Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-641/2023 17.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış 572 manat borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz hesablanmış 572 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Xırdapay kəndində yaşayır. Təbii qaz istehlakçısı olmaqla, **********00460 nömrəli kodla Cavabdehndə qeydiyyata alınmışdır. İstifadə etdiyi təbii qazın dəyərini həmişə ödəyir. Qaza görə heç vaxt borcu olmayıb. 2023-cü ilin fevral ayında qaz nəzarətçisi ona bildiriş verərkən həmin bildirişdə borcunun çox olduğunu görüb səbəbini öyrənmək üçün Qaz İdarəsinə müraciət etmişdir. Qaz İdarəsində ona məxsus Abonent saldosuna baxıb təbii qazdan istifadəyə görə 572 manat borcunun olduğunu bildirmişlər. Halbuki, onun həmin məbləğdə borcu olmamış və bu barədə ona əvvəllər bildiriş də verilməmişdir. O, istifadə etdiyi təbii qazın pulunu ödədiyini bildirsə də, Qaz İdarəsində ona borcun 2010-2020-ci illər ərzində yarandığını bildirmişlər. Borcun əsassız hesablandığını bildirib silinməsini xahiş etsə də onun xahişinə əməl edilməmişdir. Bundan sonra əsassız hesablanmış borcun silinməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin Cavabdehndə onun müraciətinə heç bir cavab verilməmişdir. Ona görə də qanunsuz hesablanmış 572 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı Cavabdehn oğlunun Cavabdehnə qarşı Cavabdeh İBnin nümayəndələri tərəfindən ona yazılmış 572 manat qaz pulunun onun hesabından silinməsi tamamilə əsassızdır. Belə ki, iddiaçının silinməsini tələb etdiyi 572 manat məbləğində borc onun istifadə etdiyi təbii qazın dəyərini tam ödəməməsi nəticəsində yaranmış və özü tərəfindən ödənilməlidir. Ona görə də İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin nümayəndələri tərəfindən ona yazılmış 572 manat qaz pulunun silinməsi tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, 14298 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı Əlimardan oğlu ilə Ağsu RQİİ-nin arasında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********00460 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2022-ci illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 572,32 manat olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı məhkəməyə təqdim etdiyi Azərpoçt MMC-nin xx.xx.2014cü il tarixli, EAÇ/20 059460 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2015-ci il tarixli, EAÇ/23 594362 nömrəli qəbzlə 10 manat, xx.xx.2015-ci il tarixli, EAÇ/23 009656 nömrəli qəbzlə 10 manat, xx.xx.2015-ci il tarixli, EAÇ/23 007321 nömrəli qəbzlə 35 manat, xx.xx.2015-ci il tarixli, ÇCY/42 315238 nömrəli qəbzlə 20 manat, ÇCY/42 312201 nömrəli qəbzlə 20 manat, xx.xx.2015-ci il tarixli, EAÇ/22 451378 nömrəli qəbzlə 30 manat, xx.xx.2015-ci il tarixli, EAÇ/22 457789 nömrəli qəbzlə 30 manat, xx.xx.2015-ci il tarixli, EAÇ/19 758274 nömrəli qəbzlə 10 manat, xx.xx.2014-cü il tarixli, EAÇ/18 693559 nömrəli qəbzlə 20 manat, xx.xx.2015-ci il tarixli, ÇCY/42 314818 nömrəli qəbzlə 40 manat, xx.xx.20174-cü il tarixli, EAÇ/181239 nömrəli qəbzlə 30 manat, xx.xx.2014-cü il tarixli, EAÇ/8 620508 nömrəli qəbzlə 20 manat ödəniş etmiş və həmin həmin ödənişlər iddiaçının adına qeydə alınmış abonent saldosunda qeydə alınmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə ünvan 2 ünvanında yaşayır. Yaşadığı evdə istifadə etdiyi təbii qaza görə **********00250 nömrəli abonent kodu öz adına qeydə alınıb. İstifadə etdiyi təbbi qazın dəyərini hər ay vaxtında Cavabdeh hesabına ödəyir. Bu yaxınlarda ona istifadə olunmuş təbii qazın pulunu ödəmək üçün bildiriş-xəbərdarlıq veriləndə təbii qaza görə 390.44 manat məbləğində yekun borc hesablandığını görmüşdür. Borcun yaranma səbəbini öynənmək üçün Kürdəmir rayon Qaz İdarəsinə müraciət etmiş və Qaz İdarəsində adına qeydə alınmış **********00250 nömrəli abonent saldosunu ona təqdim etmişlər. Ona təqdim edilən abonent saldosuna baxdıqda həmin abonent saldosunda da 390.44 manat borcunun olduğu qeyd edilmişdir. Həmin abonent saldosunda 2019-ci ilin dekabr ayına borcun 344.94 manat olduğu göstərilmişdir. Hesab edir ki, Cavabdeh vaxtı keçmiş borcu ondan əsassız olaraq tələb etməklə 2019-ci ilin dekabr ayından bəri keçən müddət ərzində onun təbii qadzdan istifadəyə görə ödədiyi qaz pulunu nəzərə almadan ondan əsassız olaraq 394.44 manat məbləğində qaz pulunu tələb edir. Belə ki, onun abonent saldosunda göstərilən məbləğdə borcu yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş və İddiaçı adına qeydə alınmış **********00460 nömrəli abonent saldosunda 2014-2015-ci illər ərzində istifadə edilmiş təbii qazın dəyəri ödənilərkən sayğac göstəricisi ilə ödəniş aparılan ayların sonuna qalıqda hesablama düzgün aparılmamış və bunun da nəticəsində abonentin hesabında artıq borc yaranmışdır. Belə ki, 2014-2015-ci illər ərzində iddiaçı, abonent İddiaçı tərəfindən istifadə edilmiş təbii qazın dəyəri ödənilərkən 2014-cü ilin yanvar ayında ayın sonun a ödənilməmiş borc 266,22 manat olmuş, 2015-ci ilin avqust ayının sonuna qalıq borc 492,12 manat göstərilməklə abonent tərəfindən həmin dövr ərzində ödənilən ödənişlar nəzərə alınmamış və onun qalıq borcundan silinməmiş və onun hesabına 225,42 manat məbləğində artıq borc hesablanmışdır. Həmçinin İddiaçı adına qeydə alınmış **********00460 nömrəli abonent saldosunun Qalıq və aktlar sütununda 59,52 manat borc hesablandığı göstərilsə də cavabdehin nümayəndəsi həmin borcun hansı əsasla yaranması və iddiaçının hesabına yazılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yaranmış 572 manat debitor borcdan ödənilmiş (213,10+59,52=272,62) 272,62 manat məbləğində borc iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 272,62 manat məbləğində borc iddiaçının hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh nümayəndələri tərəfindən İddiaçı hesablanmış 272,62 manat məbləğində borc onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-641/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-641/2023
17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver