Məhkəmə qərarları › İş №2(041)-597/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-597/2023

01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-597/2023 01.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AKT R 256518 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 500 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə İddiaçı iddia tələbinin həcminin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AKT R 256518 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış 500 manat məbləğində cərimənin və 25 mart 2023-cü il tarixli, AKT R 292493 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış 670 manat məbləğində cərimənin onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə o, özü evdə olmadığı vaxt "xxxx" ASC-nin əməkdaşları evin həyətinə gəlib evdə olan ailə üzvləırinə heç bir xəbərdarlıq etmədən elektrik sayğacına baxış keçirmişlər. Sonradan cavabdehin əməkdaşları tərəfindən barəsində xx.xx.2022-ci il tarixdə 256518 nömrəli akt tərtib edildiyini öyrənmiş və X5 müraciət edib həmin aktı almışdır. Həmin aktda guya sayğaca kənar xətt çəkərək birbaşa X2 edildiyi və hətda bununla bağlı video çəkilişin aparıldığı qeyd edilmişdir. Cavabdehin əməkdaşları istifadə etdiyi elektrik enerjisinə baxış keçirərkən ona heç bir məlumat verməmiş, aktda adı qeyd edilsə də akt imza edilməsi üçün ona təqdim edilməmiş, cavabdehin 2 nümayəndəsinin adı qeyd edilsə də, akta bir nəfər imza etmiş, hal şahidlərinin iştirakı ümumiyyətlə təmin edilməmişdir. Qeyd edilən akt Qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmiş və bununla da istehlakçı kimi onun hüquqları pozulmuşdur. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən barəsində tərtib edilən xx.xx.2022-ci il tarixli, AKT R 256518 nömrəli akt tamamilə əsassız və qanunsuz tərtib edilmiş və həmin akta əsasən ona ümumilikdə 500 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Barəsində tərtib edilən aktdan məlumatı olmadığı müddətdə o, istifadə etdiyi elektrik enerjisinə görə 20 manat "xxxx" ASC-nin hesabına ödəmişdir. Həmin aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəndən sonra "xxxx" ASC-nin əməkdaşlarının onun barəsində xx.xx.2023-cü il tarixdə 292493 nömrəli akt tərtib edərək həmin akta əsasən ona 670 manat məbləğində cərimə hesablandığı məlum olmuşdur. Həmsin aktda isə guya onun elektrik sayğacına müdaxilə etməsi qeyd edilmişdir. Əslində ilə o istifadə etdiyi elektrik sayğacına heç bir müdaxilə etməmişdir. Barəsində tərtib edilən hər iki akt qanunsuz tərtib edildiyindən etibarsız hesab edilməli və həmin aktlara əsasən onun hesabına yazılmış cərimə məbləği hesabından silinməlidir. "xxxx" ASC-nin nümayəndələrinin akt üzrə hesabatı 366 gün qəbul edib aparması onun maddi vəziyyətini ağırlaşdırır. Ona görə də cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AKT R 256518 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış 500 manat məbləğində cərimənin və 25 mart 2023-cü il tarixli, AKT R 292493 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış 670 manat məbləğində cərimənin onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavbdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, abonent kodu **********00177 olan İddiaçı X2 etməsi ilə bağlı "xxxx" ASC-nə cəmi 906,16 manat borcu yaranmış, həmin borcun ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi enerjinin dəyərini ödəmədiyindən Kürdəmir rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, R 256518 saylı akda sərfiyyat kimi ona hesablanmış və iddia ərizəsində göstərilmişdir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(041)-1556/2022 saylı qətnaməsinə əsasən "xxxx" ASC-nin iddiası təmin olunmuşdur. Həmçinin "xxxx" ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik eknerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2023cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının sayğacdan kənar xətt çəkərək bir başa X2 etməsi faktı aşkar olunmuşdur. Bu isə EEİQ-nin 8.17-ci, həmçinin EQQQ-nin ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, R 292493 saylı akt tərtib edilərək 5A 0,22 kvt x 24 saat x 0,7 x 366 gün = 6357 kvts, Tarif (-2294 kvts x 0,08 man= 183,52 man; Tarif (-1147 kvts x 0,09 man=103,23 man; Tarif (-2916 kvts x 0,13 man= 379 man, cəmi 665,83 manat məbləğində əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurduğu ziyan kimi 6357 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Ona görə də İddiaçı Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AKT R 256518 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış 500 manat məbləğində cərimənin və 25 mart 2023-cü il tarixli, AKT R 292493 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış 670 manat məbləğində cərimənin onun hesabından silinməsi tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş X2 qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, AKT R 256518 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Pirili kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən abonentin 0,4 kv hava xəttindən kənar xətt çəkərək birbaşa X2 etməsi müəyyən edilmiş və video çəkiliş aparılması qeyd edilmişdir. Keçən yük İ=3,2A, U=220V, P=0,70 kvt. Akt tərtib edilərkən həmin akt hal şahidləri dəvət edilmədən "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmış, akt imza edilməsi üçün İddiaçı təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş X2 qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, AKT R 292463 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Pirili kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən sayğacın keçən 0,4 kv hava xəttindən kənar xətt çəkərək birbaşa X2 etməsi müəyyən edilmiş və video çəkiliş aparılması qeyd edilmişdir. Kənar xətdən keçən yük naqilin en kəsiyinə görə hesabat aparılmış S=6mm. Akt tərtib edilərkən həmin akt hal şahidləri dəvət edilmədən "xxxx" ASC-nin 2 nəfər nümayəndəsi tərəfindən imzalanmış, akt imza edilməsi üçün abonentə təqdim edimlməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00177 nömrəli Abunə haqqından görünür ki, xx.xx.2022-ci il tarixli, R 256518 nömrəli akta əsasən İddiaçı itirilmiş elektrik enerjisinə görə 336,40 manat hesablanmış, xx.xx.2023-cü il tarixli, R 292463 nömrəli akta əsasən itirilmiş elektrik enerjisinə görə 665,83 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1556/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı borcla əlaqədar pul tələbinə dair iddia tələbi təmin edilərək cavabdeh İddiaçı istifadə etdiyi elektrik enerjisirnə görə yaranmış 906,16 manat debitor borcu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailəsi ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə o, özü evdə olmadığı vaxt "xxxx" ASC-nin əməkdaşları evin həyətinə gəlib evdə olan ailə üzvləırinə heç bir xəbərdarlıq etmədən elektrik sayğacına baxış keçirmişlər. Sonradan cavabdehin əməkdaşları tərəfindən barəsində xx.xx.2022-ci il tarixdə 256518 nömrəli akt tərtib edildiyini öyrənmiş və X5 müraciət edib həmin aktı almışdır. Həmin aktda guya sayğaca kənar xətt çəkərək birbaşa X2 edildiyi və hətda bununla bağlı video çəkilişin aparıldığı qeyd edilmişdir. Cavabdehin əməkdaşları istifadə etdiyi elektrik enerjisinə baxış keçirərkən ona heç bir məlumat verməmiş, aktda adı qeyd edilsə də akt imza edilməsi üçün ona təqdim edilməmiş, cavabdehin 2 nümayəndəsinin adı qeyd edilsə də, akta bir nəfər imza etmiş, hal şahidlərinin iştirakı ümumiyyətlə təmin edilməmişdir. Qeyd edilən akt Qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmiş və bununla da istehlakçı kimi onun hüquqları pozulmuşdur. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən barəsində tərtib edilən xx.xx.2022-ci il tarixli, AKT R 256518 nömrəli akt tamamilə əsassız və qanunsuz tərtib edilmiş və həmin akta əsasən ona ümumilikdə 500 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Barəsində tərtib edilən aktdan məlumatı olmadığı müddətdə o, istifadə etdiyi elektrik enerjisinə görə 20 manat "xxxx" ASC-nin hesabına ödəmişdir. Həmin aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəndən sonra "xxxx" ASC-nin əməkdaşlarının onun barəsində xx.xx.2023-cü il tarixdə 292493 nömrəli akt tərtib edərək həmin akta əsasən ona 670 manat məbləğində cərimə hesablandığı məlum olmuşdur. Həmsin aktda isə guya onun elektrik sayğacına müdaxilə etməsi qeyd edilmişdir. Əslində ilə o istifadə etdiyi elektrik sayğacına heç bir müdaxilə etməmişdir. Barəsində tərtib edilən hər iki akt qanunsuz tərtib edildiyindən etibarsız hesab edilməli və həmin aktlara əsasən onun hesabına yazılmış cərimə məbləği hesabından silinməlidir. "xxxx" ASC-nin nümayəndələrinin akt üzrə hesabatı 366 gün qəbul edib aparması onun maddi vəziyyətini ağırlaşdırır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1556/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı borcla əlaqədar pul tələbinə dair iddia tələbi təmin edilərək cavabdeh İddiaçı istifadə etdiyi elektrik enerjisirnə görə yaranmış 906,16 manat debitor borcu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı "xxxx" ASC-nin hesabına tutulması tələb olunan məbləğ X2 ilə bağlı debitor borc və onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli R 256518 nömrəli akta əsasən itirilmiş elektrik enerjisinə görə hesablanan məbləğ olduğundan iddia tələbi xx.xx.2022-ci il tarixli, AKT R 256518 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış 500 manat məbləğində cərimənin silinməsi tələbinə dair hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qavnuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, R 292493 nömrəli akt tərtib edilərək kənar xətdən keçən cərəyanın miqdarı hesablanarkən hesabat müddətinin 366 gün qəbul edilməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırması nəzərə alınaran hesabat müddəti 130 gün qəbul edilməklə 5A 0,22 kvt x 24 saat x 0,7 x 130 gün = 2402 kvts, Tarif (-200 kvts x 0,08 man= 16,00 man; Tarif (-100 kvts x 0,09 man=9,00 man; Tarif (-2102 kvts x 0,13 man= 273 man, cəmi 298,12 məbləğində borc iddiaçıdan tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanır. İş materiallarından və iddiaçının izahatından da göründüyü kimi iddiaçının barəsində tərtib olunan mübahisəli akt iddiaçı tərəfindən imzalanmamış, akt tərtib edilərkən iddiaçının istifadə etdiyi elektrik sayğacında hər hansı bir müdaxilənin və ya iddiaçının sayğacdan kənar elektrik xəttindən istifadə etməsi halı müəyyən edilməmiş və bu kimi nöqsanların olması barədə iddiaçıya heç bir məlumat verilmədən tərtib edilməklə akda qeyd edilən nöqsanlar barədə iddiaçıya heç bir məlumat verilmədən tərdib edilmiş və imza edilməsi üçün iddiaçıya təqdim edilməmişdir. Göründüyü kimi akt müəyyən edilmiş qayda pozulmaqla tərtib edilmiş və qeyd edilən pozuntular iddiaçı tərəfindən mübahisələndirildiyindən xx.xx.2023-cü il tarixli, R 292493 nömrəli aktın qismən etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyinə görə iddia tələbinin təmin edimiş hissəsinə mütənasib olaraq İddiaçı 10 manat dövlət rüsumu, cavabdeh "xxxx" ASC-dən 20 manat dövlət rüsumu alınaraq dövlət budcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT R 292493 nömrəli akt qismən etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 298,12 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, qalan 371,88 manat onun hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, R 292493 nömrəli akt qismən etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 298,12 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin, qalan 371,88 manat borc onun hesabından silinsin. İddia tələbinin təmin edimiş hissəsinə mütənasib olaraq İddiaçı 10 manat dövlət rüsumu, cavabdeh "xxxx" ASC-dən 20 manat dövlət rüsumu alınaraq dövlət budcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar