Məhkəmə qərarları › İş №2(041)-848/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-848/2024

02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-848/2024 02.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Azərişıq ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC-nin əməkdaşları tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli 200931 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış 308 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Kürdəmir rayon Pirəköcə kəndində yaşayır. 2020-ci ildə o, evdə olmayanda cavabdehin nümayəndələri onun evinə gələrək sayğacı çıxarmış və yerinə başqa sayğac qoyaraq çıxıb getmişlər. Bir neçə müddət sonra barəsində 308 manat borc yazılmasının şahidi olmuşdur. Həmin borc onun adına deyil, X3 adlı şəxsin adına yazılmışdır. Onun yaşadğı kənddə Ruslan Hüseynov adlı şəxs yoxdur. Həmin sayğac ona məxsusdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, onların bazasında İddiaçı adlı şəxs yoxdur. Ona görə də onun adına aktın yazılıb-yazılmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.3-cü maddəsinə görə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Hazırki iş üzrə iddiaçı xx.xx.2020-ci il tarixli 200931 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış 308 manat məbləğində cərimənin silinməsini tələb etdiyi halda, akt X1 adına tərtib edilmiş və onların eyni şəxs olmasını məhkəmə qaydasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, ərizəçiyə izah edilir ki, məsələnin həlli istiqamətində məhkəmədən kənar qaydada hazırki aktın onun barəsində yazılmasını təqsdiq edən sübutları əldə etmək üçün aidiyyatı üzrə Azərişıq ASC-yə müraciət etməli, müvafiq sənədləri toplamaqla yuxarıda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarından istifadə edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.12, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar