Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-714/2023 25.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X20 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi X2 iştirakı ilə, X2 (maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 (maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsi) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildə anadan olmuş X4 xx.xx.1985-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1985-ci ildə doğulmuş qızı İlahə Nəsibova xx.xx.1985-ci ildə vəfat etmiş, Topalhəsənli kənd qəbirstanlığında dəfn edilmişdir. Qızı İlahənin ölümü haqqında şəhadətnamə almaq üçün Kürdəmir rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsində heç bir akt qeydi aşkar olunmamışdır. Hazırda mülkiyyətlərində olan avtomaşını sənədləşdirmək istəyir, lakin qızının ölümü ilə bağlı sənəd olmadığı üçün avtomaşını sənədləşdirə bilmirlər. X4 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Məhkəmə iclasında ərizəçi ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, qızı X13 xx.xx.1985-cü il tarixdə Kürdəmir rayonu Topalhəsənli kəndində anadan olmuş və ona doğum haqqında şəhadətnamə almış və yaşayış yeri üzrə yaşadıqları evə qeydiyyata götürülmüşdür. xx.xx.1985-cu ildə xəstə olduğu üçün ölmüşdür. Əri vəfat edəndən sonra dövlət ərinin mülkiyyətində olan avtomaşını sənədləşdirilməsi üçün X4 razılığı və ya ölümü haqqında şəhadətnamə tələb edilir. Vaxtında ölüm haqqında şəhadətnamə almadıqları üçün tələb edilən sənədləri başqa yolla əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi X12 onun qohumudur. Ərizəçinin mərhum Əziz Nəsibovla birgə nikahlarından xx.xx.1985-ci ildə doğulmuş İlahə adında qızları doğulandan 1 ay sonra vəfat etmiş və onu valideynləri və kənd camaatı ilə birlikdə Topalhəsənli kənd qəbristanlığında dəfn etmişlər. O, yaxın qohum kimi İlahənin dəfnində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 Allahverdi Carulla oğlu ilə eyni məzmunda ifadə verərək X11 xx.xx.1985-ci ildə vəfat etdiyini və onun Kürdəmir rayon, Topalhəsənli kənd qəbristanlığında dəfn edildiyini təsdiq etdi. İşə əlavə olunmuş, Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, JQ-404330 nömrəli arayışından görünür ki, X13 xx.xx.1985-ci il tarixdə doğulmuş, həmin arayışın ata qrafasında X15, ana qrafasında X5 qeyd edilmişdir. İşə əlavə edilmiş və Kürdəmir rayonu Topalhəsənli kənd üzrə İcra nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, X13 xx.xx.1985-ci ildə anadan olmuş və 21 fevral 1985-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş, Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən X10 göndərilmiş xx.xx.2022ci il tarixli, 2/608 nömrəli məktubdan görünür ki, X8 ölüm haqqında akt qeydi Kürdəmir rayon Qeydiyyat şöbəsində aşkar edilməmiş və ona rayon məhkəməsinə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə a.ağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X13 X2 qızıdır. İlahə xx.xx.1985-ci ildə doğulmuş və doğulduğu gündən 1 ay sonra, xx.xx.1985-ci ildə ölmüş, Topalhəsənli kənd qəbristanlığında dəfn edilmişdir. İlahənin 1 yaşı tamam olmadığına görə ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda mülkiyyətlərində olan avtomaşını sənədləşdirmək üçün dövlət orqanlarına, o cümlədən Kürdəmir rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və Qeydiyyat şöbəsində İlahə Nəsibovanın ölümünün qeyd edilmədiyini bildirib ona məhkəməyə müraciət etməsini izah etmişlər. X11 ölümü ilə bağlı sənədi başqa cür əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1985-ci ildə anadan olmuş X4 xx.xx.1985-ci ildə ölməsi faktının müəyyən edilməsi və onun qeydə alınmasının Kürdəmir rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 2/608 nömrəli məktubunda X11 ölüm haqqında akt qeydinin Kürdəmir rayon Qeydiyyat şöbəsində aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1985-ci ildə anadan olmuş X11 xx.xx.1985-ci ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonu Topalhəsənli kəndində anadan olmuş X11 xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunun Topalhəsənli kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonu Topalhəsənli kəndində anadan olmuş X11 xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunun Topalhəsənli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-714/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-714/2023
25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver