Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-897/2025 17.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Cavabdeh Maraqlı şəxs iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən,idarəsinin rəis müavini,vergi xidməti müşaviri X1 cavabdeh Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, idarəsinin rəis müavini, vergi xidməti müşaviri X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Mehdili bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2215,43 manat, İşsizlikdən sığorta fonduna olan 74,99 manat, İcbari Tibbi Sığorta Fonduna olan 286,22 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ifadəsində bildirdi ki, Kürdəmir rayonu Mehdili bələdiyyəsinin sədri vəzifəsini icra etmiş, 29 yanvar 2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürməmiş, bələdiyyəyə yeni bələdiyyə üzvləri və sədr seçilmişdir. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, vergi ödəyicisi Kürdəmir rayonu Mehdili bələdiyyəsinin İcbari Tibbi Sığorta fonduna, işsizlikdən sığorta fonduna və DSMF-yə borcu yaranmış, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən yaranmış borcun ödənilməsini təmin etmək üsulu kimi hüquqi şəxsin rəhbərinin, hazırki vəziyyətdə Kürdəmir rayonu Mehdili bələdiyyəsinin sədri vəzifəsini icra etmiş Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 29 yanvar 2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə görə Kürdəmir rayonu Mehdili bələdiyyəsinə yeni sədr seçilmiş, hazırda Maraqlı şəxs həmin hüquqi şəxsin (bələdiyyənin) rəhbəri sayılmır. Digər tərəfdən seçkiyə kimi mövcud olan Kürdəmir rayonu Qocalı, Axtaçı və Mehdili bələdiyyələri ləğv edilmiş və onların ərazisini əhatə edən yeni Mehdili bələdiyyəsi yaradılmış və yeni bələdiyyə üzvləri və sədri seçilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, idarəsinin rəis müavini, vergi xidməti müşaviri X1 cavabdeh Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-897/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-897/2025
17.03.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver