Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-840/2023 13.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında 0.0238 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 279.4 kv.metr olan iki mərtəbəli 4 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin vaxt qeyd olunan evdə cavabdeh də qeydiyyatda olmuşdur. Cavabdehin onun evində formal qeydiyyatda olması onun mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Ona görə də məcbur olub cavabdehin onun evindən istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin onun evində qeydiyyatda olması onun qanunla qorunun mülkiyyət hüquqularını pozur. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gələməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - xx.xx.2020-ci il tarixdə verilmiş reyestrdən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə iclasında iddiaçının izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın oldu ki, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən satmış, lakin həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışdır. Kənar şəxslərin evdə qeydiyyatda olmaları iddiaçının evin mülkiyyətçisi kimi hüquqlarını məhdudlaşdırdığı üçün həmin şəxslərin mülkiyyətində olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün onların həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşin faktiki və mübahisə edilməyən hallarından görünür ki. hazırki iş üzrə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüququ evin alqı-satqı müqaviləsi qüvvəyə mindiyi andan itirilmiş və onların istifadə hüququna xitam verilmişdir. Odur ki, cavabdehlərin evdən istifadə hüququ yoxdur, mövcud olmayan hüquqa xitam verilə bilməz. Lakin belə nəticə müdafiəsi tələb olunan hüququn (ev üzərində iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmasına səbəb olur. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehlərin evdən istifadə hüququnun olmadığını iddia edir. Odur ki, hazırkı iddia mahiyyətinə görə “istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə tələb” kimi qiymətləndirilməlidir. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehlərin evdə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilməlidir. İddiaçıya və qətnaməni icra edən dövlət orqanlarına izah edilir ki, qətnamə həmin şəxsin ünvan 1-da yerləşən, ümumi sahəsi 279.4 kv.metr olan fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-840/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-840/2023
13.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver