Məhkəmə qərarları › İş №2(041)-843/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-843/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-843/2025 26.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən ümumilikdə hesablanmış 5300,70 manat məbləğində cərimənin hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qağacılı kəndində yaşayır. Yaşadığı evin qaz abunə kodu onun adına olmaqla, cavabdeh təşkilatla aralarında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında xx.xx.2020-ci il tarixli, 11291 nömrəli qazın alqı-satqı müqaviləsinə əsasən istifadə etdiyi təbii qazın dəyərini hər ay bildirişə əsasən cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəyir. Evinə gələn qaz xəttinin üzərinə istifadə etdiyi təbii qazın miqdarının müəyyən edilməsi məqsədi ilə küçədə, əhalinin gedib-gəldiyi yerə qaz sayğacı quraşdırılmışdır. 2024-cü ilin axırlarında istifadə etdiyi təbii qazın dəyərini ödəyərkən abonent hesabına artıq borc hesablandığını görüb bunun səbəbi ilə maraqlananda Kürdəmir xidmət sahəsindən onun barəsində xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edildiyini və həmin aktlara əsasən 5300,70 manat məbləğində borc hesablandığını bildirmişlər. Bundan sonra Cavabdeh Kürdəmir Xidmət Sahəsinə müraciət edib barəsində tərtib olunan xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktların surətini, dəymiş ziyanın bərpasına dair tələbnamələrin surətini və adına qeydə alınmış abonent saldosunu almışdır. İstifadə etdiyi qaz sayğacı küçədə quraşdırılmaqla qoruyucu şkafla təmin edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları istifadə etdiyi qaz sayğacına baxış keçirərkən o və ailə üzvlərindən heç biri evdə olmamış və barəsində tərtib edilən protokolların heç bir imza edilməsi üçün ona təqdim edilməmiş, həmçinin aktlar tərtib edilərkən hal şahidlərinin də iştirakı təmin edilməmişdir. Bu qanunsuzlıq tərtib edilən aktların tərtibindən də aydın görünür. Əgər onun tərəfindən qaz xəttinə qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edildiyi halda ən azından pozuntu ilə bağlı videoçəkiliş aparılmaqla, onun yaşadığı evə təbii qazın verilməsi dayandırılmalı və barəsində Azərbaycan Reapublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülməli idi. Göründüyü kimi akt qanunsuz olaraq saxta tərtib edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda göstərilmişdir ki, xx.xx.2017-ci il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin və Ağsu RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları Kürdəmir rayon Qağaclı kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar edilmiş, bununla bağlı xx.xx.2017-ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2017-ci il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2017-ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2017-ci il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Kürdəmir XS-nin abonent bazasındakı **********02740 nömrəli abonent koduna 1668 m3 – 333.60 (üç yüz otuz üç manat altmış qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Təkrarən xx.xx.2023-cü il tarixində Ağsu RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları Kürdəmir rayon Qağaclı kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar edilmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Kürdəmir XS-nin abonent bazasındakı **********02740 nömrəli abonent koduna 35040 m3 – 4204.80 (dörd min iki yüz dörd manat səksən qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan əlavə xx.xx.2020-ci il tarixində Kürdəmir Xidmət Sahəsinin əməkdaşları İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2020-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış G4 markalı, 10303799 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 29/1710-00897 nömrəli akta əsasən sayğacın plastmas qapağı zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan gövdənin üzərində aşkar olunmamışdır. Klapanı sınıqdır və təbii qaz itkisi yaranmışdır. Həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2020-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Kürdəmir XS-nin abonent bazasındakı **********02740 nömrəli abonent koduna 2160 m3 –216 (iki yüz on altı) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa xx.xx.2021-ci il tarixində Kürdəmir Xidmət Sahəsinin əməkdaşları İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2021-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 29/1710-01444 nömrəli akta əsasən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və təbii qaz itkisi yaranmışdır. Həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2021-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Kürdəmir XS-nin abonent bazasındakı **********02740 nömrəli abonent koduna 720 m3 –72 (yetmiş iki) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 5012.70 (beş min on iki manat yetmiş qəpik) manat məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir. 288 (iki yüz səksən səkkiz) manat isə sayğacın düzgün işləməməsi nəticəsində itirilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Kürdəmir rayon Qağacılı kəndində yaşayan İddiaçı əsassız hesablanmış 5300.70 (beş min üç yüz manat yetmiş qəpik) manat cərimə məbləğlərinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -Cavabdeh İB-nin X3 istismarı idarəsi ilə istehlakçı arasında, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.9); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X2 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* nömrəli aktın Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri P.Rəsulov, R.Əliyev və Y.Abbasov tərəfindən istehlakçının nümayəndəsi iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G-4 markalı 10303799 nömrəli qaz sayğacına baxış zamanı müəyyən edilmişdir ki, sayğacdan kənar xətt aşkar edilmiş, rezin boru vasitəsi ilə təbii qazdan istifadə olunur. Sayğacın istismara yararsız olduğu müəyyən olunmuş və istehlakçının nümayəndəsi bu barədə tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. - xx.xx.2017-ci il tarixli tələbnamədə dəymiş ziyan 1668 m3 müəyyən edilmişdir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri T.Mehdiyev, X.Rzayev və H.Həsənov tərəfindən istehlakçının iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G-4 markalı 04236425 nömrəli qaz sayğacına baxış zamanı müəyyən edilmişdir ki, sayğacın plastmas qapağı zavod qurğusunun plombu hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdədən üzərində aşkar olunmamışdır. Sayğacın istismara yararsız olduğu müəyyən olunmuş və istehlakçı bu barədə tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. - xx.xx.2020-ci il tarixli tələbnamədə dəymiş ziyan 2160 m3 müəyyən edilmişdir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri R.Mahmudov, X.Babaşov və Q.Alməmmədov tərəfindən istehlakçının iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G4 markalı ******* nömrəli qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın istismara yararsız olduğu müəyyən olunmuş və istehlakçı bu barədə tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. - xx.xx.2021-ci il tarixli tələbnamədə dəymiş ziyan 720 m3 müəyyən edilmişdir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri İ.İsmayılov, Ü.Babaşlı, X.Babaşov və İ.Məlikov tərəfindən istehlakçının iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış ZENNER G-4 markalı **********128 nömrəli qaz sayğacına baxış zamanı müəyyən edilmişdir ki, sayğacdan əvvəl rezin birləşmə vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edir. Sayğacın istismara yararsız olduğu müəyyən olunmuş və istehlakçı bu barədə tərtib edilmiş aktı imza etməmişdir. - xx.xx.2023-cü il tarixli tələbnamədə dəymiş ziyan 35040 m3 müəyyən edilmişdir. - Abonent saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********02740) xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə 1668 m3-333,60 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə 2160 m3-216 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə 72 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 35040 m3 – 4204,80 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bədinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsüm, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1i ünvanında yerləşən İddiaçı adına məxsus evdə quraşdırılmış qaz sayğacına baxış zamanı xx.xx.2017-ci il tarixdə sayğacdan kənar xətt aşkar edilmiş, müəyyən edilmişdir ki, rezin boru vasitəsi ilə təbii qazdan istifadə olunur, sayğacın istismara yararsız olduğu müəyyən olunmuş və istehlakçı bu barədə tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Həmçinin həmin ünvanda yerləşən evdə quraşdırılmış qaz sayğacına xx.xx.2020-ci il tarixdə baxış zamanı sayğacın plastmas qapağı zavod qurğusunun plombu hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdədən üzərində aşkar olunmamış, sayğacın istismara yararsız olduğu müəyyən olunmuş və istehlakçı bu barədə tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Həmçinin həmin ünvanda yerləşən evdə quraşdırılmış qaz sayğacına baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Bununla bağlı akt tərtib edilmiş və həmin akt istehlakçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. Həmçinin həmin ünvanda yerləşən evdə quraşdırılmış qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış zamanı sayğacdan əvvəl rezin birləşmə vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi, sayğacın istismara yararsız olduğu müəyyən olunmuş və istehlakçı bu barədə tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, Qaydaların 6.5-ci bəndinə görə istehlakçının qazın talanmasında təqsiri olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İş materiallarından məlum olur ki, qeyd edilən nöqsanlar Metrologiya Departamenti Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2017ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci tarixli və xx.xx.2023-cü il tarixli aktlarına əsasən aşkar edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, sayğac iddiaçının istifadəsində olan yaşayış sahəsinin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə iddiaçının təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış ümumilikdə 5300.70 manat borc məbləğinin hesabından silinməsini xahiş etsə də abonentin saldosundan görünür ki, istehlakçıya həmin aktlar əsasında ümumilikdə 4826.40 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, qaz sayğacının mənzildə yox, küçədə quraşdırılmasına baxmayaraq və istehlakçının təqsiri müəyyən edilmədən ona qaz sayğacının zədələnməsi, ona müdaxilə olunması əsasları ilə əlavə borc məbləği hesablanmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən ünvan 1i ünvanında yerləşən mənzilə dair abonent kodu **********02740 olan İddiaçı qeyd edilən aktlar üzrə hesablanmış borc (216 + 72 + 4204,80=4492,8 manat) silinməlidir Eyni zamanda hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2017-ci il tarixli ******* nömrəli akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl edilsə də, hesablaşma qaz sayğacının mənzildə yox, küçədə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə təbii qaza görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 360 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yenidən hesablaşma akt üzrə 30 gün götürülməklə sutkanın 12 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş təbii qaza görə xx.xx.2017-ci il tarixli ******* nömrəli akt üzrə 111.20 manat (333.60:3=111.20*1) əlavə hesabat aparılmalı, qalan 222.40 manat (333.60-111.20) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh X3 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara əsasən hesablanmış 4715.20 manat (4492,8+222.40=4715,20) borc məbləği iddiaçının hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün cavabdehdən dövlət rüsumunun əvəzi kimi 67.15 manat dövlət nəfinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X3 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2020ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara əsasən hesablanmış ümumilikdə 4715.20 (dörd min yeddi yüz on beş manat iyirmi qəpik) manat borc məbləği İddiaçı hesabından (abonent kodu: **********0274) silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 67.15 (atmış yeddi manat on beş qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar