Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-58/2023 17.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” istehsalat birliyinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 03199509 saylı aktın etibarsız hesab edilməsi, 216 manat cərimənin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsnə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.S.Xəlilov məhkəməyə bildirdi ki, iddiaçı G.Q.Səfərovanın mübahisələndirdiyi akt istehlakçı Sahibə Əliyevanın adına tərtib edilmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçıya S.Əliyeva ilə qohumluq əlaqəsini və eyni ünvanda yaşamaları barədə sübutlarını məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin qeyd edilən sənədlər məhkəməyə təqdim edilməmiş, özü də məhkəməyə gəlməmişdir. Hazırki vəziyyətdə işə mahiyyəti üzrə baxılması mümkün hesab edilmədiyindən, ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARALDİ: İddiaçı cavabdeh “Azəriqaz” istehsalat birliyinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-58/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-58/2023
17.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver