeydə alınmış, Azərpoçt MMC-nin xx.xx.2014-cü il tarixli, EAÇ/21 185742 nömrəli qəbzlə 10 manat ödəniş etmiş, həmin məbləğ saldoda qeydə alınmamış, Azərpoçt MMC-nin xx.xx.2014-cü il tarixli, EAÇ/21 189236 nömrəli qəbzlə 10 manat ödəniş etmiş və saldoda qeydə alınmış, Azərpoçt MMC-nin xx.xx.2014-cü il tarixli, EAÇ/20 854109 nömrəli qəbzlə 10 manat ödəniş etmiş və saldoda qeydə alınmış, Azərpoçt MMC-nin xx.xx.2015-ci il tarixli, EAÇ/22 457520 nömrəli qəbzlə 10 manat ödəniş etmiş, saldoda qeydə alınmamış, Azərpoçt MMC-nin xx.xx.2014-cü il tarixli EAÇ/8 626931 nömrəli qəbzlə 20 manat ödəniş etmiş və saldoda qeydə alınmamış, Azərpoçt MMC-nin xx.xx.2015-ci il tarixli, EAÇ/22 458709 nömrəli qəbzlə 10 manat ödəniş etmiş və saldoda qeydə alınmış, Azərpoçt MMCnin 03.2015-ci il tarixli, EAÇ/22 453195 nömrəli qəbzlə 20 manat ödəniş etmiş, həmin məbləğ saldoda qeydə alınmamış, Azərpoçt MMC-nin xx.xx.2015-ci il tarixli, EAÇ/23 592838 nömrəli qəbzlə 7 manat ödəniş etmiş və saldoda qeydə alınmış, Komtec LTD MMC-nin xx.xx.2013-cü il tarixli, ÇCU/1 480862 nömrəli qəbzlə 20 manat ödəniş etmiş və saldoda qeydə alınmış, Komtec LTD MMC-nin xx.xx.2012-ci il tarixli, ÇCU/1 293585 nömrəli qəbzlə 10 manat ödəniş etmiş və saldoda qeydə alınmış, Komtec LTD MMC-nin xx.xx.2012-ci il tarixli, ÇCU/1 212701 nömrəli qəbzlə 10 manat ödəniş etmiş və saldoda qeydə alınmış, E.MANAT ödəmə terminalında qəbz nömrəsi 27820 Terminal nömrəsi, xx.xx.2016-cı il tarixli, əməliyyat nömrəsi ********** qəbzlə 15 manat ödəniş etmiş, həmin məbləğ saldoda qeydə alınmamış, E.MANAT ödəmə terminalında qəbz nömrəsi 44311 Terminal nömrəsi 139, xx.xx.2017-ci il tarixli, əməliyyat nömrəsi ********** qəbzlə 100 manat ödəniş etmiş və saldoda qeydə alınmış, E.MANAT ödəmə terminalında qəbz nömrəsi 42029 Terminal nömrəsi 1876, xx.xx.2016-cı il tarixli, əməliyyat nömrəsi ********** qəbzlə 15 manat ödəniş etmiş və saldoda qeydə alınmış, Komtec LTD MMC-nin xx.xx.2016-cı il tarixli qəbzlə 10 manat ödəniş etmiş və həmin məbləğ saldoda qeydə alınmamışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Təbii qaz istehlakçısı olmaqla istifadə etdiyi təbii qazın dəyərini həmişə ödəyir. Qaza görə heç vaxt borcu olmayıb. 2022-ci ilin oktyabr ayında qaz nəzarətçisi ona bildiriş verərkən həmin bildirişdə borcunun çox olduğunu görüb səbəbini öyrənmək üçün Qaz İdarəsinə müraciət etmişdir. Qaz İdarəsində ona məxsus Abonent saldosuna baxıb təbii qazdan istifadəyə görə 500 manat borcunun olduğunu bildirmişlər. Halbuki, onun həmin məbləğdə borcu olmamış və bu barədə ona əvvəllər bildiriş də verilməmişdir. O, istifadə etdiyi təbii qazın pulunu ödədiyini bildirsə də Qaz İdarəsində ona borcun 2010-2019-cu illər ərzində yarandığını bildirmişlər. Borcun əsassız hesablandığını bildirib silinməsini xahiş etsə də onun xahişinə əməl edilməmişdir. Bundan sonra əsassız hesablanmış borcun silinməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etmiş, lakin “Azəriqaz” İstehsalat Birliyində onun müraciətinə heç bir cavab verilməmişdir. İş materiallarını əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********04690 nömrəli abonent saldosunda 10.2010-cu il tarixdən 02.2023-cü il tarixə olan dövr ərzində təbii qazdan istifadə ilə əlaqədar 345,10 manat borcunun olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsinə dair iddiaçı tərəfindən ödənilən Azəripoçt MMC-nin və Komtec LTD MMC-nin ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 2013-2016-cı illər ərzində istifadə etdiyi təbii qazın dəyərində ödədiyi 360 manat məbləğində qaz pulu onun adına qeydə alınmış **********04690 nömrəli Abonent saldosunda qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yaranmış 500 manat debitor borcdan ödənilmiş 360 manat məbləğində borc iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə cavabdeh “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 360 manat iddiaçının hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 360 manat məbləğində borc onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar