Məhkəmə qərarları › İş №2(041)-638/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-638/2024

25.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-638/2024 25.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Kürdəmir şəhəri, Bakı prospekti, 6a nömrəli evin, 4-cü mənzilindən qeydiyyatdan çıxarılması və həmin ünvanda yerləşən ona məxsus fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Kürdəmir şəhəri, Bakı prospekti, 6a nömrəli evin, 4-cü mənzilində yaşayır. xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmaqla çıxarış almışdır. Qeyd edilən fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh X4 evinə müvəqqəti qeydiyyata düşməyi xahiş etmiş və ona bildirmişdir ki, bir neçə aya ev alacaq və qeydiyyatdan çıxacaq. İddiaçı cavabdehə razılıq verərək evinə qeydiyyata salıb. Cavabdeh onun evinə qeydiyyata düşməsinə baxmayaraq bir gün də olsun onun evində yaşamamış, formal olaraq onun evinə qeydiyyata düşmüş və həmin vaxtdan çıxıb getmişdir. Cavabdeh onun evinə qeydiyyata düşdüyü gündən başqa yerdə yaşayıb və harada yaşamasından onun xəbəri yoxdur. Cavabdehin onun evində qeydiyyatda olması onun mülkiyyət hüquqlarını pozur. Ona görə də məcbur olub cavabdehin onun evindən istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - xx.xx.2011-ci il tarixdə verilmiş reyestrdən çıxarışdan görünür ki, Kürdəmir şəhəri, Bakı prospekti, 6a nömrəli evin, ümumi sahəsi 40.3 kv.m olan 4-cü mənzili üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - yaşayış yeri üzrə qeydiyyat haqqında 652349 nömrəli arayışdan məlum olur ki, Kürdəmir şəhəri, Bakı prospekti, 6a nömrəli evin, 4-cü mənzilində X1, X6, X5 və Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdadır. - qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh heç bir vaxt Kürdəmir şəhəri, Bakı prospekti, 6a nömrəli evin, 4-cü mənzilində yaşamamışdır. Məhkəmə iclasında iddiaçının izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın oldu ki, İddiaçı cavabdehin xahişi ilə mülkiyyətində olan, Kürdəmir şəhəri, Bakı prospekti, 6a nömrəli evin, 4-cü mənzilinə cavabdehi qeydiyyata saldırmış, lakin cavabdeh onun evində yaşamamışdır. Cavabdeh həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışdır. Kənar şəxslərin evdə qeydiyyatda olması iddiaçının evin mülkiyyətçisi kimi hüquqlarını məhdudlaşdırdığı üçün həmin şəxsin mülkiyyətində olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün onun həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşin faktiki və mübahisə edilməyən hallarından görünür ki, Kürdəmir şəhəri, Bakı prospekti, 6a nömrəli evin, 4-cü mənzili xx.xx.2011-ci ildə verilmiş çıxarışa əsasən iddiaçının tam pay hüququ ilə mülkiyyətindədir. Cavabdeh iddiaçının razılığı ilə həmin mənzilə qeydiyyata alınsa da, yaşayış sahəsindən istifadə hüququ yoxdur, mövcud olmayan hüquqa xitam verilə bilməz. Lakin belə nəticə müdafiəsi tələb olunan hüququn (ev üzərində iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmasına səbəb olur. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehin evdən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehin evdən istifadə hüququnun olmadığını iddia edir. Odur ki, hazırkı iddia mahiyyətinə görə “istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə tələb” kimi qiymətləndirilməlidir. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin evdə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh X2 Kürdəmir şəhəri, Bakı prospekti, 6a nömrəli evin, ümumi sahəsi 40.3 kv.metr olan 4-cü mənzilindən istifadə hüquqularının olmadığı müəyyən edilməlidir. İddiaçıya və qətnaməni icra edən dövlət orqanlarına izah edilir ki, qətnamə cavabdehin Kürdəmir şəhəri, Bakı prospekti, 6a nömrəli evin, 4-cü mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Kürdəmir şəhəri, Bakı prospekti, 6a nömrəli evin, ümumi sahəsi 40.3 kv.metr olan 4-cü mənzilinə istifadə hüququnun olmadığı müəyyən edilsin. Qətnamə Cavabdeh yaşayış yeri üzrə Kürdəmir şəhəri, Bakı prospekti, 6a nömrəli evin, ümumi sahəsi 40.3 kv.metr olan 4-cü mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar