Məhkəmə qərarları › İş №2(041)-767/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-767/2024

24.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-767/2024 24.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən mərhum atası X1 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 321372 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz yazılmış 1292,33 manat borcun mərhum atası X1 adına qeydə alınmış abonent hesabından silinməsim barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini qanunvericiliyin tələbinə uyğun tərtib etmədiyinə görə iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin özünə qaytarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi və bu barədə vəsatətini məhkəməyə təqdim etdi. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə İddiaçı ərizəsi qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar