Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-805/2025 22.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı akt əsasında yazılmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt üzrə qanunsuz hesablanmış 4976.64 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Mürtülü kəndində ailəsi ilə birlikdə yaşayır. 02 oktyabr 2023-cu il tarixdə cavabdehin əməkdaşları onun yaşadığı unvanda guya qaz sayğacından kənar təbii qazın istifadə halnı aşkar etmişlər. Halhu ki, belə bir hal baş verməmişdir. Ümumiyyətlə o qazdan heç vaxt kənar və qeyriqanuni istifadə etməyib. Cavabdeh qurumun əməkdaşları xx.xx.2023-cü il tarixində onun ünvanında akt yazaraq ona 4976.64 manat cərimə tətbiq etmişlər. Halbu ki, belə və bu məbləğdə hesablanma tamamilə qanunsus asassızdır, cavabdehin əməkdaşı hər ay qaz sayğacına 2 dəfə baxış keçiriblər. Belə bir hal olsaydı ən azından görməli idi. O il ərzində cəmi 300 manat civarında qazdan istifadə edir. Cavabdehin əməkdaşları isə ona 1 il ərzində hesablama aparıblar. Bu isə absurd bir məsələdir. Mövcud qaydalara asasən hesablana son texniki baxış dövründün 1 aydan çox olmamaq şərti ilə hesablama apara bilər. Cabadeh isə ən yuxarı həddə hesablama aparıb. Cavabdehin əməkdaşlan akı yazaraq ******* saylı akt ilə mənzilinə 4976.64 manat hesablayıblar. Guya mənzildə 365 gin 1 il ərzində qazdan istifadə edilib. Halbu ki, bu tamamilə əsassız hesabatdır. Əvvəlcə buna fikir verməyib. Sonradan sənədləri tələb edib. Ona məlum olub ki, akt yazılmış və onun hesabına vurulmuşdur. Hələ bu azmış kimi cavabdeh qurumun əməkdaşları 12 ay 1il ərzində istifadə etdiyini göstərmişlər. Halbu ki, belə bir hal mümkün deyil. Mənzildə 1 il ərzində qeyri-qanuni istildə olunurdusa sahəyə baxan nəzarətçi hara baxırdı. Bu absurd bir məsələdir. O cavabdehə borcu silmələrini xahiş etsədə onlar borcu silmək fikirlərinin olmadığını yalnız bunu məhkəmənin həll edə biləcəyini bildirmişdirlər. Hesablama aparılması və cərimənin tətbiqi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, istifadə etdiyi təbi qaza görə ona bildiriş təqdim olunarkən məlum olub ki, onun hesabına artıq pul yazılmışdır. Halbuki, onun barəsində akt tərtib edilməsindən xəbəri olmamış, sayğaca müdaxilə etməmiş, qaz sayğacının küçədə qoruyucu qutuya qoyulmadan quraşdırıldığı üçün qaz sayğacında yaranan problemə görə o, heç bir məsuliyyət daşımır. Bundan əlavə, onların yaşadıqları əraziyə xidmət göstərən qaz idarəsinin əməkdaşı olan nəzarətçi hər ayın sonunda qaz sayğacını yoxlamış və işlətdikləri qazın dəyərini verdiyi bildiriş üzrə ödəmişdir. Bu müddət ərzində nəzarətçi heç vaxt ona və ya ailə üzvlərinə sayğaca müdaxilə edilməsi barədə bir söz deməmişdir. Onun müraciəti əsasında Kürdəmir Qaz istismar idarəsi tərəfindən aktın surəti ona təqdim edilmiş, aktda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qzdan istifadə olunduğu müəyyən edilmişdir. Cavabdeh qurum olan Azəriqazın Kürdəmir qaz İdarəsinin işçiləri onlara verilmiş hüquqlardan sui istifadə edərək qanunvericilik aktlarının tələblərini eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarımı kobud şəkildə pozmuşlar. O aktlarla razı deyil, həmin aktlar qanunsuz tərtib edilib. Vətəndaşlıq hüquqları kobud şəkildə pozulmuşdur. Saxtakarlıq isə budur ki, əgər o qaz sayğacına müdaxilə etmişsə yalnız sayğac açılana qədər etmişdir. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərdi ki, Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən, iddiaçıya məxsus yaşayış evində quraşdırılmış ELSTER tipli G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçrilmiş, baxış zamanı qaz sayğacından kənar xəttdən istifadə etməsi aşkar olunmuşdur. Aşkar olunmuş pozuntu ilə bağlı akt tərtib olunmuş və işlədicilərinin gücünə uyğun olaraq 4976.64 manat qaz sərfiyyatı hesablanaraq iddiaçının hesabına vurulmuşdur. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə etmədiyini və qaz sayğacından kənar ayrıca xəttdən istifadə etməməsi barədə təsdiq edən hər hansı bir sübut təqim edilməmişdir. Qaz sayğacı açılarkən abonent iştirak etmişdir. Nəzərə alınmalıdır ki, qaz sayğacına müdaxilə yalnız istifadə edilmiş qazın həcmini gizlətmək və istifadə edilmiş qaza görə ödənişdən yayınmaq üçün edilir. Hesab edir ki, onların əməkdaşları yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq düzgün hərəkət etmiş, onların tərtib etdikləri akt qanuni və əsaslıdır. Cavabdehin nümayəndəsi sonda iddiaçının tələblərinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Cavabdeh İB-nin Ağsu Regional qaz istismarı idarəsi ilə İddiaçı (istehlakçı) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.9); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri tərəfindən istehlakçı İddiaçı iştirakı ilə tərtib edildiyi, həmin tarixlərdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G4 markalı ******* nömrəli qaz sayğacına baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və ev sahibi İddiaçı bu barədə tərtib edilmiş aktlara imza etməkdən imtina etdiyi göstərilir. - dəymiş ziyanın bərpasına dair tələbnamədə istifadə edilmiş qazın dəyəri 360 gün müddətində və sutkanın 24 saat ərzində yararlanması nəzərə alınaraq, dəymiş ziyan 41472 m3 hesablanmışdır. - abonentin saldosunda 2023-2025-ci illərdə qazın sərfi qrafasında göstərici “0” göstərilmişdir. İş materiallarına eyni zamanda qazın alqı-satqı müqaviləsi, xəbərdarlıq məktubu, şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlər əlavə edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunun Mürtülü kəndində yerləşən Balıyev Arifə məxsus evdə quraşdırılmış ELSTER tipli G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsinin izahatından məlum olur ki, qeyd edilən nöqsanlar aradan qaldırılmış və qaz sayğacının göstəriclərinə uyğun olaraq hesablama aparılmışdır. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl edilsə də, hesablaşma qaz sayğacının mənzildə yox, küçədə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə təbii qaza görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 360 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yenidən hesablaşma akt üzrə 60 gün götürülməklə sutkanın 24 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş təbii qaza görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 1244.16 manat (4976.64:12x3=1244.16) əlavə hesabat aparılmalı, qalan 3732.48 manat (49xx.xx-1244.16) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 3732.48 manat İddiaçı hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 3732.48 (üç min yeddi yüz otuz iki manat 48 qəpik) manat İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-805/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-805/2025
22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver