Məhkəmə qərarları › İş №2(041)-892/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-892/2023

06.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-892/2023 06.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"ASC-nin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib olunmuş xx.xx.2022-ci il tarixli 268707 nömrəli aktın qanunsuz hesab edilməsi həmin akt əsasında hesablanmış 432 manat edilmiş məbləğində cərimənin hesabından silinmısi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini qismən müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə elektrik enerjisinə nəzarət edən əməkdaşlar ona məxsus saycağı yoxlamış və bu barədə X2 qaydalarına riayət olunması barədə onun adına AKT 268707 nömrəli akt tərtib etmişlər. Aidiyyəti yerlərə müraciət edəndən sonra ona AKT 268707 nömrəli akt üzrə 432 manat borcunun olduğunu bildirmişlər. Sonradan məlum oldu ki, guya o, sayğacdan kənar işıqdan istifadə etməsi müəyyən edilmişdir. O, heç vaxt sayğaca müdaxilə etməmişdir. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur və haqsız olaraq ona 432 manat cərimə yazılması çox pis təsir edir. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur, ona haqsız 432 manat borc yazılması onun maddi vəziyyətini ağırlaşdırır və ona hesablanmış borc məbləğini 102 manat həddində qəbul edir. Ona görə də AKT 268707 nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktlara əsasən ona yazılmış 432 manat borc məbləğinin 102 manat miqdarında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında cavbdeh "xxxx" ASC-nin nümayəndəsi X6 ilddia tələbini qəbul etməyərək göstərdi ki, "xxxx" ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik eknerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2022-ci ildə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının EEİQ-nin 8,32-ci, həmçinin EQQQ-nin ı-v bəndlərinin tələblərini pozması faktı aşkar edilmişdir. Aktlar qanuni və əsaslı olaraq tərtib edilmişdir. Ona görə də İddiaçı cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş Elektrik enerjisindən isatifadə qaydalarının pozulması haqqında AKT 268707 nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktlara əsasən ona yazılmış 432 manat cərimənin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş X2 qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, AKT R 268707 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Ərəbqubalı kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən abonentin 0,061 kv-luq elektrik hava xəttinə qoşularaq sayğacdan kənar xətt vasitəsi ilə bir başa X2 etməsi faktı müəyyən edilmiş və keçən yük ölçülərək İ=2.8 A; U=220; P=0,61 kvt. üzrə hesablanmışdır. Akt tərtib edilərkən həmin akt "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə elektrik enerjisinə nəzarət edən əməkdaşlar ona məxsus saycağı yoxlamış və bu barədə X2 qaydalarına riayət olunması barədə onun adına AKT 268707 nömrəli akt tərtib etmişlər. Aidiyyəti yerlərə müraciət edəndən sonra ona AKT 268707 nömrəli akt üzrə 432 manat borcunun olduğunu bildirmişlər. Sonradan məlum oldu ki, guya o, sayğacdan kənar işıqdan istifadə etməsi müəyyən edilmişdir. O, heç vaxt sayğaca müdaxilə etməmişdir. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur və haqsız olaraq ona bütövlükdə 432 manat cərimə yazılması çox pis təsir edir. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur, ona haqsız 432 manat borc yazılması onun maddi vəziyyətini ağırlaşdırır və ona hesablanmış borc məbləğini 102 manat həddində qəbul edir. İddiaçı cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş X2 qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, AKT R 268707 nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktlara əsasən onun adına olan abonent hesabına yazılmış 432 manat borc məbləğinin 102 manat miqdarında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş edib bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli, AKT R 268707 nömrəli, akt tərtib edilərək itirilmiş enerjinin miqdarı hesablanaraq cavabdeh qurum tərəfindən iddiaçıdan 432 manat borc tələb etməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırır. Həmçinin həmin akt tərtib edilərkən iddiaçının sayğacdan kənar elektrik xəttindən istifadə etməsi qeyd olunmaqla, cavabdehin nümayəndəsi kənar xətlə sayğacdan kənar bir başa elektrik enejisindən istifadə etməsi barədə cavabdehin nümayəndəsi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AKT R 268707 nömrəli akt qismən etibarsız hesab edilməklə itirilmiş elektrik enerjisinin miqdarı akt üzrə 102 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanır. İş materiallarından və iddiaçının izahatından da göründüyü kimi iddiaçının mərhum barəsində tərtib olunan mübahisəli akt müəyyən edilmiş qayda pozulmaqla, hal şahidlərinin iştirakı təmin edilmədən işin nəticəsində maraqlı olan cavabdehin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş və imza edilməsi üçün iddiaçıya təqdim edilməmişdir. Qeyd edilən və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli, AKT R 268707 nömrəli aktların qismən etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2022ci il tarixli, AKT R 268707 nömrəli akt qismən etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 102 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, qalan 330 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçıdan, 15 manat hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində X2 qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AKT R 268707 nömrəli akt qismən etibarsız hesab edilsin. Həmin akt əsasında hesablanmış 102 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin, qalan 330 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinsin. 30 (otuz) manat dövlət rüsumunun 15 manat hissəsi İddiaçı, 15 manat hissəsi isə cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar