Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-69/2023 25.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 363,20 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ünvan 2 ünvanda yaşayır. Təbii qaz istehlakçısı olmaqla hər ay istifadə etdiyi təbii qazın dəyərini ödəyib. Qaza görə heç vaxt borcu olmayıb. Bu yaxınlarda Kürdəmir Qaz İdarəsində olarkən ona qaza görə 597,23 manat borcunun olduğunu bildirmişlər. Halbuki, onun həmin məbləğdə bocu olmamış və həmin borcla bağlı ona heç vaxt bildiriş verilməyib. Sonradlan borcun yaranma səbəbi ilə maraqlanarkən xx.xx.2020-ci il tarixdə istifadə etdiyi qaz sayğacı dəyişdirilərkən sayğacın göstəricisi 1880 kub metr olmuş, lakin baza məlumatında isə 5518 kub metr olduğu göstərilmiş və bunun da nəticəsində 363,80 manat məbləğində borcu yaranmışdır. Əsassız hesablanmış borcun silinməsi ilə bağlı dəfələrlə Qaz İdarəsinə müraciət etsə də həmin borc onun hesabından silinməmişdir. Qaz İdarəsi tərəfindən ona verilən adına qeyd edilmiş **********0100 nömrəli abonent saldosunda istifadə edilmiş təbii qazın miqdarı 5518 kub metr olduğu qeyd edilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları onlara verilmiş hüquqlardan sui istifadə edərək istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuş və ona qanunsuz olaraq 363,20 manat debitor borc yazmışlar. Ona görə də 363,20 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı qaz xətti üzərində sayğac quraşdırılaraq istismara qəbul edilmişdir. İddiaçı təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən onun 597,23 manat debitor borcu olmuşdur. Məhz bu səbəbdən iddiaçının qaz xətti üzərində SMART tipli qaz sayğacı quraşdırılmışdır. SMART-KART-la yüklənən məbləğlərdən iddiaçının borcuna tutulma aparılmışdır. Onun borcu hal-hazırki vəziyyətdə iddiaçının təbii qazdan istifadəyə görə borcu 363,20 manat təşkil edir. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 363,20 manat məbləğində əsassız borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazınalq-satqısı barədə xx.xx.2021-ci il tarixli, AKX-03398xx/xx-2021 nömrəli müqavilənin surətindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyəriniqaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı mənzilinə gedən qaz xəttinin üzərinə quraşdırılmış Natek tipli qaz sayğacı çıxarılaraq əvəzində Smart tipli qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********01100 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2021-ci illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 597,23 manat olduğu göstərilmişdir. Həmin Abonent saldosunda 07.2016cı il tarixə onun təbii qazdan istifadəyə görə borcunun 143,43 manat, istifadə etdiyi təbii qazın miqdarının isə 3730 kub metr olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. Təbii qaz istehlakçısı olmaqla hər ay istifadə etdiyi təbii qazın dəyərini ödəyib. Qaza görə heç vaxt borcu olmayıb. Bu yaxınlarda Kürdəmir Qaz İdarəsində olarkən ona qaza görə 597,23 manat borcunun olduğunu bildirmişlər. Halbuki, onun həmin məbləğdə bocu olmamış və həmin borcla bağlı ona heç vaxt bildiriş verilməyib. Sonradlan borcun yaranma səbəbi ilə maraqlanarkən xx.xx.2020-ci il tarixdə istifadə etdiyi qaz sayğacı dəyişdirilərkən sayğacın göstəricisi 1880 kub metr olmuş, lakin baza məlumatında isə 5518 kub metr olduğu göstərilmiş və bunun da nəticəsində 363,80 manat məbləğində borcu yaranmışdır. Əsassız hesablanmış borcun silinməsi ilə bağlı dəfələrlə Qaz İdarəsinə müraciət etsə də həmin borc onun hesabından silinməmişdir. Qaz İdarəsi tərəfindən ona verilən adına qeyd edilmiş **********0100 nömrəli abonent saldosunda istifadə edilmiş təbii qazın miqdarı 5518 kub metr olduğu qeyd edilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları onlara verilmiş hüquqlardan sui istifadə edərək istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuş və ona qanunsuz olaraq 363,20 manat debitor borc yazmışlar. İş materiallarını əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********0100 nömrəli abonent saldosunda İddiaçı 10.20xx-xx.2021-ci illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 597,23 manat olduğu göstərilmişdir. Həmin Abonent saldosunda 07.2016-cı il tarixə onun təbii qazdan istifadəyə görə borcunun 143,43 manat, istifadə etdiyi təbii qazın miqdarının isə 3730 kub metr olduğu qeyd edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2016-cı ilin iyul ayında iddiaçının istifadə etdiyi qaz sayğacı dəyişdirməmişdən əvvəl onun istifadə etdiyi təbii qazın miqdarı 0 göstərilməklə təbii qazdan istifadəyə görə 143,43 manat borcunun olması qeyd edilmiş, 2016-cı ilin iyul ayında isə onun təbii qazdan istifadəyə görə borcunun 143,43 manat, istifadə etdiyi təbii qazın miqdarının isə 3730 kub metr olduğu, təbii qazdan istifadəyə görə isə borcunun 516,43 manat olduğu göstərilmişdir. Bundan sonra iddiaçının təbii qazdan istifadə etmədiyi halda təbii qazdan istifadlə ilə bağlı borcunun 2020-ci ilin iyul ayına kimi 516,43 manat olduğu qeyd edilməklə iddiaçı 2020-ci ilin avqust ayından etibarən 2021-ci ilin oktyabr ayına kimi ümumilikdə 953 kub metr təbii qazdan istifadə etmiş və həmin dövr ərzində onun təbii qazdan istifadəyə görə 597,23 manat təşkil etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı 2016-cı ilin iyun ayıqna kimi təbii qazdan istifadə etmədiyi halda, 2016-cı ilin iyul ayında onun 3730 kub metr təbii qazdan istifadə etməsi və 373 manat borcunun yarandığı qeyd edilmişdir. Cavabdehin nümayəndəsi İddiaçı 2016-cı ilin iyun ayıqna kimi təbii qazdan istifadə etmədiyi halda, 2016-cı ilin iyul ayında onun 3730 kub metr təbii qazdan istifadə etməsi və 373 manat borcunun olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini kifayət qədər mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 363,20 manat məbləğində borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 363,20 manat məbləğində borc onun hesabından silinsin. Cavabdeh İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Museyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-69/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-69/2023
25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver