Məhkəmə qərarları › İş №2(041)-730/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-730/2024

06.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-730/2024 06.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib edilmiş, tərtib edilmə tarixi və ili göstərilməyən 301375 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 744,75 manat məbləğində borcun adına qeydə alınmış abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Muradxan kəndində yaşayır. Yaşadığı evin elektrik abonent kodu öz adınadır. İstifadə etdikləri elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Təxminən bir neçə ay bundan əvvəl X3 nəzarətçisi bildiriş verəndə ona artıq pul hesablandığını görmüş və bunun səbəbini öyrənmək üçün X5 müraciət etmişdir. Elektrik Şəbəkəsində onun barəsində 2023-cü ilin iyun ayında 301375 nömrəli akt tərtib edildiyini və borcun həmin akta əsasən yazıldığını bildirmişlər. Bundan sonra barəsində tərtib edilən tərtib edilmə tarixi və ili göstərilməyən aktı və Abunə haqqında məlumatı almışdır. Həmin aktda guya onun 0,4 kv-luq hava xəttindən kənar xətt çəkərək birbaşa X2 etdiyi qeyd edilmişdir. Halbuki o, elektrik enerjisindən heç vaxt birbaşa sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməmişdir. Barəsində tərtib olunan dəqiq tarixi və ili qeyd edilməyən 301375 nömrəli aktın saxta tərtib edildiyi tarixinin və ilinin göstərilməməsindən, həmçinin akt tərtib edilərkən hal şahidlərinin iştirakının təmin edilməməsindən və akt tərtib edilərkən onun özünün iştirakının da təmin təmin edilməməklə aktın imza edilməsi üçün ona təqdim edilməməsindən aydın görünür. Göründüyü kimi barəsində tərtib edilən tarixi və ili qeyd edilməyən 301375 nömrəli akt qanunsuz tərtib edildiyinə görə həmin akt etibarsız hesab edilməli və həmin akta əsasən ona qanunsuz hesablanmış borc onun hesabından silinməlidir. Ona görə də cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib edilmiş, tərtib edilmə tarixi və ili göstərilməyən 301375 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 744,75 manat məbləğində borcun adına qeydə alınmış abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavbdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, "xxxx" ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik eknerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2023cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının 0,4 kv-luq hava xəttindən kənar xətt çəkərək birbaşa X2 etməsi faktı aşkar olunmuşdur. Bu isə EEİQ-nin 8,17-ci, həmçinin EQQQ-nin ıv bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Nəticədə bu əməlinə görə İddiaçı barəsində xx.xx.2023-cü il tarixli R 301375 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən hesabat aparılaraq 2,11 kvt x 24 saat x 0,7 x 150 gün = 5317 kvts, Tarif (-1000 kvts x 0,08 man = 80,00 man, Tarif (-500 kvts x 0,09 man = 45,00 man, Tarif (-3817 kvts x 0,13 man = 496,21 man, cəmi 621,21 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 5317 kvts itirilmiş elaktrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Ona görə də İddiaçı "xxxx" ASC-yə qarşı barəsində tərtib olunmuş 08 iyun 2023-cü il tarixli R 301375 saylı etibarsız hesab edilməsi və akt əsasında ona hesablanmış 621,21 manat məbləğində cərimənin silinməsi barədə tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş X2 qaydalarının pozulması haqqında tərtib edilmə tarixi və ili göstərilməyən 301375 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Muradxan kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən abonentin 0,4 kv-luq hava xəttindən kənar xətt çəkərək birbaşa X2 etməsi faktı müəyyən edilmiş və keçən yük ölçülərək İ=9,6 A; U=220 v, P=2,11 kvt. üzrə hesablanmışdır. Akt tərtib edilərkən həmin akt "xxxx" ASC-nin 3 nəfər nümayəndələri imzalanmış, hal şahidləri iştirak etməmiş, həmçinin məişət abonenti kimi İddiaçı adı aktda qeyd olunsa da, akta imza etməsi üçün ona təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00089 nömrəli Abunə haqqının bağlanan aktlar bölməsində onun barəsində tərtib olunmuş R 301375 nömrəli aktın tərtib edilmə tarixi xx.xx.2023-cü il tarixi göstərilməklə həmin akta əsasən 621,21 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Muradxan kəndində yaşayır. Yaşadığı evin elektrik abonent kodu öz adınadır. İstifadə etdikləri elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Təxminən bir neçə ay bundan əvvəl X3 nəzarətçisi bildiriş verəndə ona artıq pul hesablandığını görmüş və bunun səbəbini öyrənmək üçün X5 müraciət etmişdir. Elektrik Şəbəkəsində onun barəsində 2023-cü ilin iyun ayında 301375 nömrəli akt tərtib edildiyini və borcun həmin akta əsasən yazıldığını bildirmişlər. Bundan sonra barəsində tərtib edilən tərtib edilmə tarixi və ili göstərilməyən aktı və Abunə haqqında məlumatı almışdır. Həmin aktda guya onun 0,4 kv-luq hava xəttindən kənar xətt çəkərək birbaşa X2 etdiyi qeyd edilmişdir. Halbuki o, elektrik enerjisindən heç vaxt birbaşa sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməmişdir. Barəsində tərtib olunan dəqiq tarixi və ili qeyd edilməyən 301375 nömrəli aktın saxta tərtib edildiyi tarixinin və ilinin göstərilməməsindən, həmçinin akt tərtib edilərkən hal şahidlərinin iştirakının təmin edilməməsindən və akt tərtib edilərkən onun özünün iştirakının da təmin təmin edilməməklə aktın imza edilməsi üçün ona təqdim edilməməsindən aydın görünür. Göründüyü kimi barəsində tərtib edilən tarixi və ili qeyd edilməyən 301375 nömrəli akt qanunsuz tərtib edildiyinə görə həmin akt etibarsız hesab edilməli və həmin akta əsasən ona qanunsuz hesablanmış borcun hesabından silinməsini xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı barəsində tərtib edilmə tarixi və ili göstərilməyən R 301375 nömrəli akt tərtib edilərkən iddiaçının 0,4 kv-luq hava xəttindən kənar xətt çəkərək birbaşa X2 etməsi qeyd olunmaqla, aktda video çəkiliş aparıldığı qeyd olunsa da, cavabdehin nümayəndəsi bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İddiaçı barəsində tərtib edilmiş R 301375 nömrəli akta əsasən hesablama aparılarkən itirilmiş elektrik enerjisinin miqdarı 150 günə hesablanması iddiaçının maddi vəziyyətini ağırlaşdırdığına görə məhkəmə itirilmiş elektrik enerjisinin miqdarına görə hesabat müddətinin 1 ay (30 gün) qəbul edilməsini məqsədə müvafiq hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, R 301375 nömrəli akt tərtib edilərək itirilmiş enerjinin miqdarı 2,11 kvt x 24 saat x 30 gün = 1519 kvts x 0,08 = 121,52 manat hesablanmaqla həmin məbləğ iddiaçıdan tutulmalı, qalan 607,74 iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 20 manat döıvlət rüsumu cavabdeh "xxxx" ASC-dən, iddia tələbi qismən təmin edildiyinə görə 10 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT R 301375 nömrəli akt qismən etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 121,52 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, qalan 623,23 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT R 301375 nömrəli akt qismən etibarsız hesab edilsin. Həmin akt əsasında hesablanmış 121,52 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin, qalan 623,23 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinsin. İddiaçı 15 (on beş) manat, cavabdeh "xxxx" ASC-dən 15 (on beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar