Məhkəmə qərarları › İş №2(041)-528/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-528/2025

04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-528/2025 04.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və həmin aka əsasən hesablanmış 492 manat məbləğində debitor borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, 304025 nömrəli aktın ləğv edilməsi və həmin aka əsasən hesablanmış 492 manat məbləğində debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə baxış iclasında iddia tələbini müdafiə edib izahatında göstərdi ki, İddiaçı onun atasıdır. Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar. Onlar istifadə etdikləri elektrik enerjisinin dəyərini hər ay vaxtında ödəmişlər. Onların sayğacları işləməmiş, buna görə də kənar xəttdən istifadə etmişlər. "xxxx" ASC-nin nümayəndələri gələrək kənar xəttin olmasını aşkar etmişlər və sayğac işləmədiyi üçün sayğacdan kənar elektrik enerjisindən istifadə edə biləcəklərini onlara deyərək getmişlər. Bir aydan sonra "xxxx" ASC-nin nümayəndələri gələrək sayğacı dəyişmişlər. Sonradan onlara cərimə yazılmasından məlumatları olmuşdur. Odur ki, iddiasının təmin edilməsini və cərimənin silinməsini xahiş etdi. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini etiraf etmədi və göstərdi ki, iddia əsassızdır və qüvvdə olan qanunvericilliyibn göstərişlərinə zidd olduğu üçün rədd edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus evin enerji təhcizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki,iddiaçı 0.4 kv saatlıq hava xəttindən kənar xətt çəkərək sayğacdan kənar bir başa elektrik enerjisindən istifadə etməsi müəyyən olunmuşşdur.Bu isə “EEİQ-nın 8.17,”EEİQ”-nın İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması fatkıdır. Yenidən hesablaşma keçən yeken ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nətiədə bu əməlinə görə İddiaçı barəsində xx.xx.2023-cü il tarixdə R 304025 saylı akt tərtib edilərək hesabat aşağıdakı qaydada aparılmışdır. 0.836 kvt x 24 saat x 0.7 x 0.7 x 270 gün=3792 kvts, Tarif-3792 kvts x 0.13=492.96 manat Cəmi 492.96 manat məbləğində əlavə ödəniş hesablanmaqla,müəsissəyə vurduğu ziyan kimi 3792 kvts itirilmiş elektrik enerjisinin dəyəri bərpa edilməlidir. Hesab edir ki. tərəflərindən tərtib edilmiş akt qanui və əsaslıdır. Odur ki, iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdeh qurumun nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Kürdəmir EŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R № 304025 nömrəli aktın surətindən görünür ki, Kürdəmir rayonu, Sığırlı kəndində abonent kodu **********8 olan, İddiaçı adına olan sayğacda yoxlama zamanı sayğacdan kənar xətt çəkərək birbaşa elektrik enerjisindən istifadə etdiyi məlum olmuş, keçən yükü J=3.8 A, U=220V, P=0,83 kvts hesblanmış, uyğun olaraq kənar xəttin ləğv edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə iddiaçının) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd olunan hüquq normalarına əsasən, iş üzrə cavabdeh öz etirazını əsaslandıran halları, yəni iddiaçının yaşadığı evdə elektrik enerjisindən kənar müdaxilənin olduğunu, həmin müdaxilədə iddiaçının təqsirinin olmasını və ona maddi ziyan dəyməsini sübut etmə vəzifəsi daşıyır. İddiaçı sayğac işləmədiyi üçün ona müdaxilə etidiyini və "xxxx" ASC-nin nümayəndəsinin onun kənar xəttdən istifadə etdiyi aşkar edərək sayğac işləmədiyi üçün onun kənar xəttdən müvəqqəti istifadə edə bilməsini, bundan bir ay yarım sonra sayğacı dəyişərək yenisi ilə əvəz edildiyini bildirdi. İddiaçı elektrik enerjisindən kənar xətt çəkməklə istifadə etdiyini etiraf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya elektrik enerjisindən qanunsuz istifadəyə görə düzgün olaraq dəymiş zərər hesablanmışdır. Həmçinin, məhkəmə dəymiş zərərin məbləğinə qiymət verərək, belə qənaətə gəlir ki, müəsissəyə dəymiş zərərin məbləgi artıq hesablanmışdır. Bununla yanaşı, işin hallarından görünür ki, "xxxx" ASC-nin təqdim etdiyi akta əsasən vurulmuş ziyanın miqdarı kimi akt tərtib edilməsindən əvvəlki 6 ay üzrə orta sərfiyyat üzrə borc (ziyan) hesablanmışdır. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin tərtib etdiyi akt üzrə elektrik enerjisindən özbaşına istifadə etdiyinə görə abonent üçün 6 aylıq müddət üzrə sərfiyyat qanuni hesab edilə bilməz. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə hazırki iş üzrə "xxxx" ASC-nin İddiaçı üçün tərtib etdiyi aktdan əvvəlki 1 aylıq enerji sərfiyyatının hesablanması ağlabatandır. Ona görə, "xxxx" ASC-nin tərtib etdiyi akt üzrə orta sərfiyyatla hesablanmış pul vəsaiti 383,46 manat hissədə (bir aydan artıq hissədə) qanunsuz hesab edilməklə silinməlidir. Qeyd olunanlara əsasən, tədqiq olunmuş sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun qiymət vererək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R 304025 nömrəli akt üzrə dəymiş ziyana görə hesablanmış 383.46 manat məbləğində pul vəsaitinin silinməsi hissəsində əsaslıdır və təmin edilməli, xx.xx.2023-cü il tarixli, R 304025 nömrəli akt «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na əsasən tərtib edildiyindən, onun etibarsızlığı və ya ləğvi üçün əsaslar müəyyən edilmədiyindən həmin aktın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçının barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R 304025 nömrəli akt üzrə dəymiş ziyana görə hesablanmış 383.46 manat məbləğində pul vəsaiti İddiaçının adına olan abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı 10 (on) manat, cavabdeh "xxxx" ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar