Məhkəmə qərarları › İş №2(041)-649/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-649/2023

17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-649/2023 17.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz hesablanmış 685 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə Kürdəmir rayonunun Topal-Həsənli kəndində yaşayır. Təbii qaz istehlakçısı olmaqla istifadə etdiyi qazın dəyərini hamişə ödəmişdir. Qaza görə heç vaxt borcu olmayıb. X5 Qarabağ müharibəsində şəhid olmuşdur. Buna görə cənab Prezidentin qərarı ilə ona şəhid vəsiqə verilmişdir. Buna baxmayaraq Qaz İdarəsi onun şəhid anası olmasını nəzərə almır. 2022-ci ilin oktyabr ayında qaz nəzarətçisi ona bildiriş verəndə borcunun çox olmasını görüb Qaz İdarəsinə müraciət etmişdir. Qaz İdarəsində ona qaza görə 685 manat borcunun olduğunu bildirmişlər. Halbuki, onun qaza görə həmin məbləğdə borcu olmamış və bu barədə ona bildiriş verilməmişdir. Bundan sonra Qaz İdarəsində borcunun əsasən 2010-2020-ci illərdə yarandığını bildirmişlər. Qaz İdarəsinin əməkdaşlarına borcunun olduğu halda onun evinə verilən təbii qazın kəsməmələrinin səbəbini soruşmuş, lakin əməkdaşlar ona heç bir cavab verməmişlər. Onun abonent saldosunda göstərilən məbləğdə borcu yoxdur. Ona görə də Cavabdeh əməkdaşları tərəfindən ona qanunsuz hesablanmış 685 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı Kürdəmir Xidmət Sahəsinin abonenti olmaqla **********01470 nömrəli hesab ilə qeydiyyata alınmışdır. İddiaçı adına qeydə alınmış abonent saldosunda göstərilən borc onun təbii qazdan istifadəyə görə yaranmış borc olmaqla onun özü tərəfindən ödənilməlidir. Ona görə də iddiaçı X1 Cavabdeh əməkdaşları tərəfindən onun adına qeyd edilmiş **********01470 nömrəli abonent saldosu üzrə təbii qazdan istifadəyə görə qanunsuz hesablanmış 685 manat borcun onun hesabından silinməsi tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavıə edilmiş Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan müddətsiz istifadə etmək hüququna malikdir. İş materiallarına əlavə edlilmiş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, AKX-04765xx/xx-2022 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Ağsu RQİİ-nin arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********01470 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2023-cü illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 665,48 manat olduğu göstərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə Kürdəmir rayonunun Topal-Həsənli kəndində yaşayır. Təbii qaz istehlakçısı olmaqla istifadə etdiyi qazın dəyərini hamişə ödəmişdir. Qaza görə heç vaxt borcu olmayıb. X5 Qarabağ müharibəsində şəhid olmuşdur. Buna görə cənab Prezidentin qərarı ilə ona şəhid anası kimi vəsiqə verilmişdir. Buna baxmayaraq Qaz İdarəsi onun şəhid anası olmasını nəzərə almır. 2022-ci ilin oktyabr ayında qaz nəzarətçisi ona bildiriş verəndə borcunun çox olmasını görüb Qaz İdarəsinə müraciət etmişdir. Qaz İdarəsində ona qaza görə 685 manat borcunun olduğunu bildirmişlər. Halbuki, onun qaza görə həmin məbləğdə borcu olmamış və bu barədə ona bildiriş verilməmişdir. Bundan sonra Qaz İdarəsində borcunun əsasən 2010-2020-ci illərdə yarandığını bildirmişlər. Qaz İdarəsinin əməkdaşlarına borcunun olduğu halda onun evinə verilən təbii qazın kəsməmələrinin səbəbini soruşmuş, lakin əməkdaşlar ona heç bir cavab verməmişlər. Onun abonent saldosunda göstərilən məbləğdə borcu yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli vəsiqəyə əsasən İddiaçı şəhid anası olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş və İddiaçı adına qeydə alınmış **********01470 nömrəli abonent saldosunda 2017-2018-ci illər ərzində istifadə edilmiş təbii qazın dəyəri ödənilərkən sayğac göstəricisi ilə ödəniş aparılan ayların sonuna qalıqda hesablama düzgün aparılmamış və bunun da nəticəsində abonentin hesabında artıq borc yaranmışdır. Belə ki, 2017-2018-ci illər ərzində iddiaçı, abonent İddiaçı istifadə edilmiş təbii qazın dəyəri ödənilərkən 2017-ci ilin yanvar ayında ayın sonuna ödənilməmiş borc 250,08 manat olmuş, 2020-ci ilin yanvar ayının sonuna qalıq borc 333,28 manat göstərilməklə abonent tərəfindən həmin dövr ərzində ödənilən ödənişlar nəzərə alınmamaqla onun qalıq borcundan silinməmiş və onun hesabına 332,20 manat məbləğində artıq borc hesablanmışdır. Həmçinin İddiaçı adına qeydə alınmış **********01470 nömrəli abonent saldosunun Qalıq və aktlar sütununda 2010-cu ilin oktyabr ayına 48,68 manat borc hesablandığı göstərilsə də, cavabdehin nümayəndəsi həmin borcun hansı əsasla yaranması və iddiaçının hesabına yazılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yaranmış 665,48 manat debitor borcdan ödənilmiş (332,20+48,68=380,88) 380,88 manat məbləğində borc iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 380,88 manat məbləğində borc iddiaçının hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh nümayəndələri tərəfindən İddiaçı hesablanmış 380,88 manat məbləğində borc onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar