Məhkəmə qərarları › İş №2(041)-566/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-566/2023

25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-566/2023 25.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı qanunsuz hesablanmış pul vəsaitinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən ona yazılmış 745 manat pul vəsaitinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı Kürdəmir rayon Xırdapay kəndində yaşayır. Həar ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsilə qaz idarəsinin hesabına ödəyir. Heç vaxt qaza borcu olmayıb. Lakin buna baxmayaraq 2012-ci ildən bu günə kimi qaz sayğacının hesabında 745 manat borc məbləği göstərilmişdir. Bununla bağlı qaz idarəsinə müraciət etmiş, ödəniş qəbzlərini idaryə təqdim etmiş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsiniməhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.S.Xəlilov iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Kürdəmir rayon Xırdapay kəndində yaşayan İddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmiş, onun tərəfindən öpdənişlər olunduğunu qeyd etsə də həmin ödənişlər onların hesabına otuzdurulmamışdır. Araşdırma aparılmış, ümumilikdə 745 manat borcunun olduğu məlum olmuşdur. Nümayəndə izahatının sonunda iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan qəbzlərin surətindən görünür ki, iddiaçı 2011-2012-ci illər ərzində ümumilikdə təbii qazdan istifadə nəticəsində yaranmış borcdan 485 manat ödəniş etmiş,lakiin borclar onun abonent saldosunda öz əksini tapmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2011-2012-cü illər ərzində iddiaçı tərəfindən ödənilmiş, lakin abonentin saldosunda öz əksini tapmamış ümumilikdə 485 manat debitor borcun İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulmalı iddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilsə də, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularq dövlət büdcəsinə öpdənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2011-2013-cü illər ərzində iddiaçı tərəfindən ödənilmiş, lakin abonentin saldosunda öz əksini tapmamış 485 (dörd yüz səksən beş) manat debitor borcun İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar