Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-616/2025 08.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 6000 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, eyni tərəflər arasında eyni predmet barəsində Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(041)-304/2025 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 1047.41 (min qırx yeddi manat qırx bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,47 (otuz manat qırx yeddi qəpik) manat məbləğində pulun Cavabdeh İB-nin xeyrinə tutularaq ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-304/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermiş və Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsində təsbit edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. İzah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-616/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-616/2025
08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver