Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-560/2023 13.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində vətəndaşa dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300 manat əmlakına dəyən zərərin əvəzi və mənəvi zərərə görə 300 manat pul, cəmi 600 manat pul onun xeyrinə alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ** TG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 07-45 radələrində Sulutəpə qəsəbəsindən Xocahəsən istiqamətində hərəkətdə olarkən yuxarıda qeyd olunan avtomaşını idarə edərkən Cavabdeh idarə etdiyi Mersedes benz AXOR1840 LS yük markalı ** FB *** dövlət qeydiyyat nömrə nişanlı avtomaçın sağa dönərkən onun avtomobilinin sol qanad və buferindən dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Hadisə yerini müayinə etdikdən sonra günahın Cavabdeh oğlduğunu bildirdilər. Cavabdeh ona dəymiş ziyanı ödəyəcəyinə söz versə də lakin sonradan söözündən dönərək ona dəymiş ziyanı ödəmək istəmədi. Cavabdeh barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib olundu. Dəymiş ziyanla bağlı cavabdehlə razılığa gəlməyi təklif etmişdir. Lakin cavabdeh razılığa gəlmək istəməmişdir. Dəymiş ziyanla bağlı avtomobillərə texniki xidmət məntəqəsinə müraciət etmiş, dəymiş ziyanın ümumilikdə 300 manat olduğu məlum olmuşdur. Hazırda cavabdeh həmin məbləği ona ödəmək istəmir. Cavavdeh onu get-gələ salaraq onun sarsıntı keçirməsinə səbəb olmuşdur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Çöl-ərəb kəndində yaşayır. Özünə məxsus MERSEDES BENZ AXOR 1840 Ls yük avtomobili var. xx.xx.2022-ci il tarixdə həmin avtomobillə hərəkətdə olarkən iddiaçının avtomaşının qarşısına çıxmış və onun avtomobilini vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamış, avtomaşınlara maddi ziyan dəymişdir. Barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd edilmiş maddi ziyanın məbləği şişirdilmiş halda göstərilmişdir. Oun hazırda həmin pulu ödəməyə maddi imkanı yoxdur. Ona göstərilən məbləğdə maddi ziyan dəyməmişdir. Lakin 300 manat maddi ziyanı ödəməyə hazırdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. İşdə olan, xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokolun sürətindən görünür ki, Cavabdeh barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus ** TG *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdə Sulutəpə-Xocahəsən yolunda hərəktdə olarkən Mersedes benz AXOR1840 LS yük markalı ** FB *** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuş, hadisə nəticəsində xəsarət alan olmamış, avtomaşına maddi ziyan dəymişdir. Hazırki iddiasında iddiaçı cavabdehdən avtomaşına dəymiş maddi ziyanın 300 manat olduğunu bildirir.Cavabdeh isə iddianı 300 manatın ödənilməsi hissəsində qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçı avtomobilinin vurulması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. Həmçinin məhkəmə cavabdehin törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində təqsirli olmasını və törətmiş olduğu yol nəqliyyat hadisəsinə görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini nəzərə almalıdır. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işguzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsınılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisə zamanı iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyi üçün iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 300 manat maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV Sədrlik edən: /imza var/ Əsli ilə düzdür: Hakim X.X.İmanov
Məhkəmə qərarları › İş №2(041)-560/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-560/2023
13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver