Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-630/2023 25.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu real maddi ziyana görə 1800 manat, əldən çıxmış faydaya görə 1000 manat, cəmi 1800 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin avqust ayında özünə məxsus “Vaz 2106” markalı avtomobili əsaslı təmir etmək məqsədilə kəndin yaxınlığında fəaliyyət göstərən avtomobil təmiri sexinə gedərək çilingər Cavabdehla danışmış, usta maşına baxaraq avtomobilin əsaslı təmiri üçün bir sıra detalların alınmasının vacibliyini bildirmişdir. Bu məqsədlə rayon ərazsində fəaliyyət göstərən sahibkar Abduləli Bayramovdan 736 manat dəyərində, digər mağazadan 600 manat dıyırində avtomobil ehtiyat hissələri almış və ona təhvil vermişdir. Bundan sonra usta haqqı olaraq ondan 400 manat pul tələb etmiş və avtomobili 10 gün müddətinə ona təmir edib verəcəyini bildirmişdir. Ustanın tələbinə əsasən ona bir neçə gün ərzində 375 manat pul vermişdir. Bu minvalla usta tərəfindən 10 gün müddətinə götürülmüş öhdəlik 2022-ci ilin sentyabr ayına kimi davam etmişdir. Avtomobilinin təmir olunmadığın görüb onu geri tələb etmişdir. Usta Cavabdeh avotmobili əvvələkindən də pis vəziyyətdə ona geri qaytarmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona dəymiş ziyanı ödəməmişdir. Həmçinin cavabdeh 2 il ərzində onun avtomobilini saxlaması nətcisənidə ona əlavə olaraq 1000 manat ziyan vurmuşdur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçını yaxından tanıyır, onunla normal münasibətləri olmuşdur. Təxminən 2019-cu ilin sentyabr ayında iddiaçı ona yaxınlaşaraq avotmobilini təmir etdirmək istədiyini bildirmiş, avtomobilə baxış keçirmiş və bir neçə detalının dəyşdirilməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçı ilə bərabər avtomobil ehtiyat hissələri mağazasına getmiş və oradan lazimi detalllara baxmışlar. İddiaçı həmin detalları ona 1 il ərzində təqdim etmişdir. Avtomobili təmir edib qurtardıqdan sonra iddiaçıya zəng edərək avtomobili gəlib aparmasını xahiş etmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, iddiaçı avtomobilini gəlib aparmamışdır. Təxminən 2 ildən artıq avtomobil onun həyətimndə qalmışdır. 2 ildən sonra iddiaçı onun evinə gələrək avtomobilini tələb etmişdir. Həmin vaxt artıq avtomobil onun evində baxımsız vəziyyədə qaldığı üçün bir neçə detalı sıradan çıxmışdır. Cavabdeh izahatının sonunda iddia tələblərinin təmin edilməməsini xahiş etdi. İşdə olan, Kürdəmir şəhər Avtomobillərə texniki xidmət məntəqəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, VAZ 2106 markalı 33 809 dövlət qeydiyyat nömrə nişanlı avtomaşına1023 (748+275) manat maddi ziyan dəymişdir. İşdə olan, Kürdəmir rayon polis şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda Cavabdeh etdiyi şikayətə baxıldığı, göstərilən xüsusatlarla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi, A.Bayramovun imzası ilə olan sadə qeyddə 736 manat ehtiyat hissələrinin adları sadalanmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, mübahisə podrat müqaviləsinin lazımi qaydada icra edilməməsi səbəbindən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur 756.2. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. 767.2. Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur.
770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
771. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.
773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2019-cu ilin avqust ayında avtomobilin təmiri ilə bağlı tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə sifarişçi lazım olan ehtiyat hissələrini podratçıya təhvil verməli, podratçı isə ehtiyat hissələrini qəbul edəndən sonra 10 gün müddətində avtomobili təmir edib sifarişçiyə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflərin izahatlarından məlum olur ki, avtomobil göstərilən müddətdə təmir edilməmiş, sifarişçi 2022-ci ilin sentyabr ayında avtomobilini geri almış və ona 1800 manat civarında ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı bununla bağlı Kürdəmir rayon polis şöbəsinə şikayət etmiş, lakin şikayətdə göstərilən xüsusatlarla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. İddiaçıya dəymiş ziyanın miqdarına gəldikdə, Kürdəmir şəhər Avtomobillərə texniki xidmət məntəqəsinin xx.xx.2023-cü il tarixli arayışında avtomobilin sıradan çıxmış və istifadəyə yarasız hala düşmüş hissələrinin əvəz edilməsi üçün 748 manat, onların quraşdırılması üçün 275 manat muzd haqqı olmaqla avtomaşına 1023 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Əldən çıxmış faydaya görə tələb edilən 1000 manat pulun nədə ifadə olunduğu barədə heç bir sübut işə əlavə edilməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, avtomobilə dəymiş real zərər kimi 1023 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1023 (bir min iyirmi üç) manat pul tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1023 (bir min iyirmi üç) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
SƏDRLİK EDƏN X.X.İMANOV