Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-671/2023 17.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış 1650 manat borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən hesablanmış 1650 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir şəhəri, A.Şakir küçəsi ev 7-də yaşayır. Təbii qaz istehlakçısı olmaqla abunə hesabı **********00200-dür. İstifadə etdiyi təbii qazın dəyərini həmişə ödəyir. Qaza görə heç vaxt borcu olmayıb. X10 dünyasını dəyişdikdən sonra təbii qazdan özü istifadə etmiş və ödənişi də özü etmişdir. xx.xx.2020-ci il tarixdə Kürdəmir Qaz İdarəsinin əməkdaşları onun istifadə etdiyi qaz sayğacını dəyişdirmişlər. Bununla bağlı onun iştirakı ilə ******* nömrəli, xx.xx.2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmişlər. Mənzilin qaz xətti üzərində olan ******* nömrəli sayğacın göstəricisi 17672 kub metrlə çıxarılmışdır. Həmin vaxt onun qaza görə borcu 17630 kub metrlə 58 manat olmuşdur. Sayğacın üzərində olan 42 kub metr təbii qaz sərfiyyatı da nəzərə alınsa onun borcu cəmi 100 manat təşkil edəcək. Lakin cavabdeh qurumun əməkdaşları ona qanunsuz olaraq istifadə etmədiyi qaza görə 1650 manat borc yazmışlar. Mərhum X1nın müraciətinə əsasən 2016-cı ildə Cavabdehndə araşdırma aparılmış və həmin vaxt mərum atasının adına qeyd edilmiş abonent hesabında (kod **********00200) yaranmış borcun araşdırılması zamanı abonentin ünvanda qaz xətti üzərində istismarda olmuş ******* nömrəli G-4 markalı sayğavc ******* nömrəli G-4 markalı sayğacla əvəz olunan zaman səhv nəticəsində son göstəricinin bazaya yenidən daxil edilərək artıq hesabat aparılması nəticəsində mərhum atasının hesabında 1650 manat qeyri real borcun yaranmasına səbəb olmuşdur. Halbuki, hazırda onun həmin məbləğdə borcu olmayıb və həmin məbləğdə borcun olması ilə bağlı ona bildiriş verilməyib. Dəfələrlə Qaz İdarəsinə müraciət etsə də borcun silinməsi ilə bağlı heç bir nəticə əldə etməmişdir. Qaz İdarəsinin əməkdaşlarına 1650 manat borcunun olduğu halda evinə verilən təbii qazın kəsilməməsinin səbəbini soruşsa da, əməkdaşlar ona bu barədə heç bir cavab verməmişlər. Qaz İdarəsində həmin borcun 2010-2020-ci illərdə yarandığını bildirib adına qeydə alınmış Abonent saldosunu ona verib təbii qazdan istifadəyə görə borcunun Abonent saldosunda qeyd edildiyini bildirib mübahisə ilə bağlı məhkəməyə müraciət etməsini izah etmişlər. Ona görə də Cavabdeh tərəfindən hesablanmış 1650 manat qaz pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı Kürdəmir Xidmət Sahəsinin abonenti olmaqla **********00200 nömrəli hesab ilə qeydiyyata alınmışdır. İddiaçı məxsus olan mənzilin qaz xətti üzərində quraşdırılmış qaz sayğacının göstəricisi əsasında hesabat aparılmışdır. Mənzilin qaz xətti üzərində olan ******* nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixdə 17672 kub metr göstərici ilə açılaraq əvəzində yeni, 12538608 nömrəli qaz sayğacı quraşdırılmışdır. Beləliklə iddiaçı tərəfindən ödənişlər tam şəkildə aparılmadığı üçün debitor borcu yaranmışdır. İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin nümayəndələri tərəfindən ona hesablanmış 1650 manat qaz pulunun onun hesabından silinməsi tamamilə əsassızdır. Rədd edilməli, təmin edilməməlidir. Ona görə də İddiaçı Cavabdeh tərəfindən hesablanmış 1650 manat qaz pulunun silinməsi tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli protokolun surətindən görünür ki, X4 yaşadığı mənzildə istifadə etdiyi Elster tipli, G-4T markalı ******* nömrəli qaz sayğacı 17672 kub metr göstərimci ilə çıxarılmış, əvəzində Hanneynel tipli G-4MT markalı 12538608 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********00200 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2023-cü illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcu 1934,94 manat olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş və Cavabdeh İB tərəfindən mərhum Adil Mustafayevin ünvanına göndərilmiş 2017-2020-ci illəri əhatə edən 32 ədəd Bildiriş-xəbərdarlıqlarda ilin əvvəlindən cari ayadək istifadə olunmuş qaz sərfi 0,00 kub mert olmaqla, təbii qazdan istifadəyə görə ödəniş tarixi xx.xx.2017-ci il tarix göstərilməklə 27,00 manat ödəniş edildiyi, yekun borcun isə 0,01 manat olduğu qeyd edilmişdir. Elektron kabinet vasitəsi ilə əldə edilmiş və iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Baş direktoru Əkbər Hacıyev tərəfindən təsdiq edilmiş sentyabr 2016-cı il tarixli məktubdan görünür ki, Ağsu RQİİ üzrə ünvan 2 ünvanda yaşayan abonent Adil Mustafayevin hesabında (kod:**********00200) yaranmış borcun araşdırılması zamanı məlum olmuşdur ki, abonentin ünvanda qaz xətti üzərində istismarda olmuş ******* nömrəli G-4 markalı sayğac ******* nömrəli G-4 markalı sayğacla əvəz olunan zaman səhv nəticəsində son göstərici bazaya yenidən daxil edilərək artıq hesabat aparılmışdır. Nəticədə abonentin hesabında 1650 manat qeyri real borc yaranmışdır. Həmin iclasda Ağsu RQİİ üzrə ünvan 2 ünvanında yerləşən abonent Adil Mustafayevin (kod:**********00200) hesabına səhv olaraq artıq işlənmiş qaz sərfinə görə yaranmış 1650 manat məbləğində qeyri real debitor borca düzəliş olunması qərara alınmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir şəhəri, A.Şakir küçəsi ev 7-də yaşayır. Təbii qaz istehlakçısı olmaqla abunə hesabı **********00200-dür. İstifadə etdiyi təbii qazın dəyərini həmişə ödəyir. Qaza görə heç vaxt borcu olmayıb. X1 vəfat etdikdən sonra təbii qazdan özü istifadə etmiş və ödənişi də özü etmişdir. xx.xx.2020-ci il tarixdə Kürdəmir Qaz İdarəsinin əməkdaşları onun istifadə etdiyi qaz sayğacını dəyişdirmişlər. Bununla bağlı onun iştirakı ilə ******* nömrəli, xx.xx.2020-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmişlər. Mənzilin qaz xətti üzərində olan ******* nömrəli sayğacın göstəricisi 17672 kub metrlə çıxarılmışdır. Həmin vaxt onun qaza görə borcu 17630 kub metrlə 58 manat olmuşdur. Sayğacın üzərində olan 42 kub metr təbii qaz sərfiyyatı da nəzərə alınsa onun borcu cəmi 100 manat təşkil edəcək. Lakin cavabdeh qurumun əməkdaşları ona qanunsuz olaraq istifadə etmədiyi qaza görə 1650 manat borc yazmışlar. Mərhum X1nın müraciətinə əsasən 2016-cı ildə Cavabdehndə araşdırma aparılmış və həmin vaxt mərum atasının adına qeyd edilmiş abonent hesabında (kod **********00200) yaranmış borcun araşdırılması zamanı abonentin ünvanında qaz xətti üzərində istismarda olmuş ******* nömrəli G-4 markalı sayğavc ******* nömrəli G-4 markalı sayğacla əvəz olunan zaman səhv nəticəsində son göstəricinin bazaya yenidən daxil edilərək artıq hesabat aparılması nəticəsində mərhum atasının hesabında 1650 manat qeyri real borcun yaranmasına səbəb olmuşdur. Halbuki, hazırda onun həmin məbləğdə borcu olmayıb və həmin məbləğdə borcun olması ilə bağlı ona bildiriş verilməyib. Dəfələrlə Qaz İdarəsinə müraciət etsə də borcun silinməsi ilə bağlı heç bir nəticə əldə etməmişdir. Qaz İdarəsinin əməkdaşlarına 1650 manat borcunun olduğu halda evinə verilən təbii qazın kəsilməməsinin səbəbini soruşsa da, cavabdeh təşkilatın əməkdaşları ona bu barədə heç bir cavab verməmişlər. İş materiallarından görünür ki, hazırda iddiaçının yaşadığı mənzilin təbii qazdan istifadəyə görə **********00200 nömrəli abonent kodu əvvəllər onun atası X2 adına qeydə alınsa da sonradan həmin abonent kodu İddiaçı adına qeydə alınmışdır. İş materiallarını əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00200 nömrəli abonent saldosunda 10.2010-cu il tarixdən 01.2023-cü il tarixə olan dövr ərzində təbii qazdan istifadə ilə əlaqədar 1934,94 manat borcunun olması göstərilsə də o, iddia tələbində Cavabdeh İB-nin nümayəndələri tərəfindən ona yazılmış 1650 manat qaz pulunun silinməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Elektron kabinet vasitəsi ilə əldə edilmiş və iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin xx.xx.2016-cı il tarixli SOCAR **********70010020A00494 nömrəli əmri ilə yaradılmış “İstelakçılardan daxil olmuş müraciətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiya”nın xx.xx.2016-cı il tarixdə keçirilmiş iclasında Ağsu RQİİ üzrə ünvan 2 ünvanda yaşayan abonent Adil Mustafayevin hesabında (kod:**********00200) yaranmış borcun araşdırılması zamanı məlum olmuşdur ki, abonentin ünvanında qaz xətti üzərində istismarda olmuş ******* nömrəli G-4 markalı sayğac ******* nömrəli G-4 markalı sayğacla əvəz olunan zaman səhv nəticəsində son göstərici bazaya yenidən daxil edilərək artıq hesabat aparılmışdır. Nəticədə abonentin hesabında 1650 manat qeyri real borc yaranmışdır. Həmin iclasda Ağsu RQİİ üzrə ünvan 2 ünvanında yerləşən abonent Adil Mustafayevin (kod:**********00200) hesabına səhv olaraq artıq işlənmiş qaz sərfinə görə yaranmış 1650 manat məbləğində qeyri real debitor borca düzəliş olunması qərara alınsa da qeyri real hesablanmış 1650 manat borc hazırda İddiaçı adına qeydə alınmış **********00200 nömrəli abonent hesabından silinməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsinə dair Cavabdeh İB tərəfindən iddiaçının mərhum atası Adil Mustafayevin adına ünvanlanmış 2017-2020-ci illəri əhatə edən 32 ədəd Bildiriş-xəbərdarlıqlarda ilin əvvəlindən cari ayadək istifadə olunmuş qaz sərfi 0,00 kub mert olmaqla, təbii qazdan istifadəyə görə ödəniş tarixi xx.xx.2017-ci il tarix göstərilməklə 27,00 manat ödəniş edildiyi, yekun borcun isə 0,01 manat olduğu qeyd edilmişdir. İş materiallarından göründüyü kimi təbii qazdan istifadəyə görə Cavabdeh İB-nin əməkdaşları tərəfindən hazırda İddiaçı adına qeydə alınmış **********00200 nömrəli abonent hesabına yazılmış 1650 manat məbləbində borc cavabdeh təşkilatın əməkdaşları tərəfindən səhvən qeyri real hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yaranmış 1650 manat debitor borc İddiaçı hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini kifayət qədər mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçın hesablanmış 1650 manat məbləğində borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh nümayəndələri tərəfindən İddiaçı hesablanmış 1650 manat məbləğində borc onun hesabından silinsin. Cavabdeh İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-671/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-671/2023
17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver