Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-855/2023 19.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı X2 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X2 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X7 X12 İdarəsi tərəfindən tərtib edilmiş AKT ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 1036,80 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək göstərdi ki, barəsində akt yazılmış şəxs mərhum əri X3 31.10.22-ci ildə vəfat etmişdir. O vaxtadək onlar birlikdə Kürdəmir rayonu, Xırdapay kəndində yaşamışlar. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəmişlər. Heç vaxt qaza borcları olmayıb. Təxminən bir müddət əvvəl terminal vasitəsilə qaz pulunu ödəyərkən məlum olmuşdur ki, qaza görə 1036, 80 manat borcu vardır. Borcun yüksək məbləğdə olduğunu görüb qaz idarəsinə getmişdir. İdarədə ona bildirmişlər ki, qaz sayğacına müdaxilə edildiyinə görə cərimə yazılmışdır. Sonradan məlum olmuşdur ki, Qaz İdarəsindən onların iştirakı və xəbərləri olmadan gələrək onun evinə gələn və küçədə yerləşən qaz sayğacını dəyişib əvəzində yeni qaz sayğacı qoymuşlar. Bundan sonra barəsində tərtib edilən xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt almışdır. Onun istifadə etdiyi sayğac küçədə quraşdırılmaqla heç bir qoruyucu vasitə ilə təmin edilməmişdir. Özü də heç vaxt sayğaca müdaxilə etməmişdir. Aktda hal şahidləri iştirak etməmiş və akt imza edilməsi üçün ona təqdim edilməmişdir. Həmçinin Cavabdehin Ağsu X13 İdarəsi tərəfindən tərtib olunmuş dəyimş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın 8640 kub metr hesablanması qanunsuz olmaqla onun maddi vəziyyətini ağırlaşdırır. Ona görə də Cavabdeh İsehsalat Birliyininin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1036,80 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh X10 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları Kürdəmir rayonu Xırdapay kəndində yaşayan iddiaçı X2 mərhum əri (X1 adına) yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Mənzildən açılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən X5 yaşadığı mənzildə istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2022ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2022-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçı X1 adına olan Kürdəmir XS-nin abonent bazasındakı abonent koduna 8640 kub-1036,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Ona görə də X2 Cavabdehnə qarşı Birliyininin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1036,80 manat borc məbləğinin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, X2 yaşadığı yaşayış evində Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2020-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var.” göstərilmişdir. Eyni zamanda, həmin aktda “dəymiş ziyan hesablansın” qeyd olunmuşdur. Qeyd edilən akt Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. İstehlakçının aktı imza etməkdən imtina etməsi göstərilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin Ağsu X12 İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, mərhum X1 fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 8640 kub.metr üzrə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.1990-cı il tarixli, V-JQ 494930 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 247299 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X5 ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Xırdapay kəndində yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. Heç vaxt qaza borcu olmayıb. Sayğac küçədə yerləşdiyindən, onlardan xəbərsiz Qaz İdarəsindən gələrək onun evinə gələn qaz sayğacını dəyişib əvəzində yeni qaz sayğacı qoymuşlar. Sonradan qaza görə terminaldan pul ödəyən zaman 1036.80 manat borcunun olduğunu görmüşdür. Maraqlananda qaz sayğacına görə cərimə yazıldığını bildirmişlər. Bundan sonra barəsində tərtib edilən xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt almışdır. Onun istifadə etdiyi sayğac küçədə quraşdırılmaqla heç bir qoruyucu vasitə ilə təmin edilməmişdir. Özü də heç vaxt sayğaca müdaxilə etməmişdir. Aktda hal şahidləri iştirak etməmiş və akt imza edilməsi üçün ona təqdim edilməmişdir. Həmçinin Cavabdehin Ağsu X13 İdarəsi tərəfindən tərtib olunmuş dəyimş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın 8640 kub metr hesablanması qanunsuz olmaqla onun maddi vəziyyətini ağırlaşdırır. Cavabdehin nümayəndəsi qaz işlədicilərinin hesabat müddətini 90 gün qəbul etməklə iddiaçının 8640 kub metr qaz itgisinə yol verməsi və itirilmiş təbii qaza görə X2 borcunun olması, həmçinin cavabdeh qurum tərəfindən qaz sayğacı çıxarılarkən belə hər hansı bir qoruyucu qutuya qoyulması, hal şahidlərinin iştirakı ilə möhürlənməsi, qaz sayğacının labotoriyaya göndərilməsi və istehlakçının orada iştirakının təmin edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zərur hesab edir ki, X2 istifadə etdiyi qaz sayğacı dəyişdirilərkən həmin vaxt qaz sayğacına hər hansı bir müdaxilənin olması müəyyən edilmədiyi halda, sonradan Qaz İsitsmar sahəsinin işçiləri tərəfindən onun həmin qaz sayğacına müdaxilə etməsi düzgün qeyd edilməmişdir. Bu da istehlakçının qanuni mənafeyinin müdafiəsinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşin hallarından göründüyü kimi, qaz sayğacının istehlakçı təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən mərhum X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və akt əsasında hesablanmış 1036,80 manat borc məbləği onun hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və akt əsasında hesablanmış 1036,80 manat borc məbləği onun hesabından silinsin. Cavabdeh“ Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-855/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-855/2023
19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver