Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-706/2023 30.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh X3 qarşı ziyana görə pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ehtiyatsızlıqdan baş vermiş yanğın nəticəsində mülkiyyətində olan mal-qara tövləsinə və tələf olmuş 22 baş malqaraya görə ona vurduğu ziyana görə 40890 manat manatın və məhkəmə baxışı üçün ödədiyi 212 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşdə olan sənədlərdən məlum olur ki, X1 rayon Alçalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Kəpəz rayon Yeni qəsəbə bina 19 mənzil 17-də yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddiaçıya hazırki iddia tələbi ilə ərazi aidiyyəti üzrə Kəlbəcər rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh X3 qarşı ziyana görə pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı hazır ki, iddia tələbi ilə bağlı ərazi aidiyyəti üzrə Kəlbəcər rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-706/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-706/2023
30.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver