Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-618/2023 26.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı qanunsuz hesablanmış 515 manat borcun hesabından silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 515 manat qaz pulu ödəniş qəbzlərinin hesabına bərpa edilməsi və qanunsuz hesablanmış 515 manat pulun silinməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı Kürdəmir rayon Şıxımlı kəndində yaşayır. Abunə hesabı **********00500 olmaqla təbi qaz istehlakçısıdır. Qaza görə heç vaxt borcu olmayıb. 2022-ci lin oktyabr ayında qaz nəzarətçisi ona bildiriş təqdim etmiş, borcunun çox olduğunu görərək qaz idarəsinə getmişdir. Orada ona məlum olmuşdur ki, 515 manat borcu 2010-2019-cu illərdə yaranıb. Həmin illərin ödəniş qəbzlərini təqdim etmiş, lakin heç bir nəticəsi olmamışdır. Həmçinin orada araşdırılarkən məlum olub ki, onun qaz pulu 0500 koduna yox, 0550 koduna işlənmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsiniməhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.S.Xəlilov iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Kürdəmir rayon Şıxımlı yaşayan İddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmiş, lakin edilmiş ödənişlər abunçənin adına olan 0500 koduna deyil, 0550 koduna işlənmişdir. Nəticədə həmin borc onun hesabında qalmışdır. Sonradan araşdırma aparılmış, ümumilikdə 380 manat iddiaçının hesabına ödənilmədiyi aşkar olunmuşdur. Nümayəndə izahatının sonunda iddianın həmin məbləğdə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Kürdəmir rayon Şıxımlı kəndində yaşayan İddiaçı abonentin saldosundan görünür ki, iddiaçının abonent kodu **********00500 göstərilmişdir. İşdə olan xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, iyul 2011-ci il tarixli,xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli qəbzlərdən görünür ki, ümumilikdə 160 manat **********550 nömrəlşi hesaba ödənilmişdir. İşdə olan xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.1013-cü il tarixli, xx.xx.2012ci il tarixli qəbzlərdən görünür ki, 220 manat borc **********500 nömrəli koda ödənilmiş, lakin həmin borc abonentin saldosunda öz əksini tapmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2011-2013-cü illər ərzində iddiaçı tərəfindən ödənilmiş, lakin abonentin saldosunda öz əksini tapmamış ümumilikdə 380 manat debitor borcun İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulmalı iddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilsə də, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularq dövlət büdcəsinə öpdənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2011-2013-cü illər ərzində iddiaçı tərəfindən ödənilmiş, lakin abonentin saldosunda öz əksini tapmamış 380 (üç yüz səksən) manat debitor borcun İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-618/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-618/2023
26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver