Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-728/2025 29.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək cavabdeh tərəfindən akt üzrə əsassız hesablanmış 2073.60 manat borcun abonent hesabından (abonent hesabı **********05790) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Atakişili kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə muvafiq qaydada abonet müqaviləsi baglayaraq qeydiyyata alınmış və **********005790 nömrəli abonent hesabı verilmişdir. Lakin abonent hesabında daha əvvəllər Qədirov Məhəmməd deyə bir abonent adına olmuşdur. xx.xx.2023-cü il tarixdə isə SMART-KART tipli qaz sayğacı quraşdırlmışdır. Buna səbəb isə guya 31 iyul 2023-cü il tarixdə onun tərəfindən guya qazdan qanunsuz istifadə edib. Barəsində 31 iyul 2023-cu il tarixli, ******* saylı akt yazaraq barəsində 2073.60 manat cərimə tətbiq edilmişdir. Mənzilində təbii qazdan kanar istifadə halı aşkar edilmişdir. Halbu kı, belə bir hal mümkün deyil. O heç vaxt mənzildə qazdan qanunsuz istifadə etməyib. Ümumiyyətlə qaz idarəsi əməkdaşları onların mənzilinə baxış keçirməyiblər. Belə ki, onlar özləri istədiyi forma və məzmuna uyğun akt tərtib edərək debitor borcları artırır özlərinin qaz itkilərini ört-basdır edirlər. Göründüyü kimi akt özü əsassız olaraq yazılıb. Hələ bu azmış kimi cavabdeh quruman əməkdaşları 12 ay 1 il ərzində istifadə etdiyini göstərmişdirlər. Halbu ki,belə bir hal mümkün deyildir. Mənzildə 1 il ərzində qeyri-qanuni istildə olunurdusa sahəyə baxan nəzarətçi hara baxırdı. Bu absurd bir məsələdir. O cavabdehə borcu silmələrini xahiş etsədə onlar borcu silmək fikirlərinin olmadığını yalnız bunu məhkəmənin həll edə biləcəyini bildirmişdirlər. Hesblama aparılması və cərimənin tətbiqi tamamilə qanunsuz və əsassızdır. Qazdan istifadə qaydalarında istehlakçı olaraq ona əlavə qaz sərfiyyatının hesablanması qanuni əsası olmadığı üçün sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Hesabına yazılmış 2073.60 manatın qanuni əsasını sübut etmək öhdəliyi belə olan halda cavabdehin üzərinə düşür. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Ona məxsus mənzilə yazılmış borcun əsassız şəkilə hesablanb yazıldığını qanunusz əsassız hesab edir. Belə ki, cavabdeh qurumun əməkdaşı qaz sayğacına hər ay 2 dəfə baxış keçirmiş və orada əgər müdaxilə halı və yaxud kənar xətt olsaydı mütləq şəkildə ona biridirməli idi. Sənədlərlə və aktla tanış olarkan ona məlum olub ki, onun mənzilində qaz sayğacından kənar 365 gün qazdan istifadə olunub. Halbuki. belə bir hal baş verə bilməzdi.Çünki kənd nəzarətçisi hər ay 2 dəfə qaz sayğacına baxış keçirib. Belə bir hal olsaydı aşkar etməliydi. Bu vaxt əgər əlavə xətt var idisə aşkar edilməliydi. Görünür ki, bu kumi hallar aktın tamailə əsassız yazıdığını sübutudur. Həmçinin onun abonent saldosuna da baxanda hər ay ödəniş etmiş. O yazılmış aktın tamailə qanunsuz olmasını yazılmış cəriməni silmələrini də xahiş etsə nəticə əldə olumayıb. Bundan əlavə cavabdeh qurum mənzildə qazdan qanunsuz istifadə halı aşkar etmişdirsə bununla bağlı Hüquq mühafizə orqanlarına və yaxud difgər orqanlara müraciət etməli idi. Halbuki, bu günəqədər heç bir orqana çağırılıb dindirilməyib. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq. əlavə hesablanmış məbləğin onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasını iştirakı olmadan keçirilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin əməkdaşları tərəfindən həmin tarixdə Kürdəmir rayon Atakişili kəndində yerləşən İddiaçı məxsus küçədə quraşdırılmış G-4 markalı **********792 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı abonent tərəfindən qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Akta ev sahibi İddiaçı imza etməkdən imtina etmişdir. - dəymiş ziyanın bərpasına dair tələbnamədə istifadə edilmiş qazın dəyəri 360 gün müddətində və sutkanın 12 saat ərzində yararlanması nəzərə alınaraq, dəymiş ziyan 17280 m3 hesablanmışdır. - abonentin saldosunda 2023-2024-cü illərdə qazın sərfi qrafasında göstərici “0” göstərilmişdir. - Kürdəmir XS-i üzrə rəis müavini E.Rəhimovyn imzaladığı baxış aktından görünür ki, Kürdəmir rayonu Atakişili kəndində yaşayan abonent Qədirov Məhəmmədin mənzilinə baxış keçirərkən məlum olub ki, mənzildə yaşayan İddiaçıdur. Mənzil ona məxsusdur. (kodu**********05790) mənzilə gedən qaz xəttinin üzərində qaz sayğacı yoxdur. Təbii qazdan qeyri-qanuni istifadə edir. Əlavə xətt ləğv edilmişdir. İş materiallarına eyni zamanda qazın alqı-satqı müqaviləsi, xəbərdarlıq məktubu, şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlər əlavə edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində yerləşən İddiaçı məxsus evdə quraşdırılmış ELSTER tipli G-4 markalı **********792 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar xəttdən istifadə etdiyi müəyyən olunmuşdur. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl edilsə də, hesablaşma qaz sayğacının mənzildə yox, küçədə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə təbii qaza görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 360 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yenidən hesablaşma akt üzrə 60 gün götürülməklə sutkanın 12 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş təbii qaza görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 691.2 manat (2073.600:12x3=518.40) əlavə hesabat aparılmalı, qalan 1555.20 manat (2073.60- 518.40) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 691.2 manat əlavə hesabat aparılmalı, qalan 1555.20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat İddiaçı hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 691.2 (altı yüz doxsan bir manat 20 qəpik) manat əlavə hesabat aparılsın, qalan 1555.20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-728/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-728/2025
29.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver