Məhkəmə qərarları › İş №2(041)-653/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-653/2023

04.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-653/2023 04.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış 375 manat borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 375 manat qaz pulu ödəniş qəbzlərinin hesabına bərpa edilməsi, qanunsuz hesablanmış 375 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Təbii qaz istehlakçısı olmaqla **********05310 nömrəli kodla qeydiyyata alınmışdır. İstifadə etdiyi qazın dəyərini həmişə ödəmiş, qaza görə heç vaxt borcu olmamışdır. 2023-cü ilin fevral ayında qaz nəzarətçisi ona bildiriş verəndə borcunun çox olduğunu görmüş və buna görə Qaz İdarəsinə müraciət etmişdir. Qaz İdarəsində ona təbii qazdan istifadəyə görə 550 manat borcunun olduğunu bildirmişlər. O, həmin məbləğdə borcunun olmadığını və həmin məbləğdə borcun olması ilə bağlı ona bildiriş verilmədiyini bildirmişlər. Həmin borc məbləğinin əsasən 2010-2020-ci illər ərzində yarandığını bildirmişlər. O, 2010-2011-2012 və 2015-ci illərdə istifadə etdiyi təbii qaza görə ödəniş qəbzlərini Qaz İdarəsinin əməkdaşlarına təqdim edib ona hesablanan borcun əsassız olduğunu və həmin borcun onun hesabından silinməsini tələb etsə də, cavabdeh təşkilatın əməkdaşları onun tələbini yerinə yetirməmişlər. Hesablanan 375 manat məbləbində borc tamamilə qanunsuzdur. 340 manat məbləğində ödəniş qəbzləri olmaqla borcla razı deyil. Həmin borc qanunsuz hesablanmaqla vətəndaşlıq hüquqları kobud surətdə pozulub. Hesablanan cərimə məbləği hesabından silinməlidir. Ona görə də 375 manat qaz pulu ödəniş qəbzlərinin hesabına bərpa ejdilməsi, qanunsuz hesablanmış 375 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı Babayev X1 Ağsu X5ı İdarəsinin Kürdəmir Xidmət sahəsinin abonenti olmaqla **********05310 nömrəli hesabla qeydiyyata alınmışdır. Belə ki, İddiaçı təbii qazdan istifadə ilə bağlı yaranmış borcunu tam şəkildə ödəməməsi nəticəsində onun 375 manat məbləğində borcu yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh Ağsu X5 İdarəsi tərəfindən hesablanmış qanunsuz borcun 375 manat məbləğin silinməsi tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********05310 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2023-cü illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 291,44 manat olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli, seriya ÇCY/26 697281 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2010-cu il tarixli, seriya ÇCY/26 807390 nömrəli ödəniş qəbzinə əsasən 30 manat, xx.xx.2010-cu il tarixli, seriya ÇCY/22 983644 nömrəli ödəniş qəbzinə əsasən 25 manat, xx.xx.2011-ci il tarixli, seriya ÇCY/32 264242 nömrəli ödəniş qəbzinə əsasən 50 manat, xx.xx.2011-ci il tarixli, seriya ÇCY/32 264768 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, xx.xx.2011-ci il tarixli, seriya ÇCY/34 131055 nömrəli ödəniş qəbzinə əsasən 30 manat, Fevral 2011-ci il tarixli, AKZ/8 962147 nömrəli ödəniş qəbzinə əsasən 30 manat, xx.xx.2012-ci il tarixli, seriya ÇCY/21 185157 nömrəli ödəniş qəbzinə əsasən 30 manat, Fevral 2015-ci il tarixli, seriya ÇCY/21 182245 nömrəli ödəniş qəbzinə əsasən 30 manat, May 2015-ci il tarixli, AKZ/10 981656 nömrəli ödəniş qəbzinə əsasən 15 manat, xx.xx.2015-ci il tarixli, AKZ/10 993844 nömrəli ödəniş qəbzinə əsasən 20 manat olmaqla, cəmi 280 manat məbləğində qaz pulu İddiaçı tərəfindən Cavabdeh hesabına ödənilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Təbii qaz istehlakçısı olmaqla **********05310 nömrəli kodla qeydiyyata alınmışdır. İstifadə etdiyi qazın dəyərini həmişə ödəmiş, qaza görə heç vaxt borcu olmamışdır. 2023-cü ilin fevral ayındaqaz nəzarətçisi ona bildiriş verəndə borcunun çox olduğunu görmüş və buna görə Qaz İdarəsinə müraciət etmişdir. Qaz İdarəsində ona təbii qazdan istifadəyə görə 550 manat borcunun olduğunu bildirmişlər. O, həmin məbləğdə borcxunun olmadığını və həmin məbləğdə borcun olması ilə bağlı ona bildiriş verilmədiyini bildirmişlər. Həmin borc məbləğinin əsasən 2010-2020-ci illər ərzində yarandığını bildirmişlər. O, 2010-2011-2012 və 2015-ci illərdə istifadə etdiyi təbii qaza görə ödəniş qəbzlərini Qaz İdarəsinin əməkdaşlarına təqdim edib ona hesablanan borcun əsassız olduğunu və həmin borcun onun hesabından silinməsini tələb etsə də, cavabdeh təşkilatın əməkdaşları onun tələbini yerinə yetirməmişlər. Hesablanan 375 manat məbləbində borc tamamilə qanunsuzdur. 340 manat məbləğində ödəniş qəbzləri olmaqla borcla razı deyil. Həmin borc qanunsuz hesablanmaqla vətəndaşlıq hüquqları kobud surətdə pozulub. Hesablanan cərimə məbləği hesabından silinməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********05310 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2023-cü illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 291,44 manat olduğu göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 2010-2011-2012 və 2015-ci illər ərzində təbii qazdan istifadəyə görə ödədiyi 280 manat məbləğində qaz pulu onun adına qeydə alınmış Abonent saldosunda qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadəyə görə 2010- 2011-2012 və 2015-ci illərdə Cavabdeh hesabına ödədiyi 280 manat məbləğində qaz pulu onun hesabından silinməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli, AKZ/10 984874 nömrəli, xx.xx.2010cu il tarixli, seriya CJÖ/30 730183 nömrəli və xx.xx.2010-cu il tarixli, seriya CJÖ/30 739603 nömrəli ödəniş qəbzləri isə İddiaçı adına qeydə paldınmış **********05310 nömrəldi Abonentin saldosunda qeyd edilməyən aylara təsadüf etdiyindən həmin ödəniş qəbzləri sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında“ Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh tərəfindən İddiaçı hesablanmış 280 manat iddiaçının hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 280 manat məbləğində borc onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh“ Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar