Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-673/2023 05.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 may tarixli, 05 nömrəli qərarına əsasən mərhum anası X11na verilmiş Kürdəmir rayonunun Məhərrəmli kəndi ərazisində yerləşən 11481.31 kv.m həyətyanı torpaq sahəsindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdehlər onun bacı və qardaşlarıdır. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə mərhum X2na Kürdəmir rayonu, Məhərrəmli kəndi ərazisində 11481.31 KV.m həyətyanı torpaq sahəsi verilmişdir. Anası Sonaya həmin torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəd təqdim olunmuşdur. Anası Sona xx.xx.2006-cı il tarixdə ölmüşdür. Anası öldükdən sonra onun vərəsələri İddiaçı, Cavabdeh1 Cavabdeh3 Cavabdeh2, X10 və Cavabdeh5 qalmışdır. X2 öldüyükdən sonra anasının mülkiyyətində olmuş Kürdəmir rayon, Məhərrəmli kəndində yerləşən 11481.31 kv. m torpaq sahəsini və onun üzərində yerləşən evi miras kimi o və bacısı Dilşad faktiki olaraq qəbul etmişdir. Digər bacı və qardaşları anası ölməmişdən əvvəl həmin həyətdən çıxıb ayrı təsərrüfatda yaşayıblar. Hazırda Həmin torpaqda və torpaq üzərində inşa edilmiş evdə iki bacı o və Dilşad adlı bacısı yaşayırlar. Lakin buna baxmayaraq hazırda cavabdehlərlə X2ndan miras qalmış Kürdəmir rayon, Məhərrəmli kəndində yerləşən 11481.31 KV torpaq sahəsi və onun üzərində yerləşən evlə bağlı mübahisələri yaranıb. Ona görə də Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarına əsasən mərhum X2ndan miras qalmış Kürdəmir rayonu, Məhərrəmli kəndi ərazisində 11481.31 KV.m həyətyanı torpaq sahəsindən vərəsələr İddiaçı, Cavabdeh1 Cavabdeh3 Cavabdeh2, X5 və Cavabdeh5 hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul edərək göstərdi ki Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə mərhum X2na Kürdəmir rayonu, Məhərrəmli kəndi ərazisində 11481.31 KV.m həyətyanı torpaq sahəsi verilmiş və bu barədə Anası Sonaya həmin torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəd təqdim olunmuşdur. Həmin həyətyanı torpaq sahəsi anası Sonanın tək mülkiyyəti olmuşdur. Anası Sona xx.xx.2006-cı il tarixdə ölmüşdür. Anası öldükdən sonra onun vərəsələri İddiaçı, Cavabdeh1 Cavabdeh3 Cavabdeh2, X10 və Cavabdeh5 qalmışdır. X2 öldüyü günədək o və digər bacı qardaşları anası ilə birlikdə yaşamışlar. Anası öldükdən sonra Kürdəmir rayon, Məhərrəmli kəndində yerləşən anasına məxsus 11481.31 kv. m torpaq sahəsində və onun üzərində yerləşən evdə hazırda bacıları Pərixanım və Dilşad yaşayırlar. Digər bacı və qardaşlar anası öldükdən sonra həmin həyətdən çıxıb ayrı təsərrüfatda yaşayırlar. Lakin buna baxmayaraq X2ndan miras qalmış Kürdəmir rayonu, Məhərrəmli kəndi ərazisində 11481.31 KV.m həyətyanı torpaq sahəsində onun da payı olduğu üçün, X2 öldükdən sonra anasından miras qalmış Kürdəmir rayonu, Məhərrəmli kəndi ərazisində 11481.31 KV.m həyətyanı torpaq sahəsinin öz aralarında bölünməsi mümkün olmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh4 ilə eyni məzmunda izahat verib iddia tələbini qəbul etdiklərini bildirib analarından miras qalmış həyətyanı torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə mərhum X8 Kürdəmir rayonu, Məhərrəmli kəndi ərazisindən 11481.31 KV.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 247014 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonunun Məhərrəmli kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş Kürdəmir RİHB-nin Ərəbqubalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin, İddiaçı verilmiş xx.xx.2022-cü il tarixli, 184 nömrəli arayışından görünür ki, mərhum X1 rayonunun Məhərrəmli kəndində vəfat edən günədək onunla İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 birlikdə yaşamışlar və onun vərəsələridirlər. Məhkəmə iddiaçıının və cavabdehlərin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə mərhum X2na Kürdəmir rayonu, Məhərrəmli kəndi ərazisində 11481.31 KV.m həyətyanı torpaq sahəsi verilmişdir. Anası Sonaya həmin torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənəd təqdim olunmuşdur. Anası Sona xx.xx.2006-cı il tarixdə ölmüşdür. Anası öldükdən sonra onun vərəsələri İddiaçı, Cavabdeh1 Cavabdeh3 Cavabdeh2, X10 və Cavabdeh5 qalmışdır. X2 öldüyükdən sonra anasının mülkiyyətində olmuş Kürdəmir rayon, Məhərrəmli kəndində yerləşən 11481.31 kv. m torpaq sahəsini və onun üzərində yerləşən evi miras kimi o və bacısı Dilşad faktiki olaraq qəbul etmişdir. Digər bacı və qardaşları anası ölməmişdən əvvəl həmin həyətdən çıxıb ayrı təsərrüfatda yaşayıblar. Hazırda Həmin torpaqda və torpaq üzərində inşa edilmiş evdə iki bacı o və Dilşad adlı bacısı yaşayırlar. Lakin buna baxmayaraq hazırda cavabdehlərlə X2ndan miras qalmış Kürdəmir rayon, Məhərrəmli kəndində yerləşən 11481.31 KV torpaq sahəsi və onun üzərində yerləşən evlə bağlı mübahisələri yaranmış, həyətyanı torpaq sahəsinin öz aralarında bölünməsi mümkün olmamışdır. İş materiallarından görünür ki, Kürdəmir rayonu Məhərrəmli kəndi ərazisindən mərhum X8 verilmiş 11481.31 KV.m həyətyanı torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. Vərəsələr arasında mübahisə yaranmış və həmin həyətyanı torpaq sahəsinin vərəsələr arasında hər birinin paylarının müəyyən edilməsi zərurəti yaranmışdır. İş materiallarından görünür ki, ümumi birgə mülkiyyətdə olan Kürdəmir rayonunun Məhərrəmli kəndi ərazisində olan 11481.31 KV.m ölçüdə olan mübahisəli həyətyanı torpaq sahəsindən İddiaçı və Cavabdeh5 hazırda birlikdə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsində göstərilir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.5-ci maddənin tələbinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mlkiyyəti müəyyənləşdirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə mərhum X4 miras qalmış Kürdəmir rayonunun Məhərrəmli kəndi ərazisində yerləşən 11481.31 KV.m həyətyanı torpaq sahəsindən vərəsələri İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 hər birinin payı 1,91355167 kv.metr hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakıbaşqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsinəmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qtismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ona görə də məhkəmə hesab edir ki, mərhumlar X7 Kürdəmir rayonu Məhərrəmli kəndi ərazisində yerləşən 11481.31 KV.m həyətyanı torpaq sahəsində müəyyən edilmiş payları hazırda Məhərrəmli kəndində yaşayan övladları (vərəsələri) İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və Kürdəmir rayonunun Məhərrəmli kəndi ərazisində yerləşən 11481.31 KV.m həyətyanı torpaq sahəsindən İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 hər birinin payı 1,91355167 kv.metr hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Kürdəmir rayonunun Məhərrəmli kəndi ərazisində yerləşən 11481.31 KV.m həyətyanı sahəsindən İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 hər birinin payı 1,91355167 kv.metr hissədə müəyyən edil edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-673/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-673/2023
05.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver