Məhkəmə qərarları › İş №2(041)-755/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-755/2023

07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-755/2023 07.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AKT R 286383 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 596,82 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini qismən müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları yaşadığı evin həyətinə gəlib ona və ya evdə olan ailə üzvlərinə heç bir xəbərdarlıq etmədən elektrik sayğacına baxış keçirmişlər. Sonradan cavabdehin əməkdaşları tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə 286383 nömrəli akt tərtib edildiyini öyrənmiş və X5 müraciət edib həmin aktı almışdır. Həmin aktda guya onun kənar xətdən elektrik enerjisindən bir başa istifadə etdiyi qeyd etmişlər. Ümumiyyətlə o, heç vaxt sayğacdan kənar X2 etməmişdir. Cavabdehin əməkdaşları istifadə etdiyi elektrik sayğacına baxış keçirərkən ona heç bir məlumat vermədən, nə onun və nə də hal şahidlərinin iştiakını təmin etməyib barəsində saxta akt tərtib etmişlər. Aktın saxtalığı həmçinin akt tərtib edilərkən ona məlumat verilməmiş, aktda adı qeyd edilsə də, akt imza edilməsi üçün ona təqdim edilməmiş, cavabdehin 3 nümayəndəsinin adı qeyd edilməklə həmin şəxslərin aktla tanış olub imza etmələri ilə kifayətlənmişlər. Göründüyü kimi qeyd edilən akt Qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmiş və bununla da istehlakçı kimi mənim hüquqlarım pozulmuşdur. Həmçinin istifadə etdiyi elektrik sayğacı yaşadığı evdən çox uzaq məsafədə küçədə quraşdırılmış və heç bir qoruyucu vasitə ilə təmin edilməmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəmdə tərtib edilən xx.xx.2023-cü il tarixli, AKT R 286383 nömrəli akt tamamilə əsassız və qanunsuz tərtib edilmiş və həmin akta əsasən ona ümumilikdə 596,82 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur, ona haqsız 596,82 manat borc yazılması onun maddi vəziyyətini ağırlaşdırır və ona hesablanmış borc məbləğini 50 manat həddində qəbul edir. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT R 286383 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 596,82 manat borc məbləğinin 50 manat miqdarında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında cavbdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, "xxxx" ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik eknerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2023cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının sayğacdan kənar xətt çəkərək bir başa elektrik enerjisindən istifaddə etməsi faktı aşkar olunmuşdur. Bu isə EEİQ-nin 8,17-ci, həmçinin EQQQ-nin ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı müvafiq surətdə xx.xx.2023-cü il tarixli, 286383 saylı akt tərtib edilərək 1,9 kvt x 24 saat x 0,7 x 150 gün = 4789 kvts, Tarif (-1000 kvts x 0,08 man =80,00 man, Tarif (-500 kvts x 0,09 man = 45,00 man, Tarif (-3379 kvts x 0,13 man = 439,27 man, cəmi 564,27 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 4789 kvts itirilmiş elaktrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Ona görə də İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AKT R 286383 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 596,82 manat məbləğində cərimənin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş X2 qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, AKT R 286383 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Qarasaqqal kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən abonentin kənar xətdən istifadə etməsi və elektrik enrjisindən bir başa istifadə etməsi faktı müəyyən edilmiş və keçən yük ölçülərək İ=8,8 A; U=220 v, P=1,9 kvt. üzrə hesablanmışdır. Akt tərtib edilərkən həmin akt "xxxx" ASC-nin 3 nəfər nümayəndələri imzalanmış, hal şahidləri iştirak etməmiş, həmçinin məişət abonenti kimi İddiaçı adı aktda qeyd olunsa da, akta imza etməsi üçün ona təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00094 nömrəli Abunə haqqından bağlanan aktlar bölməsində onun barəsində tərtib olunmuş R 286383 nömrəli akta əsasən 596,82 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları yaşadığı evin həyətinə gəlib ona və ya evdə olan ailə üzvlərinə heç bir xəbərdarlıq etmədən elektrik sayğacına baxış keçirmişlər. Sonradan cavabdehin əməkdaşları tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə 286383 nömrəli akt tərtib edildiyini öyrənmiş və X5 müraciət edib həmin aktı almışdır. Həmin aktda guya onun kənar xətdən elektrik enerjisindən bir başa istifadə etdiyi qeyd etmişlər. Ümumiyyətlə o, heç vaxt sayğacdan kənar X2 etməmişdir. Cavabdehin əməkdaşları istifadə etdiyi elektrik sayğacına baxış keçirərkən ona heç bir məlumat vermədən, nə onun və nə də hal şahidlərinin iştiakını təmin etməyib barəsində saxta akt tərtib etmişlər. Aktın saxtalığı həmçinin akt tərtib edilərkən ona məlumat verilməmiş, aktda adı qeyd edilsə də, akt imza edilməsi üçün ona təqdim edilməmiş, cavabdehin 3 nümayəndəsinin adı qeyd edilməklə həmin şəxslərin aktla tanış olub imza etmələri ilə kifayətlənmişlər. Göründüyü kimi qeyd edilən akt Qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edilmiş və bununla da istehlakçı kimi mənim hüquqlarım pozulmuşdur. Həmçinin istifadə etdiyi elektrik sayğacı yaşadığı evdən çox uzaq məsafədə küçədə quraşdırılmış və heç bir qoruyucu vasitə ilə təmin edilməmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəmdə tərtib edilən xx.xx.2023-cü il tarixli, AKT R 286383 nömrəli akt tamamilə əsassız və qanunsuz tərtib edilmiş və həmin akta əsasən ona ümumilikdə 596,82 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur, ona haqsız 596,82 manat borc yazılması onun maddi vəziyyətini ağırlaşdırır və ona hesablanmış borc məbləğini 50 manat həddində qəbul edir. İddiaçı cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş X2 qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli, 286383 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən onun adına olan abonent hesabına yazılmış 596,82 manat borc məbləğinin 50 manat miqdarında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş edib bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, R 286383 nömrəli akt tərtib edilərək itirilmiş enerjinin miqdarı İ=8,8 A; U=220 V; P=1,9 kvt. üzrə hesablanaraq cavabdeh qurum tərəfindən iddiaçıdan 596,82 manat borc tələb etməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırır. Həmçinin həmin akt tərtib edilərkən iddiaçının sayğacdan kənar elektrik xəttindən istifadə etməsi qeyd olunmaqla, cavabdehin nümayəndəsi kənar xətlə video çəkiliş aparıldığı qeyd edilsə də, cavabdehin nümayəndəsi bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT R 286383 nömrəli akt qismən etibarsız hesab edilməklə itirilmiş elektrik enerjisinin miqdarı akt üzrə 50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanır. İş materiallarından və iddiaçının izahatından da göründüyü kimi iddiaçının mərhum barəsində tərtib olunan mübahisəli akt müəyyən edilmiş qayda pozulmaqla, hal şahidlərinin iştirakı təmin edilmədən işin nəticəsində maraqlı olan cavabdehin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş və imza edilməsi üçün iddiaçıya təqdim edilməmişdir. Qeyd edilən və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli, AKT R 286383 nömrəli aktın qismən etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 20 manat döıvlət rüsumu cavabdeh "xxxx" ASC-dən, iddia tələbi qismən təmin edildiyinə görə 10 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT R 286383 nömrəli akt qismən etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 50 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, qalan 546,82 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT R 286383 nömrəli akt qismən etibarsız hesab edilsin. Həmin akt əsasında hesablanmış 50 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin, qalan 546,82 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinsin. İddiaçı 10 (on) manat, cavabdeh "xxxx" ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar