Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-708/2023 25.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enrjisindən istifadə qaydalarının pozulması haqqında aktın etibarısz hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli 094669 nömrəli aktın etibarsız hesab edilməsi həmin akta əsasən ona hesablanmış 450 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatətlə çıxış edərək bildirdi ki, iddiaçının eyni məzmunlu iddiasına baxılmış və Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-902/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək həmin akt əsasında hesablanmış 394,56 manat pul iddiaçının hesabından silinmişdir. Odur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və qətnamənin surətini məhkəməyə təqdim etdi. İddiaçı bununla bağlı izahatında bildirdi ki, cavabdeh həmin məbləği hesabından silmədiyi üçün yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Tərəflərə izah edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 262, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enrjisindən istifadə qaydalarının pozulması haqqında aktın etibarısz hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-708/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-708/2023
25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver