Məhkəmə qərarları › İş №2(041)-761/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-761/2023

19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-761/2023 19.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış pul vəsaitinin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ağsu X4 İdarəsi tərəfindən hesablanmış qanunsuz borc 180 manat məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürddəmir şəhəri, 5 saylı Hərbi şəhərcik, ev 1-də yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. Heç bir vaxt qaza borcu olmayıb. Qaz İdarəsindən gələrək bildirdilər ki, 2010 və 2011-ci illərdən 180 manat borcun qalıb. Sonradan qaza baxan nəzarətçi ona bildiriş verəndə qaza borcunun olduğunu görmüşdür. Maraqlananda istifadə etdiyi qaza görə ödədiyi pulların Abonent saldosunda qeyd edilmədiyini bildirmişlər. Bundan sonra qaz pulu ödədiyi qəbzləri Qaz İdarəsinə təqdim etsə də hesabına yazılmış borcu silməmişlər. Hesablanan məbləğ tamamilə qanunsuzdur. Onun hesabına qanunsuz hesablanmış 180 manat məbləğində borc onun hesabından silinməlidir. Ona görə də Cavabdeh Ağsu X4 İdarəsi tərəfindən hesablanmış qanunsuz borc 180 manat məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı Birliyin Ağsu X4 İdarəsinin Kürdəmir Xidmət sahəsinin abonenti olmaqla **********01550 nömrəli hesabla qeydiyyata alınmışdır. Belə ki, İddiaçı təbii qazdan istifadə ilə bağlı yaranmış borcu tam şəkildə ödəməməsi nəticəsində yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh tərəfindən ona qanunsuz yazılmış 180 manat məbləğin silinməsi tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 02.2010-cu il tarixli, AKZ/8 962549 nömrəli ödəniş qəbzinə əsasən 30 manat, 03.2010-cu il tarixli, seriya ÇCY/21 184478 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, 04.2010-cu il tarixli, seriya ÇCU/21 195634 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, 05.2010-cu il tarixli, seriya ÇCY/21 190885 nömrəli ödəniş qəbzinə əsasən 20 manat, 06.2010-cu il tarixli, AKZ/10 985797 nömrəli ödəniş qəbzinə əsasən 4 manat, xx.xx.2010-cu il tarixli, ÇCY/26 692692 nömrəli ödəniş qəbzinə əsasən 4 manat, xx.xx.2010-cu il tarixli, seriya ÇCY/26 809201 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2010-cu il tarixli, seriya ÇCY/22 981708 nömrəli ödəniş qəbzinə əsasən 8 manat, xx.xx.2011-ci il tarixli, seriya ÇCY/32 263599 nömrəli ödəniş qəbzinə əsasən 38 manat, xx.xx.2011-ci il tarixli, seriya ÇCY/32 269275 nömrəli ödəniş qəbzinə əsasən 25 manat qaz pulu İddiaçı tərəfindən Cavabdeh hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********01550 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2022-ci illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 243,64 manat olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürddəmir şəhəri, 5 saylı Hərbi şəhərcik, ev 1-də yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. Heç bir vaxt qaza borcu olmayıb. Qaz İdarəsindən gələrək bildirdilər ki, 2010 və 2011-ci illərdən 180 manat borcun qalıb. Sonradan qaza baxan nəzarətçi ona bildiriş verəndə qaza borcunun olduğunu görmüşdür. Maraqlananda istifadə etdiyi qaza görə ödədiyi pulların Abonent saldosunda qeyd edilmədiyini bildirmişlər. Bundan sonra qaz pulu ödədiyi qəbzləri Qaz İdarəsinə təqdim etsə də hesabına yazılmış borcu silməmişlər. Hesablanan məbləğ tamamilə qanunsuzdur. Onun hesabına qanunsuz hesablanmış 180 manat məbləğində borc onun hesabından silinməlidir. İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 2010-cu ilin oktyabr ayından 2011-ci ilin axırına kimi olan dövr ərzində təbii qazdan istifadəyə görə ödəniş qəbzlərindən 02.2010-cu il tarixli, AKZ/8 962549 nömrəli, 03.2010-cu il tarixli, seriya ÇCY/21 184478 nömrəli, 04.2010-cu il tarixli, seriya ÇCU/21 195634 nömrəli, 05.2010-cu il tarixli, seriya ÇCY/21 190885 nömrəli və 06.2010-cu il tarixli, AKZ/10 985797 nömrəli ödəniş qəbzləri iddiaçının adına qeydə alınmış Abonent saldosunda ödənişin 2010-cu ilin oktyabr ayından aparıldığından həmin qəbzlərə əsasən ödənilən 94 manat məbləğində qaz pulu iddiaçının hesabından silinməli, qalan 86 manat qaz pulu iddiaçıdan tutularaq Cavabdeh hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 94 manat borc onun hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 94 manat borc onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh“ Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar