Məhkəmə qərarları › İş №2(041)-644/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-644/2023

06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-644/2023 06.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Kamil qızına qarşı torpaq və daşınmaz əmlak üçün ödənilmiş və tikintiyə xərclənmiş pulların tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Kamil qızına qarşı torpaq və daşınmaz əmlak üçün ödənilmiş və tikintiyə xərclənmiş pulların tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək əlavə sübutların toplanması üçün iddia ərizəsini və əlavə edilmiş sənədləri baxılmadan geri qaytarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçının nümayəndəsi Nümayəndə vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh Kamil qızına qarşı torpaq və daşınmaz əmlak üçün ödənilmiş və tikintiyə xərclənmiş pulların tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardaddan, surəti tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar