Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-76/2025 23.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçılar X3, İddiaçı2 Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Hidayət oğlunun iştirakları ilə, İddiaçılar X3, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Hidayət oğluna qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X6, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonunun Ərşəli kəndində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Hidayət oğlundan cinayət hadisəsi nəticəsində vurduqları maddi ziyana görə 7000 manat, mənəvi ziyana görə 5000 manat pulun, 126 manat dövlət rüsumunun, cəmi 12126 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçılar Kürdəmir rayonunun Ərşəli kəndində yaşayır, fərdi təsərrüfatla məşğul olurlar. Həmçinin ailələrinə verilən 3,68 ha pay torpaq sahəsində əkinçiliklə məşğul olurlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hidayət oğlu və X1 həmkəndliləri olmaqla onlarla əvvəllər münasibəti normal olsa da son vaxtlar aralarında olan torpaq mübahisəsinə görə münasibətiləri pisləşmişdir. xx.xx.2024cü il tarixdə Sərdar Rzayevin sifarişinə əsasən həmkəndliləri Rzayev Yaşar Söydümáli oğlu öz traktoru ilə oğlu Cavidlə birlikdə mülkiyyətlərində olan pay torpaq sahəsinin bir hissəsini şumlayarkən cavabdehlər Cavabdeh1. Cavabdeh2 Hidayət oğlu və Cavabdeh3 öz pay torpaq sahələrini şumlatmağa etiraz edib hər üçü oğlu Cavidlə onu torpaq sahəsində döymüşlər, Vilayət əlindəki ağacla başından vurmaq istəyəndə başını qorumaq məqsədi ilə sağ əlini qabağa vermiş və ağac sağ əlinə dəyib sağ əlinin V barmağını sındırmışdır. Cavid də müxtəlif bədən xəsarətləri almış və əynində olan paltarlarının hamısını cırıb yararsız hala salmışlar. Cavabdehlərin ona və oğlu Cavidi döyüb xəsarət yetirmələrinə görə etdiyi şikayət əsasında cavabdehlərdən tək Cavabdeh2 Hidayət oğlunun barəsində AR CM-nin 127.2.1-ci maddəsi ilə cinayət işi qaldırılmış və onun barəsində də məhkəmə hökmü çıxarılmışdır. İstintaq aparılarkən o, Cavabdeh1 və Cavabdeh3 da məsuliyyətə cəlb edilmələrini və hər üç cavabdehin ona vurduqları maddi və mənəvi ziyanın ödənilməsini tələb etsə də istintaq orqanı və nə də məhkəmədə işə baxılarkən Cavabdeh1 və Cavabdeh3 məsuliyyətdən kənarda qaldılar və onların ona və oğlu Cavidə vurduqları maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı nə istintaq orqanı və nə də məhkəmə heç bir tədbir görməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hidayət oğlu və Cavabdeh3 ona və oğlu Cavidə yetirdikləri xəsarətə görə üzün müddət müalicə almaqla və həmçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ona dəyən maddi ziyanının məbləğini 7000 manat məbləğində mənəvi ziyanın məbləğini isə 5000 manat məbləğində qiymətləndirir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hidayət oğlu və Cavabdeh3 ona vurduqları maddi və mənəvi ziyanı ödəmək istəmədiklərinə görə o, məcburiyyət qarşısında qalıb hüquqlarının məhkəmə müdafəsindən istifadə etmək qərarına gəliblər. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlərin onlara vurduqları ziya əticəsidə əmək qabiliyyətinin itirilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı2 digər iddiaçı X6 eyi məzmunda izahat verərək iddia ərizəsinin təmi olunmasını xahiş etdi. Cavabdeh2 Hidayət oğlu iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh3 və Cavabdeh1 qardaşları, İddiaçı1 və İddiaçı2 həmkəndliləridir. İddiaçı1 və oğlu İddiaçı2lə aralarında olan mübahisəli torpaq sahəsi ilə bağlı münasibətləri pisdir. xx.xx.2024-cü il tarixdə, saat 17:20 radələrində kənd nobatında olan qoyunlarını gətirmək üçün yaşadığı kəndin qabaq hissəsinə, çöl sahəsinə getmiş, həmin vaxtı qardaşları Nəsimi, Vilayət, həmkəndliləri Nüsrət, Radiq, Etibar, Süleyman, Alim, Qismət, Mehman, Sərdər və Cavidin çöl sahəsində olduqlarını, Vilayət və Cavidin əlbəyaxa dalaşdıqlarını, Sərdər və ətrafda olan şəxslərin isə onları aralaşdırmağa çalışdıqlarını görmüş, Vilayəti aralaşdırmağa çalışmış, Sərdəri ağacla eləcədə hər hansı əşya ilə vurmamışdır. Həmin hadisə zamanı Vilayəti yalnız Cavid döymüş, həmin vaxt Vilayət əsəbləşib DİN-nin 102 xidmətinə verdiyi məlumatda və Kürdəmir RPŞ-yə verdiyi ərizəsində Sərdərində onu döydüyünü bildirmişdir. Bundan başqa baş vermiş həmin hadisə zamanı özü, Vilayət və Nəsimi Sərdər və oğlu Cavidi döyməmiş, onlara qarşı heç bir fiziki zor tətbiq etməmişlər. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, ətrafda yuxarıda adlarını qeyd etdiyi şəxslərdən başqa kənar şəxs olmamışdır. Öz hərəkətləri ilə iddiaçılara heç bir maddi və mənəvi ziyan vurmadığı üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 izahatında göstərdi ki, Cavabdeh1 və Cavabdeh2 Hidayət oğlu qardaşları, İddiaçı1 və İddiaçı2 həmkəndliləridirlər. Sərdər və Cavid ilə münasibətləri pisdir. Buna səbəb Cavid və atası Sərdər ilə aralarında olan mübahisəli torpaq sahəsinə sahiblik ilə bağlı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində olarkən həmkəndlisi Mehman Abasov zəng vuraraq həmkəndliləri Yaşar Rzayevin traktoru ilə örüş sahəsini şumladığını demiş və ondan gəlib Yaşarın torpağı şumlamasına imkan verməməsini istəmiş, bunu eşidən kimi qardaşı Nəsimi ilə birlikdə həmin əraziyə getmiş, ora çatanda həqiqətəndə kəndin bələdiyyəsinə məxsus olan örüş sahəsinin şumlanmasını görmüş, Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırovu ora dəvət edib ona həmin işlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini demiş, bundan sonra Cavidlə atası Sərdər yanlarına yaxınlaşıb nə baş verdiyini soruşmuş, həmin vaxt həmkəndliləri Süleyman, Alim və X2 bələdiyyəyə məxsus olan torpaq sahəsini Yaşara şumlatdırmalarına iradlarını bildirmişlər, Sərdər qardaşına yaxınlaşıb həmin yerə gəlməsinə iradını bildirmiş, Sərdər qardaşına iradını bildirəndən sonra yanlarından uzaqlaşıb getmək istəyərkən Cavid üzərinə gəlib yumruqla sinəsindən, təpiklə isə sağ ayağından vurub onu yerə yıxmış, Cavid üzərinə gəlib onu yenidən vurmaq istəyəndə bunu görən Sərdər dərhal yanına gəlib onu qucaqlayıb kənara çəkmiş, Cavid həmin vaxt yumruqla Sərdərin başından bir dəfə vurmuş, bunu görən həmkəndlisi Nüsrət, Radiq, Etibar, Süleyman, Alim, Qismət, Mehman və Əli Bağırov onları sakitləşdirib aralaşdırmış, bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, hadisə təxminən 15-20 dəqiqə müddətində davam etmiş, ətrafda yuxarıda adlarını qeyd etdiyi şəxslərdən başqa kənar şəxs olmamışdır. O, öz hərəkətləri ilə iddiaçılara heç bir maddi və mənəvi ziyan vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh3 izahatında digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2la eyni məzmunda izahat verərək iddianın təmi edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.32024-cü il tarixli 1(041)-63/2024 saylı hökmünün surətindən görünür ki,Cavabdeh2 Hidayət oğlu AR CM-nin 127.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum olunub. Məhkəmə, tərəflərin izahatını, işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində 2 tələb irəli sürmüşdür: 1) cavabdeh tərəfində iddiaçılara vurulmuş maddi ziyan 2) mənəvi ziyana görə 7000 mi manat pulun cavabdehlərdən alınaraq onlara ödənilməsi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə xx.xx.2024-cü il tarixdə baş vermiş cinayət hadisəsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, cavabdehləri qaua zidd hərəkətləri nəticəsində iddiaçılara xəsarət yetirməsi və onların sağlamlığıı uzu müddət pozulması və bunun nəticəsində Cavabdeh2 AR CM-nin 127.2.1-ci maddəsi ilə məhkəm olması iddiaçılara cavabdehləri öz hərəkətləri ilə mənəvi ziyan vurması kimi qiymətlədirilməlidir. Lakin iddiaçılar tərəfindən cavabdehlərin hansı məbləğdə mənəvi ziyan vurması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 3-cü bəndində qeyd olunub ki, fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına şamil edilir. İddiaçı sahibkar olmadığından “işgüzar nufuz” anlayışı ona şamil edilmir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işguzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsınılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçıları digər bir tələbi cavbdehlərin onlara maddi ziyan vurması tələbidir. İddiaçıları cavabdehlərin onlara maddi ziyan vurmasını sübut edə, bununla bağlı məhkəməyə hər hası sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Hidayət oğlundan vurduqları mənəvi ziyan görə müştərək qaydada 1000 manat pul tutularaq iddiaçılar X4, İddiaçı2 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Hidayət oğlundan vurduqları mənəvi ziyan görə müştərək qaydada 1000 manat pul tutularaq iddiaçılar X4, İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-76/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-76/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver