Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-693/2023 07.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 2730,60 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, ailə üzvləri ilə bərabər Atakişili kəndində yaşayır. Hər ay istifadə etdiyi qazın pulunu vaxtlıvaxtında ödəyir. Heç vaxt qaza borcu olmamışdır. Cavabdeh qurumun əməkdaşları onun yaşadığı evə gələrək qaz sayğacının vaxtı bitdiyinə görə sayğacı dəyişdirmək lazım olduğunu bildirmişlər. O. Etirazının olmadığını bildirmiş və cavabdehin nümayəndələri evdəki qaz sayğacını çıxardıb getmişlər. Sonradan qaza baxan nəzarətçi ona bildiriş təqdim edəndə qaza borcunun olduğunu görmüşdür. Maraqlananda ona bildirmişlər ki, qaz sayğacına müdaxilə olunduğuna görə cərimələnmişdir. Cavabdeh qurumun nümayəndələrinə müdaxilə etmədiyini bildirsə də, bir faydası olmamışdır. İddiaçı bütün sənədləri təqdim etmiş və sonra məlum olmuşdur ki, cavabdeh təşkilatın işçiləri onun iştirakı olmadan xx.xx.2023-cü il tarixli, ******* saylı akt (təbii qazdan istifadə qaydalarının pozulmasına görə) tərtib etmişlər. Hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt və ona əsasən hesablanmış məbləğ qanunsuzdur və etibarsız hesab edilməlidir. İddiaçı qeyd edir ki, ona məxsus sayğac çöl tərəfdə (küçədə) yerləşir, heç bir qoruma vasitəsi ilə təmin edilməyib, qaz sayğacı açılan zaman sayğacın labaratoriyaya göndəriləcəyi barədə ona məlumat verilməyib, qaz sayğacı açılan zaman və sonra hal şahidləri olmamış, yalnız özləri olmuşlar. Yazılan aktla razı deyil. Ona görə də cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 2730,60 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı adına rəsmiləşdirilmiş **********02300 saylı qaz hesabında 1257.96 manat borc vardır. Həmin borcun 13.80 manat hissəsi sayğac üzrə, 1244.16 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisəlıəndirir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Ağsu RQİİ-nin mütəxəssisləri tərəfindən 20.02.23-cü il tarixdə Kürdəmir rayonu Atakişili kəndində qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacından kənar şalnkli birləşmə edərək qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən həyətindən keçən paylayıcı xəttdə müdaxilə edilərək sayğacdan kənar təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Əməkdaşlar tərəfindən İddiaçı iştirakı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akt (təbii qazdan istifadə qaydalarının pozulmasına görə) tərtib etmişlər. Lakin İddiaçı akta imza etməkdən imtina etmişdir. İddiaçı mənzilində 1 ədəd Radiator sobası və bir ədəd PQ-4 tipli qaz plitəsindən istifadə olunduğu bildirilmişdir. 1 ədəd Radiator sobasının nominal qaz buraxma qabiliyyəti 8m3, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün məbləği 3456 m3, 1 ədəd PQ 2-nin maksimal qaz sərfi 0.6 m3, orta günlük iş rejmi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə 6912 m3 hesabat aparılmaqla itirilmiş qazın miqdarı Ağsu RQİİnin 22.02.23-cü il tarixli, “dəymiş ziyanın bərpasına dair tələbnamə” ilə 10368 m3 (və ya 1244.16 manat) həcmi ilə müəyyən edilmişdir. Nümayəndə göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Abonentin qaz təsərrüfatının xx.xx.2019-cu il tarixli İnventar aktının surətindən görünür ki, İddiaçı yaşadığı evin qaz xətti üzərinə quraşdırılmış **********746 zavod nömrəli Zenner G4T Smsrt tipli mexaniki qaz sayğacından, 1 ədəd Radiator sobası və bir ədəd PQ-2 tipli qaz plitəsi işlədici avadanlıqlardan istifadə edir. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış evində Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “abonentin sayğacdan kənar xətdən təbii qazdan istifadə etmişdir” qeyd olunmuşdur. Qeyd edilən akt Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmış və İddiaçı imza etməkdən imtina etmişdır. İş materiallarında olan Cavabdeh İB-nin X5 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçınun yaşadığı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərindən Radiator sobanın maksimal saatlıq qaz sərfi 0,8 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 10368 kub metr üzrə hesablanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçınun adına qeyd edilmiş **********02300 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2023-cü illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 1257,96 manat olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli ******* nömrəli vəsiqənin surətindən görünür ki, cavabdehin qardaşı X3 birinci Qarabağ müharibəsi şəhididir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh qurumun əməkdaşları İddiaçı yaşadığı və hal-hazırda istifadəsində olan qaz sayğacına xx.xx.2023cü il tarixdə baxış keçirmişlər. Həmin vaxt onun evində qaz sayğacından kənar qeyriqanuni xətt vasitəsilə təbii qazdan istifadə halı aşkar edilmişdir. Həmin vaxt qaz sayğacından kənar qeyri-qanuni xətt ləğv edilmişdir. İddiaçı qaz sayğacından kənar qanunsuz olaraq təbii qazdan istifadə etdiyini etiraf etməsə də, iş materiallarından və iş materiallarına əlavə edilmiş fotoşəkillərlə sübut olunmuşdur. Qaz pulini ödəməyə imkanının olmamasına əsaslanaraq ona kömklik edilməsini xahiş etmişdir. Həmin əməkdaşlar isə ona maksimum 100 manat məbləğində cərimə yazacaqlarını və qaz xəttini qoşacaqlarını bildirmişlər. Bundan sonra onlarla razılaşıb barəsində tərtib olunan akta imza etməkdən imtina etmişlər. Dediyinə görə sonradan cavabdeh qurum “Azəriqaz“ İBnin əməkdaşlarının onu aldatdığı məlum olmuşdur. Beləki həmin əməkdaşlar onun barəsində tərtib etdikləri akta əsasən ona itirilmiş təbii qaza görə cəmi qısa müddət istifadə etməsinə baxmayaraq 360 günə hesabat aparmaqla 1257.96 manat məbləğində cərimə yazmışlar. O, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanan məbləğlə razı deyil. İddiaçı evində istifadə etdiyi qaz işlədicilərindən Radiator sobanın maksimal saatlıq qaz sərfi 0,8 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddətini 360 gün qəbul etməklə onun 10368 kub metr qaz itgisinə yol verməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırmaqla, istehlakçı kimi onun hüquqlarını pozur. Cavabdehin nümayəndəsi iddiaçı D.N.Yunusovanın istifadə etdiyi qaz işlədicilərindən Radiator sobanın maksimal saatlıq qaz sərfi 0,8 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddətinin 360 gün qəbul etməklə iddiaçı D.N.Yunusovanın 10368 kub metr qaz itgisinə yol verməsi və onun itirilmiş təbii qaza görə borcunun olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı şəhid bacısı olmaqla təbii qazdan qeyri qanuni istifadə etsə də, itirilmiş təbii qazın bərpası üçün istifadə etdiyi qaz işlədicilərindən Radiator sobanın maksimal saatlıq qaz sərfi 0,8 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddətinin 360 gün müəyyən edilməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırdığına görə itirilmiş təbii qazın bərpası üçün hesabat müddəti 30 gün qəbul edilməlidir. Belə olan halda iddiaçının istifadə etdiyi qaz işlədicilərindən 1 ədəd Radiator sobanın maksimal qaz sərfinə görə hesabat müddəti 30 gün hesablanmaqla 0,8 kub metr/saat x 24 saat x 30 gün = 576 kub metr x 0,20 manat = 115,20 manat; 1 ədəd PQ2-nin qaz sərfinə görə hesabat müddət 30 gün hesablanmaqla 0,6 kub metr/saat x 24 saat x 30 gün = 432 kub metr x 0,20 manat = 86,40 manat, ümumilikdə itirlimiş qazın miqdarı 1008 kub metr, dəyəri isə 201,60 manat müəyyən edilməli, qalan məbləğ isə iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşin hallarından göründüyü kimi, qaz sayğacının istehlakçı təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesabat müddəti 1 ay (30 gün) qəbul edilməklə həmin akt qismən etibarsız hesab edilməli və akt əsasında hesablanmış 201,60 manat borc İddiaçı tutularaq Cavabdeh İsehsalat Birliyinin hesabına ödənilməli, qalan 2529 manat məbləğində borc İddiaçı adına qeyd edilmiş abonent hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesabat müddəti 1 ay (30 gün) qəbul edilməklə həmin akt qismən etibarsız hesab edilsin və akt əsasında hesablanmış 201,60 manat borc İddiaçı tutularaq Cavabdeh İsehsalat Birliyinin hesabına ödənilsin, qalan 2529 manat məbləğində borc İddiaçı adına qeyd edilmiş abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh“ Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-693/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-693/2023
07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver