Məhkəmə qərarları › İş №2(041)-722/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-722/2025

22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-722/2025 22.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı akt əsasında yazılmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndələri tərəfindən barəsində xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış 6550.20 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayon Sığırlı kəndində yaşayır. İstifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəyir. Qaza görə borcu olmayıb. Bu yaxınlarda ona məlum olub ki, onun hesabına 6550,20 manat əlavə sərfiyyat borcu vurublar. Sonradan ona məlum olub ki, onun barəsində müxtəlif vaxtlarda akt yazıblar. Aktlarla razı olmadığına görə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddiaya dair etirazında İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı tələbinin aşağıdakı əsaslara görə təmin edilməməsini xahiş etmişdir. Belə ki, İddiaçı adına rəsmiləşdirilmiş **********02210 saylı qaz hesabında 6360.30 manat borc vardır. Ağsu RQİl-nin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzildə 4 dəfə qaz sayğacından kənar istifadə halı aşkar edilmiş, bununla bağlı müvafiq qaydada aktrlar tərtib edilmişdir: 1) İddiaçı yeraltı küçə polietilen xəttə müdaxilə edərək sayğacdan kənar xət çəkmiş və qazdan qeyri-qanuni istifadə etmişdir.Bununla bağlı ******* nömrəli, xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmişdir. Mənzilin işlədicilərinə uyğun olaraq 1 ədəd dəmir soba, QSQ və radiator peçindən istifadə edildiyi müəyyən edilərək dəyəri 3628.80 manat hesablanmışdır. Aktın tərtibatı zamanı istehlakçının nümayəndəsi orada iştirak edərək aktı imzalamışdır. 2) xx.xx.2023-cü il tarixdə təkrar olaraq təbii qazdan qeyriqanuni olaraq sayğacı açaraq sayğacsız təbii qazdan istifadə halı aşkar edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə halı aşka edilərək 691.20 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanaraq iddiaçıya məxsus abonent hesabına əlavə edilmişdir. 3) xx.xx.2023-cü il tarixdə qaz sayğacından kənar təbii qazdan istifadə halı aşkar edilmiş bununla bağlı ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmişdir. Akta əsasən 1555.20 manat hesablama aparılmış təbii qazın dəyəri iddiaçıya maxsus abonent hesabına əlavə olunmuşdur. 4) xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus mənzilin qaz xətti üzərində quraşdırılan qaz qaz sayğacına baxış zamanı qaz sayğacının alt hissədən deşici alətlə deşildiyi qaz sərfiyyatını qeydə almadığı müəyyən edilmişdir. Bununla bağlı 03715581 nömrəli, 07 iyul 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri 691.20 manat hesablanaraq iddiaçıya məxsus abonent hesabına əlavə edilmişdir. Ümumilikdə iddiaçı tərəfindən 6566.40 manat məbləğində təbii qazdan sayğacdan kənar istifadə emişdir. Qazsayğacından kənar istifadə halı ilə bağlı videçəkliş vardır ki, məhkəmə işinə əlavə olunur. İstehlakçıya məxsus mənzildə qaz sayğacından kənar təbii qazdan istifadə etməsi faktı aşkar edilərkən iddiaçı əməkdaşlara qarşı aqress hərəkətlər göstərmiş, bu hərəkəti qəsdən edilərək işçilərin normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmış qəsddən irəli gəlir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh nümayəndələri tərəfindən barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə (sayğacdan kənar təbii qazdan istifadə) 691.20 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə (sayğacdan kənar təbii qazdan istifadə) 1555.20 manat və 07 iyul 2023-cü il tarixli 03715581 nömrəli akt üzrə (sayğaca müdaxilə) 691.20 manat əlavə hesablama aparılmışdır. Halbuki, onun barəsində akt tərtib edilməsindən xəbəri olmamış, sayğaca müdaxilə etməmiş, qaz sayğacının küçədə qoruyucu qutuya qoyulmadan quraşdırıldığı üçün qaz sayğacında yaranan problemə görə o, heç bir məsuliyyət daşımır. Bundan əlavə, onların yaşadıqları əraziyə xidmət göstərən qaz idarəsinin əməkdaşı olan nəzarətçi hər ayın sonunda qaz sayğacını yoxlamış və işlətdikləri qazın dəyərini verdiyi bildiriş üzrə ödəmişdir. Bu müddət ərzində nəzarətçi heç vaxt ona və ya ailə üzvlərinə sayğaca müdaxilə edilməsi barədə bir söz deməmişdir. Onun müraciəti əsasında Kürdəmir Qaz istismar idarəsi tərəfindən aktın surəti ona təqdim edilmiş, aktda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qzdan istifadə olunduğu müəyyən edilmişdir. Cavabdeh qurum olan Azəriqazın Kürdəmir qaz İdarəsinin işçiləri onlara verilmiş hüquqlardan sui istifadə edərək qanunvericilik aktlarının tələblərini eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarımı kobud şəkildə pozmuşlar. O aktlarla razı deyil, həmin aktlar qanunsuz tərtib edilib. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaya dair etirazda göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən, iddiaçıya məxsus yaşayış evində quraşdırılmış ELSTER tipli G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçrilmiş, baxış zamanı qaz sayğacından kənar xəttdən istifadə etməsi aşkar olunmuşdur. Aşkar olunmuş pozuntu ilə bağlı akt tərtib olunmuş və işlədicilərinin gücünə uyğun olaraq əlavə qaz sərfiyyatı hesablanaraq iddiaçının hesabına vurulmuşdur. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə etmədiyini və qaz sayğacından kənar ayrıca xəttdən istifadə etməməsi barədə təsdiq edən hər hansı bir sübut təqim edilməmişdir. Qaz sayğacı açılarkən abonent iştirak etmişdir. Nəzərə alınmalıdır ki, qaz sayğacına müdaxilə yalnız istifadə edilmiş qazın həcmini gizlətmək və istifadə edilmiş qaza görə ödənişdən yayınmaq üçün edilir. Hesab edir ki, onların əməkdaşları yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq düzgün hərəkət etmiş, onların tərtib etdikləri akt qanuni və əsaslıdır. Cavabdehin nümayəndəsi sonda iddiaçının tələblərinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Cavabdeh İB-nin X3 istismarı idarəsi ilə İddiaçı (istehlakçı) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.9); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, dəymiş ziyan 5760 kub metr (691.20 manat) müəyyən edilmişdir. İddiaçı bu barədə tərtib edilmiş aktlara imza etməkdən imtina etdiyi göstərilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, dəymiş ziyan 12960 kub metr (1555.20 manat) müəyyən edilmişdir. İddiaçı bu barədə tərtib edilmiş aktlara imza etməkdən imtina etdiyi göstərilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda sayğacın hesablama mexanizminin alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilmiş, dəymiş ziyan 3456 kub metr (691.20 manat) müəyyən edilmişdir. İddiaçı bu barədə tərtib edilmiş aktlara imza etməkdən imtina etdiyi göstərilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlarda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, bu barədə sübut kimi video görüntü (disk) məhkəməyə təqdim edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda sayğacın hesablama mexanizminin alt hissəsinin deşici alətlə deşildiyi aşkar edildiyi göstərilsə də, müdaxilənin İddiaçı tərəfindən aparıldığını təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əlavə olaraq hesablanmış 691.20 manat istehlakçı İddiaçı hesabından silinməlidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl edilsə də, hesablaşma qaz sayğacının mənzildə yox, küçədə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə təbii qaza görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 60 gün və 135 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yenidən hesablaşma hər iki akt üzrə 30 gün götürülməklə sutkanın 24 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş təbii qaza görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 345.60 manat (691.20:2=345.60) əlavə hesabat aparılmalı, qalan 345.60 manat əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. İtirilmiş təbii qaza görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 345.60 manat (4x24x30=2880 kub.metr x 0.12=345.60) əlavə hesabat aparılmalı, qalan 1209.60 manat (1555.20-345.60=1209.60) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. İddia ərizəsində 6550.20 manat pulun silinməsi tələb edildiyi halda, mübahisələndirilən 3 akt üzrə əlavə hesablanmış ümumi məbləğ 2937.60 manat (691.20+1555.20+691.20=2937.60) təşkil edir. Məhkəmə onu da qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə uyğun olaraq İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş və o, inzibati məsuliyyətə cəlb edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əlavə olaraq hesablanmış 691.20 manat iddiaçının hesabından silinməlidir. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 345.60 manat (691.20:2=345.60) əlavə hesabat aparılmalı, qalan 345.60 manat əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 345.60 manat (4x24x30=2880 kub.metr x 0.12=345.60) əlavə hesabat aparılmalı, qalan 1209.60 manat (1555.20- 345.60=1209.60) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında əlavə olaraq hesablanmış 691.20 )altı yüz doxsan bir manat 20 qəpik) manat İddiaçı hesabından silinsin. Cavabdeh X3 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 345.60 (üç yüz qırx beş manat 60 qəpik) manat əlavə hesabat aparılsın, qalan 345.60 (üç yüz qırx beş manat 60 qəpik) manat əlavə hesablanmış məbləğ İddiaçı hesabından silinsin. Azəriqaz” istehsalat birliyi X3 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 345.60 (üç yüz qırx beş manat 60 qəpik) manat əlavə hesabat aparılsın, qalan 1209.60 (bir min iki yüz doqquz manat 60 qəpik) manat əlavə hesablanmış məbləğ İddiaçı hesabından silinsin. Qalan hissədə iddia təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar